Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının Müdafiə Nazirliyi sistemindən ayrılması müzakirə olunur http://merkez.az/wp-content/uploads1/Parade_2201-11.jpg Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahı səlahiyyətlər baxımından Müdafiə Nazirliyi sistemindən xeyli ayrılmalıdır. Bu barədə Trend-ə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Millət vəkili hesab edir ki, Baş Qərargahın yüksək status əldə etməsi ordu quruculuğu sahəsində

Bu konu 1055 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının Müdafiə 1055 Reviews

    Konuyu değerlendir: Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının Müdafiə

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1055 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının Müdafiə

    Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının Müdafiə Nazirliyi sistemindən ayrılması müzakirə olunur




    Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahı səlahiyyətlər baxımından Müdafiə Nazirliyi sistemindən xeyli ayrılmalıdır.

    Bu barədə Trend-ə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.
    Millət vəkili hesab edir ki, Baş Qərargahın yüksək status əldə etməsi ordu quruculuğu sahəsində keyfiyyət dəyişikliyinə səbəb ola bilər.
    O qeyd edib ki, orduda hüquqi məsələləri bərqərar etmək üçün bir sıra tədbirlər görülməlidir.
    “İlk növbədə, 110 mindən artıq kontingentin dövlətin büdcəsinə ağırlığını nəzərə alaraq və bu prosesdə şəffaflıq elementlərinin genişlənməsi naminə Azərbaycanın hərbi vəzifələri, bu bölgənin reallığı, müharibə şəraitinə baxmayaraq, hansı dəyişikliklərin edilməsi mümkünlüyünü araşdırmaq lazımdır”, - o bildirib.
    Millət vəkili qeyd edib ki, Azərbaycanın ordu quruculuğunun Avropa sisteminə daha çox inteqrasiya etməsinə ehtiyac var.
    “Baş Qərargahın yüksək status alması təlimat sisteminin yeniləşdirilməsi, şəffaflıq, hüquqa dayanıqlı tədbirlərin görülməsinə şərait yaradacaq”, - Oruc vurğulayıb.
    Deputat görüləcək tədbirlər sırasında vətəndaşın hərbi sistemə hazırlanması, psixoloji adaptasiyanı sürətlə keçməsi məsələlərinə diqqətin artırılmasını da vurğulayıb.
    Hərbi ekspert Üzeyir Cəfərov da Trend-ə bildirib ki, NATO standartlarının tətbiqi ilə bağlı gələcəkdə Müdafiə Nazirliyi və Baş Qərargahın səlahiyyətləri ayrılmalıdır.
    “Ordunun döyüş hazırlığına, Silahlı Qüvvələrə nəzarəti Baş Qərargah həyata keçirməli, Müdafiə Nazirliyi isə güc strukturlarının hökumətdə lobbiçisi kimi çıxış etməli, onların maraqlarını müdafiə etməli və narahat edən məsələləri qaldırmalıdır”, - Cəfərov deyib.
    Eyni zamanda ekspert bildirib ki, bu məsələ yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdıqdan sonra həyata keçirilə bilər. Cəfərov qeyd edib ki, bu gün əsas vəzifə münaqişənin həlli istiqamətində mövcud struktur daxilində bütün gücün birləşdirilərək səfərbər olunmasıdır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının Müdafiə

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1055

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş