Güney Azərbaycan'da çağdaş ədəbiyyatın durumu A: Nəsr İran'da yeni və modern üslublarla yaranan hekayə janrları, Mirza Fəthəli Axundzadə'nin Azərbaycan türkcəsindən farsca'ya tərcümə olunan hekayələri ilə başlandı. Onun ''Aldanmış Kəvakeb'' və ''Yusif Şah Hekayəti'' adlı qısa romanları 1253-cü günəş ilində Mirza Cəfər Qərəcədaği tərəfindən tərcümə olunub, İran'ın ədəbi yaradıcılığını öz etgisi altına aldı.

Bu konu 2296 kez görüntülendi 0 yorum aldı ...
Güney Azərbaycan'da çağdaş ədəbiyyatın durumu 2296 Reviews

    Konuyu değerlendir: Güney Azərbaycan'da çağdaş ədəbiyyatın durumu

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2296 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Güney Azərbaycan'da çağdaş ədəbiyyatın durumu

    Güney Azərbaycan'da çağdaş ədəbiyyatın durumu



    A: Nəsr

    İran'da yeni və modern üslublarla yaranan hekayə janrları, Mirza Fəthəli Axundzadə'nin Azərbaycan türkcəsindən farsca'ya tərcümə olunan hekayələri ilə başlandı. Onun ''Aldanmış Kəvakeb'' və ''Yusif Şah Hekayəti'' adlı qısa romanları 1253-cü günəş ilində Mirza Cəfər Qərəcədaği tərəfindən tərcümə olunub, İran'ın ədəbi yaradıcılığını öz etgisi altına aldı.



    Onun ardınca Hac Zeyn əl Abedin Mərağei ''Siyahət Nameye İbrahim Beyg'' adlı kitabını 1274-cü ildə və onun dəvamında Ebd ol Rəhim Talibof ''Məsalek ol Mohsenin'' və ''Kitab e Əhməd ya Səfine ye Talebi'' adlı kitablarını çap edərək İran'da yeni hekayə yazma tarixinin təməlini qoydular.



    Güney Azərbaycan'da çağdaş nəsr termini genəllikdə Məşrutiyyətdən bəri nəzərdə tutulur. Məşrutiyyət dönəmində Təbriz və Azərbaycanın fərqli yerlərində nəsr yazanlar çox az olubdur. O zamanlar Güney'də genəllikdə siyasi dərgi və qəzetler çap olurdu.Onların ən önəmlisi Mirza Cəlil Məmməd qulu Zadə'nin ''Molla nəsreddən'' jurnalı olmuşdur. Mirza Cəlil, ''Molla nəsreddin''dən elavə O zaman'ın kənd həyatını təmsil edən ''Xan'ın Təsbehi'' adlı ilk hekayəsini 1309- cü günəş ilində çap etdi. Bu əsər də İran'da olan çox yazarların üzərində etgi buraxdı. O, bu hekayədə Azərbaycan kəndlilərinin xan zülmündən cana doyduqları və xorafə ilə yaşamaqlarını təsvirə çəkibdir. Bu əsərin mezmunu illər boyu oxucular tərəfindən xoş qarşılanıbdır.



    Molla nəsreddin jurnalından sonra Əhməd Bəsirət ''Molla Əmu'' adlı başqa bir türkcə dərgi buraxdı.O, bundan əlavə 1324 cü ildə ''Heyvanların Murafəəsi'' adlı 110 səhifəlik bir kitab da çap etdi. Bu kitabda insanlar, heyvanların dilindən təmsil edilib, danışıqlar gedir. Bundan 2 il sonra Mirza Həsən Roşdiyyə ''Əmsal E Loqman'' adlı bir kitab çap etdi ki kiçik-kiçik hekayələrdən ibarət idi.



    Bu kitablarda hərne Təbriz şivəsindədir və genəllikdə dil yerli dildir. Demək bu əsərlər bugün ədəbiyyat alimləri terfindən Güney Azərbaycan'da çağdaş nəsr'in başlanqıcı olaraq sayılır. Bu əsərlərin yanı sıra çoxlu fars dilində yazan Türk yazarlarımız'da olubdur, yəni 1340-cı illərdən 1357-ci illərə dək Güney Azərbaycan'da dünya miqyaslı şöhrət qazanan əsərlər yarandı. bu dövrədə 1343-cü ildə Təbrizin görkəmli yazıçısı Qulamhüseyn Saedi ''Bəyəl Əzalıları'' adlı kitabını yayımladı və beləliklə dünyanın ən adlım hekayə əsərlərinin birinə imza atdı. Bu əsər Azərbaycanda keçən kənd həyatına ixtisas tapsa da dünyanın ən adlım hekayə əsərlərinin birisi kimi tanınmaqdadır. Bu dövrədə habelə Səməd Behrəngi'nin ''Balaca Qara Balıq'' adlı əsəri də dünya şöhrətli bir əsər kimi ortaya çıxdı. Seməd Bəhrəngi iran'da uşaq ədəbiyyatının banisi olaraq, hekayelerini uşaqlar və yeniyetmələr üçün yazsa da, onun təmsil və istiarə ilə dolu hekayeleri bütün gəncler və yaşlılar tərəfindən də alqışlanıbdır.



    Bizim çağdaş nəsrimiz demək olar hələ buğün bağımsız olmayıbdır. Me'yar dil olmadığından dolayı, elmi baxımdan dildə problemlər vardır. Onun üçün nəsr dilimiz ya Türkiyə'dən etgilənibdir ya da Quzey Azərbaycan'dan.

    genəllikdə ədəbiyyatın özəlliklə düz yazı əsərlərinin yaranması üçün bir dil gərəkdir."Bir ulusun ruhu onun sənət türlərində özəlliklə ədəbiyyatında öz imkanlarını kəşf edib, özünü göstərə bilər. Bu baxımdan biz yeni bir dalğanın ortaya çıxmasına tanıq oluruq". Bugün şairlərimizin yanı sıra, çoxlu düzyazı yazanlarımız da ciddi formada çaba göstərirler. Güneyin içi və dişında olan yazarlarımızın fərqli əsərlərini görməkdəyik:

    Vali Gözətən, Güntay Cavanşir, Eyvaz Taha, Nasir Mənzuri, Məmməd Riza Ləvayi, Həmid Arğış və çoxlu başka gənc yazarlarımız bu anda öz yaradıcılıqları ilə məşğuldurlar.



    "Güney Azərbaycan'da bugün qlobal düşünüb milli dildə yaratmaq çox önəmlidir. Milli dilimizdə yaranan yeni ədəbiyyat dalğasının alt yapısı hazırlanmaqdadır. Bu olayı daha da gücləndirmək üçün tərcümə işinə diqqət yetirmək gərəklidir. yani dünyanı öz dilimizdə oxumaq bizim üçün çox vacibdir. Çağdaş düşüncələri oxuyub öyrənmək və dünya sənətinin əldə etdiyi uğurlardan faydalanmaq bu yolda əlimizdən tutacaqdır".



    B: Şeir



    19-cu əsrin başlarından etibarən, Rus istilaları nəticəsində Azərbaycan ədəbiyyatı iki qola ayrıldı. Bunlardan Quzey Azərbaycan ədəbiyyatı Rus etgisi altında formalaşarkən, Güney Azərbaycan ədəbiyyatı da klassik çərçivə içində sönükləşib, bir təqlid ədəbiyyatı halını almışdır. Bunun yanı sıra xalq ədəbiyyatı çox canlı formada təkamülünü sürdürməkdə olub. Aşıq şeirinin yanında xalq dəstanları, nağıllar, lətifələr, tapmacalar və bayatı kimi sözlü ədəbiyyat türləri irəli səviyyədə olmuşdur.

    klassik ədəbiyyat getdikcə zəyifləşməklə birlikdə, özəlliklə Güney Azərbaycan'da dəvam etməkdə olubdur.

    klassik ədəbiyyat türlərindən Qəzəl və özəlliklə Mərsiyənin, Azərbaycan ədəbiyyatında özəl yeri olmuşdur: Dilsuz, Raci, Purqəm, Şuai, Ahi və Moqbel 19-cu əsrin önəmli mərsiyə şairlərindən olmuşlar.



    Güney Azərbaycan'da yeni ədəbiyyatın ilk təmsilçiləri arasında Ebd ol Rəhman Talibof, Zeyn əl Abidin Mərağei və Mirza Ağa Təbrizi öndə gedən şairlərdən olubdurlar.



    20-ci əsrin başında, Azərbaycanlılar gözlərini dünyaya çevirmiş, olub keçənlərin ışığında gələcək üçün hazırlanmağa başladılar. Türkiyə mətbuatı ilə alış vəriş sonucunda dildəki yaxınlaşma ilə bərabər, ədəbi və siyasi münasibətlər də gəlişmiş oldu. Bu illərdə Azərbaycan ədəbiyyatı Türkiyə ədəbiyyatı ilə paralel olaraq gəlişərkən iki fərqli düşüncənin də etgisindən uzaq qalmamışdı. Bunların biri İslamçılıq birisi də sosyal cərəyan olmuşdur.



    Bu dönəmin tanınmış simalarından Cəlil Məmməd Quluzadə, Sbir, Əli Quli Ğəmgosar və Əli Nəzmi'dən ad aparmaq olar.

    genəllikdə 20-ci əsirdə Azərbaycan şairleri, dünya özellikle çevrədə üz verən olaylardan etgilənib siyasal, toplumsal və real şeirə yönəlib, şeiri bir arac kimi ulusal oyanış uğrunda qullanmışlar.

    Demək, bizim şeirimiz Məşrutə dönəmindən buyana toplumsallaşmaqla yanaşı, çağdaşlaşıbdır ancaq bütövlüklə modərnləşə bilməyibdir.



    Güney Azərbaycan'ın yeni şeiri Həbib Sahir ilə başlayıbdır. yəni Həbib Sahir yeni şeirin ortaya çıxmasında ilk addımları atıb və cəsarətli şeirlər yazıbdır.



    O, 1914-cü ildə ''Saye ha'' (Kölgələr) adlı kitabını və 2 il ondan sonra ''şəqayeq'' adli kitabını sərbəst şeirlər formasında yayımladı. Bu zaman hələ Nima Yuşic'dən xəbər yox idi.

    Bu kitablarda həm məzmun yeni idi(siyasiləşibdir) həm de şair, gerçəkci bir şairdir.(sevgili göydə deyil bəlkə yerdə dir). Demək Sahir şeiri göydən yerə endiribdir. O, yeni sözləri , yeni qalibdə söyləyib və bizim həm siyasi şeirimizi, həm satirik şeirimizi, həm də həmasi şeirlərimizi canlandırmaqda böyük addımlar atıbdır.

    O, keçmişə tənqidilə baxıb, sünnəti sındırmaqda birinci şairlərimizdən olubdur. Bu son 60 il sürəsində İran'ın çoxlu şairləri həm fikir və düşüncə baxımından həm də forma baxımından Sahir'dən etgiləniblər. Yani 20-ci əsir də Güney Azərbaycan ədəbiyyatının böyük simalarından biri Həbib Sahir olubdur ki Türk dünyasında da önəmli şairlərdən birisi sayılır.



    İranda fars dili və ədəbiyyatı qarşısında, Türkcə uzun illər boyunca susarkən son dönəmdə çağdaş türk ədəbiyyatının ən böyük şairi Şəhriyar yetişdi. Şəhriyar'ın yaradıcılıq dönəmlərindən ən son və önəmli mərhələ 1950-72-ci illərdir. O, bu illər arasında Türk dilində olan şeirlərini və bir sözlə Onu dünya şairi kimi tanıtdıran əsərlərini yaratdı: birinci Heydər Babaya səlam (1954-cü ildə) , ikinci Heydər Babaya səlam(1962-ci ildə) , Türkün Dili(1969-u-ildə) , Məhəmməd Rahim'ə məktub(1967-ci ildə) , Səhəndiyyə(1967-70) illərində.



    Şəhriyar romantik və gerçəkci bir şairdir. O, şeirlərinin qonusunu gerçək həyatdan almış, xalqın anlaya biləcəyi sadə və doğal bir dildə ifadə etmişdir. Onun söz xəzinəsi geniş olduğu üçün, deyimlərə də geniş yer ayırmışdır və xalq ədəbiyyatındakı axıcı və sadə üslubu başarı ilə qullanmışdır.



    Şəhriyar, İranda farsca qarşısında yox olmağa üz tutan Türk dilini, ''Heydər Babayə səlam'' əsəri ilə əbədi olaraq ayağa qaldırıb, başını göylərə çatdırdı.



    Güney Azərbaycan şairlərindən birisi də Bulud Qaraçorlu(Səhənd) olmuşdur. O, Pəhləvi rejiminin boğuntusunda, Dədə Qorqud dastanlarını ''Sazımın Sözü'' əsərində bütövlüklə nəzmə çəkmiş, onun nədənini isə öz xalqına(türk millətinə) şərəfli keçmişini göstərmək, milli şüur və mənliklərini diri tutmaq bildirmişdir.

    Toplam 6460 misra olan ''sazımın sözü'' əsəri Türkiyə və Quzey Azərbaycan'da da yayımlanmışdır.

    Bulud Qaraçorlu bu əsəri ilə yenə də türk dilinin gücünü isbat etməkde çox başarılı olmuşdur. Onun başqa şeirlərində də vəten sevgisi, özgürlük, milli haqlar və sevgi zümzümə olunur:

    Mən demirəm üstün nijaddanam mən

    demirəm ki elim ellərdən başdır

    Mənim məsləyimdə mənim yolumda

    insanlar hamısı dostdur qardaşdır...

    Səhənd öz növbəsində Güney Azərbaycanın çağdaş poezyasının inkişafında dərin etgi buraxıb və hətta şəhriyar'ı belə öz ana dilində yazmağa çağırırdı:

    Bugün mən səhəndəm sən şəhriyarsan

    gəl başın ucaldaq qoca təbrizin

    Bir kərə, yadların daşını ataq

    çəkək qayğısını öz elimizin...



    Və, elə bu çağrı'ya cəvab deyə, Şəhriyar da ''Səhəndiyyə'' poemasını sırf Səhənd üçün yox, bəlkə bütün Azərbaycan'a ithaf etdmişdir.



    Son 60-65 ildən bəri Güney Azərbaycan'da yazıb yaradan şairlərin əsərlərində siyasi motivlər son dərəcə güclüdür. Pəhləvi dönəmində yenə də mubarizə ilə yaşayıb yaradan şairlərdən birisi, Əli Rza Nabdil(Oxtay) olmuşdur.Onun yaradıcılığı qısa olsa belə yaşam tərzinin inikasıdır. Onun idrak dünyasında döyüş ilə sənət birbirlərindən ayrılmayan ünsürlərdirlər. Oxtay şeirlərində öz idealını bədii donda ortay çıxarmaqda çox başarılı olmuşdur. Onun idealı və əsərlərinin əsas yönü İnsan dır və bu insanın ən yüksək dəyəri Özgürlük dür.



    Oxtay özgürlüyə tərəf uzanan yolun yorulmaz və ümidlərini itirməz yolçusu olmuşdur:

    Sazaq dan yerində bizi

    gözləyirsoyuq əllər ilə aça bilmərik

    Gələcək günlərin qızıl qapısın

    Soyuq əllər ilə çala bilmərik

    Günlərin sazında zəfər mahnısın...

    Pəhləvi rejimi devrildikdən sonra, fəza bir az açılıb və Güney Azərbaycan şeirində yeni dönəm başlandı.65-ci günəş ilində, Həmidə Rəiszadə(Səhər) xanımın ''Mavilər'' adlı şeir kitabı yayımlanmaqla bərabər, çağdaş ədəbiyyatımızəda yeni atmosfer ortayta çıxdı və şeir canlanmağa başladı.

    O ''Mavilər'' kitabınında olan şeirlərində fikir və duyğuda tam dəyişik bir forma və canlı təsvir, təmsil və istiarələr ortaya qoymuş və öz yaşadığı dövrünün çağdaş istək və çətinliklərinə toxunmaqla açıq-gizlin dərdlərini, ədəbi və bədii forma da cəsarətlə açıqlaya bilibdir:

    Gecədir!

    Baxıram ay bacasından

    Başqa bir mavi göyə

    Orda da var

    Elə bil

    Gecə yurdun qana dönmüş dənizindən

    neçə bir qəmli bulud- qanlı söyüd...

    Gecədir!

    Baxıram

    ay bacasından

    Başqa bir mavi göyə...



    Güney Azərbaycan'ın bugünkü şeir durumu, özünü fərqli formada göstərməkdə dir. bugün şairlrin çoxosu toplumsal olayları əks etdirməkdədirler və Güney'də hakim olan ekonomi sıxıntılardan tutmuş, siyasi basqılar, kültürəl yürüşlər, toplumsal təhqirlər və genəllikdə narazilik duyğusu və nasiyonalisti düşüncələrini şeir dili ilə ifadə etməyə çaba göstərirlər.

    İran'da 70-ci günəş illərində(Xatəmi dönəmində) fəzanın azacıq açılması ilə bərabər, Güney'də Öyrənci hərəkəti ortaya çıxdı və bu ortamda öyrəncilər dayanmadan fərqli nəşriyyələr yayımlamağa başladılar. Bu nəşriyyələrdə çox fərqli bir atmosfer irəliləməkdə oldu. yəni bütün gənc yazıçılar, nə olursa olsun, tam türkcə yazmağa çaba göstərdilər. Halbuki bütün nəhv quruluşları Farsca olmuş və bir sözlə, farsca düşünüb türkcə yazırdılar, bu isə dildə çox qarmaqarışıqlıq yazmağa başladı. Bu yazıçılar özəlliklə Anadolu türkcəsindən etgilənib, internet fəzasından da geniş səviyyədə yararlanmaqları bu qarışıqlığı daha da gücləndirdi. yəni yazılı fəza təcrübə olunmadan, şifahi bir dünyanın ortasına atıldılar və bu olay dayanmadan genişləndiyi, habelə qəzetlər və dərgilərin olmaması üçün, kimsə bu olaya təpki göstərib, tənqid edə bilmədi. Ama bütün bunlara rəğmən buna anormal olaraq yanaşılmır. çünki içində olduğumuz bu ortam maraqlı bir ortamdır və bu gediş irəlilədikcə, Güney'də böyük əsərlərin ortaya çıxmasına umud çoxalır.

    genəllikdə bugün, keçmiş nəsil ilə gənc nəslin münasibətlərində birbirini bəyənməməzlik və qəbul etməzlik gözə çarpır. Yəni yaşlı ədəbi nəsil hələ də kənd təsvirləri üzərində çaba göstərir bu da gənclər arasında narazılığa nədən olub O fəzadan uzaqlaşmağa çalışırlar. Yaşlı nəsil isə bugün yaranan ədəbi əsərləri bəyənməyib tamamı ilə qəbul etmir, beləliklə iki ədəbi nəsil arasında toqquşmalar ortaya çıxır. Əlbəttə bunu da nəzərə almalıyıq ki ədəbiyyatın inkişafı , belə toqquşmalardan asılıdır.



    Ama bütün bunlara baxmayaraq gənc nəsil arasında bəzən klassik qaliblərdə də modern şeirlər yazılıb ortaya çıxır və çox maraqla qarşılanır. örnək üçün ''Marağalı Baraz''dan bir qəzəl nümunəsi gətirmək olar:

    Qabar qabar ayağımda gülüm tikan dadı var

    Və başmağım dolusu laxta laxta qan dadı var.

    Səhər ətirli benövşə, köçüb qaranquşla

    Bu kefli,əyri buruq yolların ilan dadı var.

    Məgər alaqlamamışdıq bu hərzə otları biz?

    Nə oldu? kəndimizin buğdasında xan dadı var.

    Amandı qoyma ki sönsün çıraq, gecə bürüsün

    Qulaqlarımda, uşaqlıqdakı xuxan dadı var.

    Şükür ki çaydanımız qaynayır, şeir yazırıq

    Şükür ki gözlərinin indi mehriban dadı var.

    Şəhər necür qazamatdır, küçə nəcür? qalsın!

    Tikanlı bağda çiçək bitməyin yaman dadı var...



    Ya xud Məsud İslami, yaşlı ədəbi nəsildən olmasına baxmayaraq sərbəst şeirə meyilli şairlərdəndir:

    Bura da,

    Bu şəhərin nəfəs yolu

    Bu odadan keçir!

    hər zaman gecə dir

    Qapılar qapalı!

    Öfkəniz tövşəyəndə

    Məni unutmayın...

    Genəllikdə bügün, Güney Azərbaycan'ın çağdaş şeir durumunu bele xulasə etmək olar:

    1- ədəbiyyat sahəsində bəziləri yalnız modern və avangard bir ədəbiyyatın tərəflisi dir, bəziləri isə keçmişdəki ədəbiyyatı yenidən qavrayıb, yeni özəlliklər aşılamaqla, çağdaşlaşdırmaq tərəflisidirlər.



    2- Bəziləri ədəbiyyatı şeirdə xulasələndirir, bəziləri isə yalnız və yalnız nəsrdə.



    3- Bugün çağdaş ədəbiyyatımızda işlədilən dil sahəsində, bəziləri Türkiyə de yayğın olan Anadolu türkcəsini savunur, bəziləri Quzey Azərbaycandakı türkcəni, bəziləri isə ortaq türkcədə yazmağı savunur.



    4- Çağdaş ədəbiyyatımızda, həm şeir həm də nəsrdə olan əsas məzmunlar; vətən, özgürlük, sürgünlük, ayrılıq, sevgi, həsrət və bu kimi məzmunlardır. Yazılan əsərlər özəlliklə şeirlər, əsas olaraq kimliyə qayıdır və mutləq etirazdan söz açır.



    ''Ədebiyyatımızın daha da inkişaf və irəliləməsi üçün, tənqidçilərə çox ehtiyac vardır. Yəni özəlliklə gənc yazıçı nəslin daha da güclənməsi üçün tənqidçinin olması çox önəmli dir. çünki tənqidçi yazılan əsərle oxucu arasında bir körpü kimi sayılmaqdadır və yaranan hər sənət türü özəlliklə ədəbi əsərlərin yeni qazanclarına yol açar.''



    Bugün Güney Azərbaycan ədəbiyyatında yeri çox boş görünən ünsürlərdən birisi də tənqidçilərədirlər ki bu boşluq getdikcə daha da hiss olunmaqdadır.

    Məqalenin sonunda bu gün Güney Azərbaycan'da gedən şeir örnəklerindən gətirmək yersiz görünməyəcəkdir.



    Əli Cavadpur'dan:

    Atlar yarışına mənim kimi baxsaydın

    Gülməlidir hər şey:

    Birbirini keçdilər yarış atları

    Birbirini biçdilər yarış atları

    Az qala uçdular yarış atları

    Çapanlar apardı

    Mükafatları...

    -



    Vüqar Nemət'dən

    Mən Azərbaycanlı bir Afriqalıyam

    Ve Amerikalı bir Türk.

    Bir az Asyayam,

    bir az AvropaQırmızı dərili

    bir Qara'yam

    Və Sarı dərili

    bir Ağ Bütün insanların dərdinə ortaq...

    Ünvanım Azərbaycan xəritəsində

    İki metir yeriyən,

    Danışan,

    Şeir yazan

    Və düşünən

    TORPAQ...



    -



    Zeynal Cəfərpur'dan

    Buludlar yaümur qusur, bir üzdən üzümüzə

    Ulduzlar kefli kefli, toxonur gözümüzə

    Xiyavan, asfalt üstü, qaldırım çıxır dizə

    Bu halda sən ayrılıb, gedirsən evinizə

    Mən qalıram Ay qalır, bir də duvarlar qalır

    Bir də duvarlar üstə,Qırmız şuarlar qalır

    Tək qaldıqda hamımız, tək oluruq hamımız

    Mən qalıram Ay qalır, duvarlar yalqız qalır

    Sən evizə gedirsən, mənə bir Təbriz qalır...

    -

    Səid Muğanlı'dan

    Sevmək; bir intihar dır.

    Qar çiçəyi günəş'e baxıb öldü.

    Sevmək ;Bir ittiham dır.

    Sevmək; təkcə Sevmək deyil ki!

    Sənin, mənim, Onun arasında

    Sevmək

    bir inqilab dır.

    mən sevirəm

    Və zindandayam...


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Güney Azərbaycan'da çağdaş ədəbiyyatın durumu

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 2296


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş