http://img703.imageshack.us/img703/9233/guseynjavid.jpg CAVIDIN MUSIQI DÜNYASI Sərdar FƏRƏCOV Xalqımızın böyük mütəfəkkir şairi və dramaturqu H.Cavidin hər şeri, misrası özlüyündə əsrarəngiz bir musiqi dünyası yaşatmaqla ruhu oxşayır, könülləri ovsunlayır. Cavid şeriyyətinə xas olan ülvilik, çılğınlıq, paklıq əslində ən yüksək musiqi əsərini rövnəqləndirə bilən keyfiyyətlərdəndir. Musiqinin varlığını təyin edən amillərdən biri olan ritmika (vəzn) isə cavid

Bu konu 1979 kez görüntülendi 0 yorum aldı ...
CAVIDIN MUSIQI DÜNYASI Sərdar FƏRƏCOV 1979 Reviews

    Konuyu değerlendir: CAVIDIN MUSIQI DÜNYASI Sərdar FƏRƏCOV

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1979 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart CAVIDIN MUSIQI DÜNYASI Sərdar FƏRƏCOV



    CAVIDIN MUSIQI DÜNYASI


    Sərdar FƏRƏCOV



    Xalqımızın böyük mütəfəkkir şairi və dramaturqu H.Cavidin hər şeri, misrası özlüyündə əsrarəngiz bir musiqi dünyası yaşatmaqla ruhu oxşayır, könülləri ovsunlayır. Cavid şeriyyətinə xas olan ülvilik, çılğınlıq, paklıq əslində ən yüksək musiqi əsərini rövnəqləndirə bilən keyfiyyətlərdəndir. Musiqinin varlığını təyin edən amillərdən biri olan ritmika (vəzn) isə cavid yaradıcılığında son dərəcə zəngin və kamildir. Istər əruz, istər heca vəznində yazarkən sənətkar və ustad olmasını sübut edən şair öz yaradıcılığında bu vəznlərin müxtəlifliyini, gözəlliyini məharətlə incələməsi heyrət doğurmaya bilməz. Təsadüfi deyildir ki, Cavid yaradıcılığını uzun illər tədqiq edən mərhum filoloq-alim Əkrəm Cəfər televiziya çıxışlarının birində demişdi: «…XX əsr Azərbaycan ədəbiyyatında əruz vəznində yazan şairlərin arasında heç bir nöqsana, xətaya yol verməyən iki böyük sənətkarın adını çəkə bilərik… Onlardan biri H.Cavid, digəri isə Ə.Vahiddir…».

    H.Cavidin yazdığı şe’rlərin məzmun, mündəricə və formasından asılı olmayaraq hamısının mayası sanki musiqi ilə yoğrulub. Cəsarətlə demək olar ki, Cavid şe’rinin bir çoxu sanki öz yaranışından bir başa musiqiyə ünvanlanıb. Təsadüfi deyildir ki, bəzi şerlərinin adı belə sanki musiqi janrını təyin edir: Türkü, şərqi, marş, rəqs və s.

    Doğrusu, Cavidin əsərləri ilə ilk tanış olduğum yeniyetmə çağımda «türkü», «şərqi» sözləri mənim üçün yeni, na’məlum, müəmmalı anlayışlar idi. Indi zaman ötüb, vaxt dəyişdikcə Cavidin böyük türk dünyasının, eləcə də müsəlman aləminin şanlı tarixini və mədəniyyətini dərindən bilən bir fenomen olması tam aydınlığı ilə mə’lum oldu. Həm də keçmiş mədəniyyətin parlaq lövhələrini öz müasirlərinə bədii əsərləri vasitəsi ilə çatdıra bilmək əzmi vətəndaş şairin böyük xidməti kimi dəyərləndirilməlidir.

    H.Cavid yaradıcılığı Azərbaycan xalqının mədəniyyət və mə’nəviyyatını əks etdirə bilən bir güzgü olduğunu qəbul edərək, həm də bu əsərlərin keçmişlə bu gün arasında ruh, mə’nəviyyat körpüsü olmasını da vurğulamalıyıq. Musiqi isə ruhun səslərlə təcəssümüdür. Bəlkə bu gün ötən əsrlərin musiqisini araşdıran tədqiqatçıların da öz bilgilərini genişləndirməsi üçün bir mənbə kimi Cavid yaradıcılığına da üz tutmaları doğru, düzgün olardı.

    H.Cavidin dram əsərlərini diqqətlə oxuyub - izlədikcə sanki qarşımızda müxtəlif, rəngarəng musiqili səhnələr panoraması açılır. Ilk səhnə əsəri olan «Ana» faciəsindən başlayaraq bütün pyeslərində müəllif musiqini də bir fərd, xarakter kimi müxtəlif səhnələrə daxil edir. Daha doğrusu, şair sanki musiqi vasitəsi ilə hər hansı bir şəraitdə, situasiyanı, vaxtı, zamanı, psixoloji anı daha dolğun əks etdirmək, dəqiqləşdirmək istəyir. Çox zaman şair öz istəyində dəqiq və konkretdir. Və bu dəqiqlik səhnədəki reallıqla həmahəngdir.

    H.Cavidin «Ana» faciəsi əsərin remarkasında göstərdiyi kimi, Dağıstan həyatından bəhs edir. Dağlı xalqlarında milli musiqi aləti kimi qəbul edilmiş qarmonun səhnə arxasından səslənməsi (remarkaya görə) zaman və məkan reallığına vacib bir ştrix əlavə etmiş olur.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: CAVIDIN MUSIQI DÜNYASI Sərdar FƏRƏCOV

          Kategori: Azerbaycan Müzik Adamları

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1979


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş