Ermənistanın destruktiv mövqeyi ötən il Qarabağ münaqişəsinin həllinə imkan verməyib http://merkez.az/wp-content/uploads1/2143-1.jpg Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2012-ci il üçün yekun mətbuat buraxılışında bildirilir Ötən il Azərbaycanın xarici siyasəti üçün ən ümdə vəzifə ölkənin ərazi bütövlüyünün siyasi yolla bərpası məsələsi olub və bu məqsədlə rəsmi Bakı ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan siyasi prosesdə öz iştirakını davam etdirib. APA-nın xəbərinə

Bu konu 802 kez görüntülendi 0 yorum aldı ...
Ermənistanın destruktiv mövqeyi ötən il Qarabağ münaqişəsinin həllinə imkan verməyib 802 Reviews

    Konuyu değerlendir: Ermənistanın destruktiv mövqeyi ötən il Qarabağ münaqişəsinin həllinə imkan verməyib

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 802 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Ermənistanın destruktiv mövqeyi ötən il Qarabağ münaqişəsinin həllinə imkan verməyib

    Ermənistanın destruktiv mövqeyi ötən il Qarabağ münaqişəsinin həllinə imkan verməyib




    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2012-ci il üçün yekun mətbuat buraxılışında bildirilir

    Ötən il Azərbaycanın xarici siyasəti üçün ən ümdə vəzifə ölkənin ərazi bütövlüyünün siyasi yolla bərpası məsələsi olub və bu məqsədlə rəsmi Bakı ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan siyasi prosesdə öz iştirakını davam etdirib.

    APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 2012-ci il üçün yekun mətbuat buraxılışında bildirilir.

    XİN təəssüflə qeyd edib ki, Ermənistan destruktiv siyasətini davam etdirərək, məsələnin sülh yolu ilə həllinə imkan verməyib, münaqişə zonasında törətdiyi ciddi provokasiyaları ilə vəziyyəti daha da mürəkkəbləşdirməyə çalışıb: “Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğu münaqişənin həlli qarşısında duran əsas maneədir və Azərbaycan tərəfi bu məsələni danışıqlar zamanı əsas arqument kimi qaldırıb”.

    Azərbaycan tərəfi 2012-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli prosesi çərçivəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə, eləcə də münaqişənin bu prinsiplər əsasında həllinə beynəlxalq ictimaiyyətin dəstəyini əldə etmək məqsədilə diplomatik səylərini davam etdirib: “NATO-nun 2012-ci ilin may ayında Çikaqoda keçirilmiş sammitinin; Qoşulmama Hərəkatının 2012-ci ilin may ayında Şarm-əş-Şeyx şəhərində keçirilmiş xarici işlər nazirləri iclasının və 2012-ci ilin avqust ayında Tehranda keçirilmiş sammitinin; İslam Əməkdaşlıq Təşkilatının 2012-ci ilin avqust ayında Məkkədə keçirilmiş dördüncü fövqəladə Zirvə Toplantısının, 2012-ci ilin sentyabr ayında Nyu-York şəhərində və 2012-ci ilin oktyabr ayında Cibutidə keçirilmiş Xarici İşlər Nazirləri Şurasının iclaslarının; İqtisadi Əməkdaşlıq Təşkilatının 2012-ci ilin oktyabr ayında Bakıda keçirilmiş Zirvə Toplantısının yekun qərarlarında Azərbaycanın siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə və münaqişənin bu prinsiplər çərçivəsində həllinə dəstək ifadə olunub”.

    XİN-in rəyinə əsasən, 2012-ci ildə münaqişə həqiqətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlılıq səviyyəsi daha da artıb və bunun nəticəsində müxtəlif instansiyalarda münaqişənin bu və ya digər aspektlərinə münasibət bildirən qərarlar qəbul olunub: “Ermənistanın işğalçı siyasəti, onun azərbaycanlılara qarşı törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən Xocalı soyqırımı Meksika Senatının qəbul etdiyi qərarın ardınca İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının, Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin, Kolumbiya Senatının, ABŞ-ın Men və Corciya ştatlarının parlamentlərinin qəbul etdiyi sənədlərdə və eləcə də Nyu-Cersi ştatının qubernatorunun verdiyi bəyanatda pislənib”.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ermənistanın destruktiv mövqeyi ötən il Qarabağ münaqişəsinin həllinə imkan verməyib

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 802

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş