Cavad Heyət Dünya şöhrətli azərbaycanlı alim doktor Cavad Heyət. Yer üzündə tək-tək insanlar var ki, onlara dünyanın hər bir yerində ehtiyac duyulur. Sevgi və hörmətin dərəcəsindən asılı olmayaraq onlar hər zaman əvəzedilməz hesab olunurlar. Belələrindən biri də Azərbaycanın görkəmli alimi və ictimai xadimi, doktor Cavad Heyətdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, o, təkcə güneyli - quzeyli Azərbaycanın deyil, həm də bütün türk dünyasının sayılıb - seçilən alimlərindən biridir.

Bu konu 956 kez görüntülendi 0 yorum aldı ...
Cavad Heyət 956 Reviews

    Konuyu değerlendir: Cavad Heyət

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 956 kez incelendi.

Konu: Cavad Heyət

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Cavad Heyət

    Cavad Heyət


    Dünya şöhrətli azərbaycanlı alim doktor Cavad Heyət.

    Yer üzündə tək-tək insanlar var ki, onlara dünyanın hər bir yerində ehtiyac duyulur. Sevgi və hörmətin dərəcəsindən asılı olmayaraq onlar hər zaman əvəzedilməz hesab olunurlar.

    Belələrindən biri də Azərbaycanın görkəmli alimi və ictimai xadimi, doktor Cavad Heyətdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, o, təkcə güneyli - quzeyli Azərbaycanın deyil, həm də bütün türk dünyasının sayılıb - seçilən alimlərindən biridir.

    Doktor Cavad Heyət - Beynəlxalq cərrahlar cəmiyyətinin idarə heyətinin və Paris Beynəlxalq Cərrahlar Akademiyasının üzvü, İstanbul Universitetinin fəxri türkoloji doktoru, həmin universitetin İstanbul Tibb fakültəsinin tibb elmləri doktoru və Türk dili qurumunun fəxri üzvü, Bakı Dövlət Universitetinin və Azərbaycan Tibb Universitetinin fəxri doktoru, dünya şöhrətli cərrah, alim, qüdrətli nasirdir. Tibb sahəsindəki elmi yazıları ilə yanaşı, o, dünyada azərbaycan türkcəsi, ədəbiyyatı, tarixi ilə bağlı yüksək səviyyəli əsərlərin müəllifi kimi də tanınır. Doktor Cavad Heyət artıq 30 ilə yaxındır ki ədəbi-mədəni "Varlıq" dərgisini İranda türk dilində çap etdirir.

    Professor Cavad Heyət 1925-ci il mayın 24-də Təbriz şəhərində dünyaya göz açmışdır. Onun atası Mirzəli Heyət zəmanəsinin tanınmış aydınlarından biri, Azərbaycanın məhşur maarifpərvəri, "İttihadi-islam" cəmiyyətinin qurucusu idi. Əbəs yerə deyil ki, doktor Cavad Heyət indiyədək atasını özünün ustadı hesab edir.

    Doktor Cavad Heyət ilk orta təhsilini İranda alıb. 1946-cı ildə isə Türkiyə İstanbul Universitetinin tibb fakültəsini bitirib. Həmin Universitetdə 3 il çalışdıqdan sonra təhsilini 4 il müddətində Fransada Paris Universitetində davam etdirmişdir. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək 1952-ci ildə Tehrana qayıtmış və orada öz xüsusi kilinikasını açmışdır.

    Cavad Heyət Tehran Azad İslam Universitetinin cərrahiyə üzrə professorudur. Əlli ildən çoxdur ki, cərrahlıqla məşğuldur. Öz xüsusi klinikası olmaqla yanaşı, Tehran-Pars xəstəxanasında da çalışır. Məhz doktor Cavad Heyət 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə “Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunmuşdur. Doktor Cavad Heyət 1963-cü ildən Beynəlxalq Cərrahlıq Cəmiyyətində İranın təmsilçisi olub.

    1983-cü ildə isə cərrahiyənin inkişafına verdiyi elmi-nəzəri və əməli uğurlarına görə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilib. Bundan sonra 8 ildən artıq Tehranda Azad İslam Universitetinin Cərrahiyə kafedrasına rəhbərlik etmişdir. Fars dilində cərrahlıqla bağlı üç cildlik dərs kitabının, eyni zamanda ikisi fars və beşi də türk dilində olan yeddi cildlik türkoloji kitabın müəllifidir. Bunlar "Tromboflebit və müalicəsi" monoqrafiyası, "Ümumi cərrahlıq", "Cərrahiyyə dərsləri" və s. Həmin kitablar bu gün də İranda tibbi təhsil alan tələbələrin dərs vəsaitidir.

    O, cərrahiyyə ilə bağlı Azərbaycan, Amerika, Fransa, Türkiyə və bir çox Avropa universitetlərində tez-tez mühazirələr oxumaq üçün dəvətlər alır.

    Cavad Heyət çoxşaxəli fəaliyyətə malik bir şəxsiyyətdir. O, dünya təbabətinə xidməti ilə yanaşı, Güney azəri türklüyünə və ümumtürk dünyasına tarixi xidmətlər göstərib. 1979-cu il İran İslam İnqilabından dərhal bəhrələnərək Güney türklərinin ilk mətbu orqanı kimi məşhur "Varlıq" dərgisini nəşr etdirməyə başlayıb. Professor Cavad Heyət 26 ildən artıqdır ki, türk və fars dillərində dərc olunan ədəbi-mədəni dərgi "Varlıq"-ın baş redaktorudur. Qeyd etmək lazımdır ki, “Varlıq” dərgisi ildə 4 nömrə olmaqla 2 min nüsxə çıxır. Dərgi Azərbaycan, Türkiyə, ABŞ və Avropa ölkələrinə də yayılır. "Varlıq" dərgisini qürbətdə yaşayan həmyerlilərimiz üçün bir məktəb hesab etsək heç də yanılmarıq. Ona görə ki, bu dərgi azərbaycanlılara ədəbi dilini, dilimizin ədəbi qaydalarını, qrammatikasını, ədəbiyyatmızı, onun müasir vəziyyətini, tariximizi öyrədir.

    Doktor Cavad Heyətin sözlərinə görə dərgidə bu mövzuda silsilə məqalələr dərc olunur. Dərgi İranda uzun müddət təkbaşına çıxmasına baxmayaraq indi ana dilimizdə artıq 50-dən çox qəzet və dərgi dərc olunur. Təbriz, Urmiyə, Tehran və Ərdəbil universitələrində "türk dili və ədəbiyyatı" kafedraları fəaliyyət göstərir.

    Lakin "Varlıq" jurnalının dərc olunması onun mədəni-maarifçi xidmətlərinin yalnız bir hissəsini təşkil edir. Belə ki, doktor Cavad Heyət həm də ədəbiyyatımızın böyük tədqiqatçısı, ümumtürk ədəbiyyat tarixinin araşdırıcısı, Güneydə Azərbaycan ədəbi dilini formalaşdıranlardan biridir. Filologiya və türkologiya elminə "Azərbaycan ədəbiyyat tarixinə bir baxış", "Azərbaycan şifahi xalq ədəbiyyatı", "Türk dili və ləhcələrinin tarixi", "İki dilin müqayisəsi" kimi dəyərli kitablar bəxş edib. Amma doktor Cavad Heyət yalnız Azərbaycan dili, ədəbiyyatı və onun tarixi ilə məşğul deyil.

    O, eyni zamanda, bütün dünya türklərinin tarixi, dilləri və qədim ədəbiyyatına da nəzər yetirmiş, bir çox məqalələr çap edib, kitablar yazmışdır. Doktor Cavad Heyət 6 – dan çox monoqrafiyanın və 100 - dən artıq elmi əsərlərin müəllifidir. O, azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilir.

    Professor Cavad Heyət təkcə İran İslam Respublikasında, təhsil aldığı Türkiyə Cümhuriyyətində, ürəyi və canıyla bağlı olduğu Azərbaycan Respublikasında deyil, demək olar ki, dünyanın bütün inkişaf etmiş ölkələrinin elm və mədəniyyət mərkəzlərində də tanınmış və xalqımızın fəxr etdiyi nadir şəxsiyyətlərdən biridir.

    Görkəmli alim Azərbaycan elm və mədəniyyətinin inkişafındakı, İran - Azərbaycan ədəbi-mədəni, ictimai əlaqələrinin möhkəmləndirilməsindəki böyük xidmətlərinə görə Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin "M.F.Axundov adına mükafat"ına və "Dədə Qorqud" Assosiasiyasının təsis etdiyi "Məmməd Araz" mükafatına layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, doktor Cavad Heyət həmin mükafatlardan aldığı pulu qaçqınlara paylamışdır. Bu bir daha onu göstərir ki, Cavad Heyət öz vətəninə və onun vətəndaşlarına biganə qalmır. Onların problemləri ilə yaxından maraqlanır və öz yardım əlini heç vaxt əsirgəmir. Bundan başqa o, həmişə Azərbaycanı xarici ölkələrdə təmsil etməyi özünə şərəf bilir və azərbaycanlı olduğu üçün hər zaman gürur hissi duyur.

    Həqiqət, məhəbbət və vəfa doktor Cavad Heyətin sevdiyi məfhumlardır. Yalan, riyakarlıq və yaltaqlıq isə onun qəbul etmədiyi və insanlığa yaraşdırmadığı əməllərdir. Doktor Cavad Heyət yalanı "Bütün fəsadların başlanğıcı" kimi qəbul edir.

    Görkəmli həkim, gözəl insan, tanınmış türkoloq, doktor Cavad Heyətin adı demək olar ki, bu gün bütün dünyada məşhurdur. Bütün bu sahələri özündə birləşdirən doktor Cavad Heyət bunu belə əsaslandırır ki, əsl həkim İbn Sina kimi həm tarixi, həm ədəbiyyatı, həm də fəlsəfəni gözəl bilməlidir.

    Bir cərrah kimi adı kifayət qədər şöhrətlidir. Doktor Cavad Heyət bütün həyatını və fəaliyyətini əsas sənəti olan cərrahlığa, elmi araşdırmalara, millətinin və xalqının sağlamlığını qorumağa, eyni zamanda xalqının dilinin və mədəniyyətinin dirçəlməsinə həsr etmiştir. Türk dünyası doktor Cavad Heyət kimi oğullarıyla həmişə fəxr edib və belə nadir insanları dünyaya bəxş etdiyi üçün məmnunluq hissi duyub. Çünki, doktor Cavad Heyət kimi alimlər, ictimai xadimlər, nasirlər bu gün də türk dünyasının adını uca tutan şəxsiyyətlərdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Cavad Heyət

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 956


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş