https://www.youtube.com/watch?v=oHHR0DA_D_M Arşın mal alan 1945 Məzmun Bakı, XX əsrin əvvəli. Gənc tacir Əsgər(Rəşid Behbudov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman(İsmayıl Əfəndiyev) onun köməyinə gəlirâ⡬¦ Film haqqında * Film aktyor-müğənni Rəşid Behbudovun kinoda ilk işidir.

Bu konu 2729 kez görüntülendi 0 yorum aldı ...
Arşın mal alan 1945 2729 Reviews

    Konuyu değerlendir: Arşın mal alan 1945

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2729 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    131
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Arşın mal alan 1945





    Arşın mal alan 1945

    Məzmun
    Bakı, XX əsrin əvvəli. Gənc tacir Əsgər(Rəşid Behbudov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman(İsmayıl Əfəndiyev) onun köməyinə gəlirâ⡬¦
    Film haqqında
    * Film aktyor-müğənni Rəşid Behbudovun kinoda ilk işidir.
    * Film aktyor Lütfəli Abdullayevin kinoda ilk işidir.
    * Musiqili film dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır.
    * Təkcə 1945-ci ildə bu filmə (ekrana buraxıldıqdan sonra) 16,27 milyon tamaşaçı baxmışdır. 8-ci yeri tutmaqla prokat lideri olmuşdur. (”Domaşnaya Sinematika” bədii filmlərinin kataloqu. Moskva, 1966).
    * Film nəinki Azərbaycan, həm də sovet kinosuna dünya şöhrəti qazandırmışdır.
    * Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından ”100 Sevimli film” seçilmişdir. Həmin filmlər üç hissəyə-Qızıl, Gümüş və Bürünc siyahılara ayrılmışdır. 1945-ci ildə istehsal olunmuş ”Arşın Mal Alan” kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə ”Qızıl Siyahı” ya daxil edilmişdir. (”Oqonyok” jurnalı, ââ⡬â⡬” 2, Yanvar, 1996).
    * Film 136 ölkədə nümayiş etdirilmiş, 86 dilə tərcümə edilmişdir.
    * Soltan bəy obrazını oynayan Ələkbər Hüseynzadə filmdən əvvəl 600 dəfə səhnədə bu obraza həyat vermişdir.
    * Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Bankın maliyyə dəstəyilə ”Arşın mal alan” filminin Moskva Film Fondundakı nüsxəsinin ölkəmizə gətirilərək, Azərbaycan dilində yenidən bərpa olunmasını təşkil edib. 16 May, 2006-cı ildə film 60 illiyində ilk dəfə nümayiş etdirilib.
    * Filmin çəkilməsi Stalinin göstərişi ilə həyata keçirildiyindən Mir Cəfər Bağırov çəkilişlərə xüsusi nəzarət etmişdir.
    * Filmdə gözə dəyən nə varsa hamısı təbiidir. Bu filmdə ümumiyyətlə butafordan istifadə edilməyib. Qızıl, bəzək əşyalarından tutmuş bütün ev əşyalarına qədər hər şey təbii və həqiqətən qiymətli əşyalardır. Rəşid Behbudov xatırlayırdı ki, çəkilişlərdə istifadə olunan qiymətli əşyalar muzeydən və xüsusi elanlarla əhalidən çəkiliş müddətinə götürülmüşdü.
    * Leyla Bədirbəyli Gülçöhrə roluna 50 qızın içərisindən seçilmişdi.

    Festivallar və mükafatlar
    1)1946-cı ildə
    * Bəstəkar Üzeyir Hacıbəyova (ölümündən sonra), rejissor Rza Təhmasibə, aktrisa Leyla Bədirbəyliyə, aktrisa Münəvvər Kələntərliyə, aktyor Rəşid Behbudova, aktyor Lütfəli Abdullayevə və aktyor Ələkbər Hüseynzadəyə SSRİ Dövlət Mükafatı verilmişdir.
    Filmin heyəti
    Filmin üzərində işləyənlər

    Əsərin Müəllifi : Üzeyir Hacıbəyov
    Ssenari Müəllifi : Sabit Rəhman
    Quruluşçu Rejissor : Rza Təhmasib, Nikolay Leşşenko
    Rejissor : İsmayıl Əfəndiyev
    Quruluşçu Operator : Əlisəttar Atakişiyev, Muxtar Dadaşov
    Bəstəkar : Üzeyir Hacıbəyov
    Musiqi Redaktoru : Niyazi
    Səs Operatoru : Ağahüseyn Kərimov
    Quruluşçu Rəssam : Yuri Şvets
    Rəssam : Ağamehdi Qumriyev
    Geyim Rəssamı : İsmayıl Axundov
    Mahnıları Rus Dilinə Tərcümə edən : Tatyana Streşneva
    Rejissor Assistenti : Zeynəb Kazımova, Əlisəttar Məlikov, N. Rusanova
    Montaj üzrə Assistent : A. Strijova
    Operator Assistenti : Kazım Həsənov
    Filmin Direktoru : Daniil Yevdayev, Teymur Hüseynov
    Xoreoqrafiya Müəllifi : Əlibaba Abdullayev

    Rollarda
    Rəşid Behbudov-Əsgər
    Leyla Bədirbəyli(Leyla Cavanşirova kimi)-Gülçöhrə
    Ələkbər Hüseynzadə-Soltan bəy
    İsmayıl Əfəndiyev-Süleyman
    Münəvvər Kələntərli-Cahan xala
    Lütfəli Abdullayev-Vəli
    Fatma Mehrəliyeva-Telli
    Rəhilə Mustafayeva-Asya
    Mirzəağa Əliyev-Məşədi İbad

    Janr: Komediya
    Məhəbbət
    Musiqili
    İlk baxış tarixi: 21 Yanvar, 1949, Finlandiya
    29 İyul, 1950, ABŞ
    16 May, 2006, Bakı(bərpa edilmiş versiyası-azəricə)
    Dil: Azərbaycan dili
    Ölkə: Azərbaycan
    İstehsalçı qurum: Bakı Kinostudiyası
    Filmin növü: Tammetrajlı Bədii Film
    Rəng: Ağ-Qara
    Vaxt: 99 dəq.
    İl: 1945
    Film çəkilən yerlər: Bakı
    Texniki məlumatlar: 10 hissə

    2715 metr
    35 mm


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Arşın mal alan 1945

          Kategori: Azerbaycan Sineması

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 2729

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş