Əli İbrahimov Əli Ibrahimov aprel 1970-yanvar 1981 Əli İsmayıl oğlu İbrahimov 1913-cü il oktyabrın 1-də Rusiya imperiyasının Çita vilayətinin Ust-Kara kəndində kəndli ailəsində anadan olmuşdur. Onun baba və nənələri 1860-1870-ci illərdə Sibirə sürgün edilmiş azərbaycanlı kəndliləri olmuşdur. Atası və anası Sibirdə doğulmuş və orada yaşamışlar. İnqilabi hərəkata qoşulmuş atası İsmayıl 1919-cu ildə ağ qvardiyaçılar tərəfindən güllələnmişdir. Anasının himayəsində olan Əli kənd

Bu konu 1035 kez görüntülendi 0 yorum aldı ...
Əli İbrahimov 1035 Reviews

    Konuyu değerlendir: Əli İbrahimov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1035 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Əli İbrahimov

    Əli İbrahimov



    Əli Ibrahimov aprel 1970-yanvar 1981

    Əli İsmayıl oğlu İbrahimov 1913-cü il oktyabrın 1-də Rusiya imperiyasının Çita vilayətinin Ust-Kara kəndində kəndli ailəsində anadan olmuşdur. Onun baba və nənələri 1860-1870-ci illərdə Sibirə sürgün edilmiş azərbaycanlı kəndliləri olmuşdur. Atası və anası Sibirdə doğulmuş və orada yaşamışlar. İnqilabi hərəkata qoşulmuş atası İsmayıl 1919-cu ildə ağ qvardiyaçılar tərəfindən güllələnmişdir.

    Anasının himayəsində olan Əli kənd məktəbində oxumuş və onu 1929-cu ildə bitirmişdir. 1929-cu ildə İbrahimovlar ailəsi Bakıya köçür. Ə.İbrahimov Bakıya gəldikdən sonra tezliklə Bakı mexaniki texnikumuna daxil olur. 1932-ci ildə texnikumu texnik-mexanik peşəsi ilə bitirən Ə.İbrahimov l.Şmidt (indiki Səttarxan) adına zavodda əmək fəaliyyətinə başlayır.

    Ə.İbrahimov istehsalatda işləməklə yanaşı savadını, biliyini artırmaq işinə də fikir verirdi. O, bu məqsədlə 1932-ci ildə Azərbaycan Sənaye İnstitutunun mexanika fakültəsinə daxil olmuşdur. Zavodda əmək fəaliyyəti göstərən Ə.İbrahimov 1937-ci ildə institutu mühəndis-mexanik kimi bitirib ali təhsilli mütəxəssisə çevrilir. Gənc mühəndis Ə.İbrahimov l.Şmidt adına zavodda əsas istehsalat sahələrindən birinə mexaniki sexə başçılıq etməyə başlayır. O, burada 1938-ci ilin dekabrına kimi çalışır. Sonra isə əsgərliyə çağırılır.

    1938-1940-cı illərdə Ə.İbrahimov sovet ordusunun Sakit okean donanmasının tərkibində Olqa limanında qulluq etmişdir. 1941-1943-cü illərdə təcrübəli mütəxəssis, işgüzar rəhbər Ə.İbrahimov 1 May adına Bakı maşınqayırma zavodunun baş mühəndisi vəzifəsinə irəli çəkilir. 1943-1945-ci illərdə o, Kirov adına Bakı qazıma dəzgahları zavodunun direktoru olmuşdur. O, bu zavodların müharibənin tələb etdiyi sursatlar istehsal etməsi, döyüşən ordunu hərbi ləvazimatlarla və neft mədənlərini avadanlıqla təmin olunması sahəsində var qüvvəsi ilə çalışmışdır.

    Ə.İbrahimov 1945-1946-cı illərdə Bakı Partiya Komitəsi katibinin maşınqayırma sənayesi üzrə müavini olmuşdur. Lakin tezliklə o, yenidən neft maşınqayırma sənayesi müəssisələrində geriliyi aradan qaldırmaq, kadrla möhkəmləndirmək məqsədilə istehsalata rəhbər vəzifəyə göndərilir. Ə.İbrahimov 1946-1948-ci illərdə Azneftmaş trestinə rəhbərlik etmişdir. O ilk gündən trestə tabe olan zavod və sexlərin texnoloji proseslərinin yaxşılaşdırılması, əməyin düzgün təşkil edilməsi və s. təd- birlər həyata keçir. Bunların nəticəsində Azneftmaşın müəssisələri istehsalat tapşırıqlarını və planlarını artıqlaması ilə yerinə yetirmiş və respublikanın qabaqcıl müəssisələrinə çevrilmişdir.

    1948-1950-ci illərdə Ə.İbrahimov Azərbaycan KP MK katibinin müavini, sənaye və nəqliyyat şöbəsinin müdiri olmuşdur. O, Azərbaycan MK-da işlədiyi zaman müəssisələrdə siyasi-kütləvi işin yüksəldilməsi, istehsalat planlarının yerinə yetirilməsi sahəsində xeyli iş görmüş, yüngül, toxuculuq, yeyinti nazirliklərinin sənayenin və nəqliyyatın başqa sahələrinin müəssisələrinin əksəriyyəti plan taprşırıqlarını vaxtından əvvəl ödəmişdir. Respublikanın dəmiryol, su və avtomobil nəqliyyatında vəziyyətin yaxşılaşdırılması və inkişaf etdirilməsi, işgüzar kadrlarla təmin olunmasında var qüvvəsini sərf etmişdir.

    1950-1953-cü illərdə Azərbaycan Nazirlər Sovetinin Dövlət Plan Komissiyasının sədri, 1953-1954-cü illərdə respublika Dövlət Plan Komitəsinin sədrinin birinci müavini, 1954-1963- cü illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri, 1963-1965-ci illərdə Zaqafqaziya iqtisadi rayonunun Plan Komissiyasının sədri, 1965-1970-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmışdır. O, bu vəzifələrdə respublika xalq təsərrüfatının müxtəlif sahələrinin planlaşdırması, iri fabrik və zavodların, elektrik stansiyalarının Azərbaycanın müxtəlif rayonlarında tikilməsi, şəhər və kəndlərin planlı qaydada abadlaşdırılması sahələrinə kapital qoyulması, yeni tikilən müəssisələrin bacarıqlı kadrlarla təmin olunması işinə xeyli fikir vermişdir.

    Azərbaycan KP MK-nın birinci katibi H.Ə.Əliyevin tövsiyəsi ilə Ə.İbrahimov 1970-1981-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinə sədrlik etmiş və SSRİ Nazirlər Sovetinin üzvü olmuşdur. Artıq təcrübəli və bacarıqlı təşkilatçı kimi özünü göstərmiş Ə.İbrahimov respublikanın bu məsul vəzifəsində Azərbaycan sənayesinin, iqtisadiyyatının, mədəniyyətinin hərtərəfli inkişaf etməsi işində var qüvvəsi ilə çalışmış, böyük əmək sərf etmişdir.

    Ə.İbrahimov 1981-ci ilin yanvarında öz xahişi ilə İttifaq əhəmiyyətli pensiyaya getdiyi üçün Azərbaycan SSR Nazirlər Soveti sədri vəzifəsindən çıxmışdır. H.Əliyevin imzaladığı, 1981-ci il yanvarın 16-da Azərbaycan KP MK-nın çıxardığı qərarda yazılır: «Ə.İ.İbrahimovun pensiyaya get- məsi ilə əlaqədar Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsindən azad edilməsi haqqında xahişini yerinə yetirmək».

    Ə.İbrahimov dəfələrlə Azərbaycan KP MK və Sov. İKP MK üzvlüyünə namizəd, Azərbaycan KP MK və bürosunun, Azərbaycan Ali Soveti rəyasət heyətinin üzvü, plenum, konfrans və qurultayla- rın nümayəndəsi, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş və sessiyaların işində iştirak etmişdir.

    Ə.İbrahimovun əmək fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 3 dəfə Lenin ordeni, 3 dəfə Qırmızı Əmək Bayrağı ordeqi və müxtəlif medallarla təltif edilmişdir. Ə.İbrahimov 1990-cı il fevralın 15-də Bakı şəhərində vəfat etmişdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Əli İbrahimov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1035


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş