Cəlal Qasımov Cəlal Qasımov 21 sentyabr 1979-cu ildə anadan olmuşdur. 1996 – 2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi almışdır. 2000–2002-ci illərdə təhsilini davam etdirərək Ali Diplomatiya Kollecində Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yüksəlmişdir. 2006-cı ildən bu günə qədər “Warwick Business School”da (İngiltərə) MBA proqramı üzrə təhsil alır.Müxtəlif vaxtlarda aşağıdakı

Bu konu 1232 kez görüntülendi 0 yorum aldı ...
Cəlal Qasımov 1232 Reviews

    Konuyu değerlendir: Cəlal Qasımov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1232 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Cəlal Qasımov

    Cəlal Qasımov


    Cəlal Qasımov 21 sentyabr 1979-cu ildə anadan olmuşdur.

    1996 – 2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi almışdır.

    2000–2002-ci illərdə təhsilini davam etdirərək Ali Diplomatiya Kollecində Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yüksəlmişdir.

    2006-cı ildən bu günə qədər “Warwick Business School”da (İngiltərə) MBA proqramı üzrə təhsil alır.Müxtəlif vaxtlarda aşağıdakı beynəlxalq seminarlarda, treninq-kurslarda iştirak etmişdir:

    McKinsey şirkətin daxili treninq proqramı (Moskva) – Maliyyə Menecmenti, Transevropean Centre Ltd. (London və Edinburq) – Layihə maliyyələşdirməsi və menecmenti- 04/2004, Daxili Audit və Nəzarət ACCA (Böyük Britaniya) – Maliyyə hesabatlarının hazırlanması, İdarəetmə üçün maliyyə məlumatı, İnsanların idarəedilməsi, Məlumat sistemləri, Korporativ və biznes hüququ, Vergitutma-Böyük Britaniyanın vergi sistemi, Maliyyə idarəetməsi və nəzarət, Maliyyə hesabatlığı, Audit və daxili nəzarət və s.Professional fəaliyyətinə 1998-ci ildən yerli şirkətlərin birində mühasib olaraq başlamışdır.

    1999-2002-ci illərdə İlkbankda əməliyyat departamentinin mütəxəssisi və kredit departamentinin mütəxəssisi vəzifələrində çalışmışdır.

    2002-ci ilin sonlarına qədər “Halliburton İnternational” ASC-də Azəri-Çıraq-Günəşli layihəsinin 1-ci fazası üzrə layihənin qiymətləndirməsi üzrə mütəxəssisi vəzifəsində çalışmışdır,

    2003-cü ilin ortalarına qədər EUPEC Pipe Coatinqs Azerbaijan şirkətində Maliyyə direktoru vəzifəsində çalışmışdır.

    2003-cü ilin ortalarından 2006-cı ilə qədər Azpetrol şirkətində Vergi Planlaşdırılması və Büdcə Nəzarəti Departamentinin direktoru, Maliyyə direktoru və Direktorlar Şurasının Sədr Müavini vəzifələrində çalışmışdır.

    Bir müddət Rusiyada “McKinsey & Company”də məsləhətçi vəzifəsində çalışdıqdan sonra Bakıya qayıdaraq “Bank of Baku”da İdarə Heyəti Sədrinin müşaviri vəzifəsində işə davam etmişdir.

    25 Yanvar 2008 il tarixindən Bank of Baku ASC-nin İdarə Heyətinin Sədridir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Cəlal Qasımov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1232


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş