Cəlal Qasımov sentyabr ayının 21-də1979-cu ildə anadan olmuşdur.
1996 – 2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi almışdır.
2000–2002-ci illərdə təhsilini davam etdirərək Ali Diplomatiya Kollecində Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yüksəlmişdir.
2006-cı ildən bu günə qədər “Warwick Business School”da (İngiltərə) MBA proqramı üzrə təhsil alır.
Professional fəaliyyətinə 1998-ci ildən yerli şirkətlərin birində mühasib olaraq başlamışdır.
1999-2002-ci illərdə İlkbankda əməliyyat departamentinin mütəxəssisi və kredit departamentinin mütəxəssisi vəzifələrində çalışmışdır.
2002-ci ilin sonlarına qədər “Halliburton İnternational” ASC-də Azəri-Çıraq-Günəşli layihəsinin 1-ci fazası üzrə layihənin qiymətləndirməsi üzrə mütəxəssisi vəzifəsində çalışmışdır,
2003-cü ilin ortalarına qədər EUPEC Pipe Coatinqs Azerbaijan şirkətində Maliyyə direktoru vəzifəsində çalışmışdır.
2003-cü ilin ortalarından 2006-cı ilə qədər Azpetrol şirkətində Vergi Planlaşdırılması və Büdcə Nəzarəti Departamentinin direktoru, Maliyyə direktoru və Direktorlar Şurasının Sədr Müavini vəzifələrində çalışmışdır.
Bir müddət Rusiyada “McKinsey & Company”də məsləhətçi vəzifəsində çalışdıqdan sonra Bakıya qayıdaraq “Bank of Baku”da İdarə Heyəti Sədrinin müşaviri vəzifəsində işə davam etmişdir.
Hazırda Bank of Baku ASC-nin İdarə Heyətinin Sədridir.