[Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
Mən sizi heç zaman unutmaycam
Dəryaya çevrildi su, aramızda,
Bir ürək vardı ,qaldı o qızda.
Siz məni bir anda unutsanızda,
Mən sizi heç zaman unutmaycam.
Ötüşən zamandı, ayıran yoldu,
Qəbimdə sevindi, gözümdə doldu.
Bu günlər ən şirin xatirəm oldu.
Mən sizi heç zaman unutmaycam.
Unutsam gözümün, qarası sızlar,
Unutsam könlümün yarsı buzlar.
Danışan gəlinlər, küsəyən qızlar,!
Mən sizi heç zaman unutmaycam.
Şair Səxavəti ,çox saldın oda,
Sənin ürəyincə qoy olsun buda.
Rufa ,salamat qal, Jala əlvida.
Mən sizi heç zaman unutmaycam.
Sexavet Suleymanov