Budur yenə gəlir bahar bayramı
Bayramın mübarək gözümün nuru
Mən derdliyəm deyib gülürlər hamı
Bayramın mübarək gözümün nuru
Mənim bir günüm olmadı ki qəhərsiz
Sən ömür sürəsən dərsiz kədərsiz
Təbrik edim səni səndən xəbərsiz
Bayramın mübarək gözümün nuru
Bəlkə üz-üzə gəlmədik bir daha
Ölsəm ağlayıb batma sən günaha
Dualarım yetişsin uca Allaha
Bayramın mübarək gözümün nuru
Anarın gəl dinlə bu son sözünü
Qəm soldurmasın heç vaxt gül üzünü
Nozruzgülü küsər gizlət üzünü
Bayramınmübarəkgözümünnuru
Anar Məmişov 20.03.2008.