Məmmədsaleh Ismayılov Qayğıkeş müəllim Üzeyir Hacıbəyovun adını ilk dəfə mən 1925— 1926-cı illərdə eşitmişəm. O zaman 11 —12 yaşım olardı; Nuxa (indiki Şəki) nümunə-təcrübə məktəbində oxuyurdum. Bu, bir növ internat tipli məktəb idi. Böyük musiqiçi, bəstəkar Üzeyir Hacıbəyov haqqında mənə müəllimim İbad Rəhmətullayev danışmışdı. İbad müəllim Üzeyir Hacıbəyovun Bakıda yenicə təşkil etdiyi musiqi məktəbində tar sinfində oxumuşdu. O zaman mənim musiqiyə böyük həvəsim var idi. Üzeyir

Bu konu 1366 kez görüntülendi 0 yorum aldı ...
Məmmədsaleh Ismayılov Qayğıkeş müəllim 1366 Reviews

    Konuyu değerlendir: Məmmədsaleh Ismayılov Qayğıkeş müəllim

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1366 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Məmmədsaleh Ismayılov Qayğıkeş müəllim

    Məmmədsaleh Ismayılov
    Qayğıkeş müəllim

    Üzeyir Hacıbəyovun adını ilk dəfə mən 1925— 1926-cı illərdə eşitmişəm. O zaman 11 —12 yaşım olardı; Nuxa (indiki Şəki) nümunə-təcrübə məktəbində oxuyurdum. Bu, bir növ internat tipli məktəb idi.

    Böyük musiqiçi, bəstəkar Üzeyir Hacıbəyov haqqında mənə müəllimim İbad Rəhmətullayev danışmışdı. İbad müəllim Üzeyir Hacıbəyovun Bakıda yenicə təşkil etdiyi musiqi məktəbində tar sinfində oxumuşdu. O zaman mənim musiqiyə böyük həvəsim var idi. Üzeyir Hacıbəyovu görmək arzusu ilə yaşayırdım; onun obrazı daim xəyalımda əzəmətlə ucalırdı, onun şagirdi olmağı ürəkdən istəyirdim.

    Tezliklə bu arzuma çatdım.

    1930-cu ildə Azərbaycan Dövlət Konservatoriyası hazırlıq şö'bəsinin (fəhlə fakültəsinin) tələbəsi oldum. Konservatoriyaya daxil olarkən məni Üzeyir Hacıbəyov özü imtahan elədi (qəbul komissiyasının sədri idi). Həmin gün böyük musiqiçi ilə şəxsi tanışlıqdan nə dərəcədə sevindiyimi izhar edə bilmirəm.

    Yaşımın çox olmasına baxmayaraq (16 yaş musiqi ilə məşğul olmağa başlamaq üçün, təbii ki, çox idi), Üzeyir Hacıbəyov xahişimi nəzərə alaraq, məni skripka sinfinə qəbul etdi.

    Bir qədər sonra Üzeyir Hacıbəyova mə'lum oldu ki, mən tar da çala bilirəm. Məni dinlədikdən sonra (dinləyişdə Qurban Pirimov, Mansur Mansurov, doktor İonesyan da iştirak edirdilər) mənə məsləhət gördü ki, tar sinfindəki məşğələlərə də gedim. Tar çalmağım Üzeyir Hacıbəyovun elə xoşuna gəlmişdi ki, məni hətta respublikanın rayonlarına gedən konsert briqadalarının tərkibinə də daxil etdi.

    Sonralar, tarix-nəzəriyyə fakültəsində oxuyarkən Üzeyir Hcıbəyovdan Azərbaycan xalq musiqisinin əsaslarını öyrəndim. Hacıbəyov həmişə sə'y edirdi ki, onun məşğələləri yaradıcılıq xarakteri daşısın. Bu məqsədlə Azərbaycan xalq musiqisinin qanunlarını və üslub xüsusiyyətlərini daha yaxşı mənimsəməkdən ötrü tələbələri məcbur edirdi ki, Azərbaycan məqamları üstündə ciddi üslubda müxtəlif melodiyalar bəstələsinlər.

    Konservatoriyanı bitirən zaman mənə «Koroğlu» operasına həsr olunmuş diplom işi yazmaq şərəfi nəsib oldu. Üzeyir Hacıbəyov vaxtının az olmasına baxmayaraq, işimi yazmaq üçün həmişə mənə lazımi məsləhətlər verirdi.

    1946-cı ildə, Böyük Vətən müharibəsi qələbəmizlə başa çatdıqdan sonra Üzeyir Hacıbəyovun təşəbbüsü ilə (o, Mərkəzi Ordu Qərargahının komandiri, Sovet İttifaqı marşalı İ. S. Konevə məktub göndərmişdi) mən ordudan tərxis olundum və vətənə qayıtdım.

    Üzeyir Hacıbəyov atalıq qayğısı göstərərək, məni Azərbaycan SSR Elmlər Akademiyasında özü rəhbərlik etdiyi incəsənət institutuna işə qəbul etdi. Onun rəhbərliyi ilə işləyən, hələ o zaman gənc olan biz şagirdləri bütün qüvvəmiz və səyimizlə Azərbaycan xalq musiqisi, onun tarixini və nəzəriyyəsini dərindən öyrənib tədqiq edirdik.

    İndi qeyd etməyi lazım bilirəm ki, dahi bəstəkarın elmi-tədqiqat əsəri olan «Azərbaycan xalq musiqisinin əsasları» əsərini Azərbaycan dilinə tərcümə etmək şərəfi mənə nəsib olmuşdur. Bu kitab Azərbaycan xalq musiqisinin xüsusiyyətlərini öyrənmək üçün son dərəcə qiymətli bir əsərdir.

    Azərbaycan xalq musiqi sahəsində Üzeyir Hacıbəyovun elmi-tədqiqat ən'ənələrini davam və inkişaf etdirmək ona çox-çox borclu olan hər bir kəsin işidir.

    1975


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Məmmədsaleh Ismayılov Qayğıkeş müəllim

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1366


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş