Səbzi qovurma
Qoyun əti - 330q, baş soğan - 50q, ərinmiş yağ - 25q, abqora - 10q, və ya lumu turşusu - 0,3q, zəfəran - 0,1q, göyərti - 200q (ispanaq və turşəng - 50q, keşniş və şüyüd - 50q, kəvər - 50q, göy soğan - 50q) istiot, duz.
Qoyun ətinin bud hissəsi əvvəlcə sümükdən ayrılır və 25-35 qramlıq tikələrə kəsilir. Ətə duz və istiot vurulub qızardılır. Sonra yağda qızardılmış soğan, zəfəran şirəsi, lumu turşusu və ya abqora ilə birlikdə öz buğunda bişirilir. Hazır olmasına 5 dəqiqə qalmış doğranmış göyərti (ispanaq, turşəng, keşniş, şüyüd, kəvər, göy soğan) qatılır. Süfrəyə verdikdə yanına qatıq qoyulur.