Evlərinin ögü yonca
kərkük xalq mahnısı
Evlərinin ögü yonca,
Yonca qalxmış dam boyunca, dam boyunca,
Boyu uzun, beli incə, ninnə yarım, ninnə,
Əsmər yarım, ninnə, ninnə, ninnə.
Evlərinin ögü lalə,
Saqi olub ver piyalə, ver piyalə,
Yoldaş olaq, düşək yola, ninnə yarım, ninnə,
Əsmər yarım, ninnə, ninnə, ninnə.
Evlərinin ögü darçın,
Fələk qoymur gözüm açım, vallah açım,
Səni alim, hara qaçım, ninnə yarim, ninnə,
Əsmər yarım, ninnə, ninnə, ninnə…