Zabil (f)-k. Tarda bir pərdə və muğamlardan birinin adı ( zabil segah) Zabit(ə)-k. Ordu və donanmalarda komanda heyyətinə mənsub olan şəxs, rütbəli hərbçi, əmr edən; zəbt edən; alan, tutan Zabitə(ə)-q. Qayda, qanun, nizam, asayiş, intizam; bir yerin (şəhər, rayon, qəsəbə və s.) intizam və asayiş işlərinə baxan inzibati idarə, polis və jandarma idarəsi Zahid(ə)-k. Dünyanın zövq və nemətlərindən əl çəkib vaxtını dini ibadət etməklə keçirən adam,asket, ibadətlə məşğul olan; pəhrizkar,

Bu konu 24747 kez görüntülendi 0 yorum aldı ...
Z hərfi ilə başlayan adlar 24747 Reviews

    Konuyu değerlendir: Z hərfi ilə başlayan adlar

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 24747 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Z hərfi ilə başlayan adlar



    Zabil -k. Tarda bir pərdə və muğamlardan birinin adı ( zabil segah)

    Zabit(ə)-k. Ordu və donanmalarda komanda heyyətinə mənsub olan şəxs, rütbəli hərbçi, əmr edən; zəbt edən; alan, tutan

    Zabitə(ə)-q. Qayda, qanun, nizam, asayiş, intizam; bir yerin (şəhər, rayon, qəsəbə və s.) intizam və asayiş işlərinə baxan inzibati idarə, polis və jandarma idarəsi

    Zahid(ə)-k. Dünyanın zövq və nemətlərindən əl çəkib vaxtını dini ibadət etməklə keçirən adam,asket, ibadətlə məşğul olan; pəhrizkar, tərki-dünya; məs. cəmiyyətdən, insanlardan uzaq qaçan, qapalı həyat sürən.

    Zahidə (ə)-q. Bax: Zahid.

    Zahir(ə)-k. Açıq, aşkar, aydın, meydanda olan; hər hansı bir şeyin xarici görnüşü və görkəmi.

    Zahirə(ə)-q. Bax: Zahir.

    Zakir(ə)-k. Zikr edən, təsbeh çevirə-çevirə dua edən, Allahın adlarını və sifətlərini bir-birinin ardınca söyləyib təkrar edən, vird ilə məşğul olan, yada salan, adını çəkən.

    Zakirə(ə)-q. Bax: Zakir

    Zalxa(ib)-q. Əslində ”zelika”dır, “Züleyxa” adı da bu sözdəndir. Sürüşkən, sürüşən. Eyni zamanda bu Azərbaycanda məhəlli söz olub “Tutqun bənövşəyi rəngdə çoxlu çiçəkləri olan zəhərli bir bitki” kimi izah edilir.

    Zaman(ə)-k. Vaxt, müddət, çağ, dövr, mövsüm.

    Zamanxan-k. Zamanə xanı, dövrünün xanı.

    Zamin(ə)-k. Zəmanət verən adam, zamin duran, boynuna çəkən, boyun olan, təminat verən.

    Zamir(ə)-k. Əsli ”zəmir”dir. Ürək, qəlb; bir şeyin və kimsənin iç üzü, daxili; vicdan; səmimi və daxili duyğu; qramatikada: əvəzlik.

    Zanbaq(ə)-q. Uzun saplağı və gözəl qoxulu böyük gülləri olan bir bitki

    Zaur(ə)-k. Əsli ”zair”dir. Qonaq, başçəkən, ziyarət edən.

    Zehni(ə)-k. Ağıla məxsus, kamala aid, ağılla iş görən, istedadla bağlı olan.

    Zemfira-q. Bu ad haqqında iki fikir vardır. 1) ibranicə ”mahnı” anlamını verir; 2) yunanca “sappherios” və ibranicə “sappir”in rumin və başqa dillərdəki xalqın danışıq dilindən alınmış biçimindədir, göy yaqut anlamındadır.

    Zenfira-q.” Zemfira”nın dəyişilmiş formasıdır. Bax: Zemfira

    Zeybə-q. “Ziba” sözünün dəyişikliyə uğramış biçimi. Bax: Ziba

    Zeyqəm(ə)-k. Aslan, şir.

    Zeynal(ə)-k. 1) yaxşı; 2) “Zeynalabdin”in ixtisar edilmiş biçimi; 3) nəslin (ərəbcə “al”) yaraşığı, bəzəyi, daş-qaşı(ərəbcə “zeyn”).

    Zeynalabdin(ə)-k. Əslində “Zeynalabidin”dir. İbadətlə məşğul olanların bəzəyi, yaraşığı, yaxud da sadəcə olaraq ən yaxşı ibadət edənlər.

    Zeynəb(ə)-q. 1) Qiymətli daş-qaş, cavahirat; 2) atanın yaraşığı, bəzəyi, qiymətli daş-qaşı; 3)bunu kök, dolu bədənli kimi də izah eləyirlər.

    Zeynəddin(ə)-k. Dinin bəzəyi, yaraşığı.

    Zeynulla(ə)-Allahın bəzəyi, Tanrının yaxşı bəndəsi

    Zəfər(ə)-k. Qələbə, qalibiyyət, arzuya çatma, uğur.

    Zəhra(ə)-q. Parlaq, parıltı, parlaq üzlü, ən işıqlı, gül üzlü.

    Zəki(ə)-k. Zəkalı, düşüncəli, ağıllı, fərasətli, kəskin zəkası olan, istedadlı; anlayışlı

    Zəkiyyə(ə)-q. Bax: Zəki

    Zəkulla(ə)-k. Allahın ağıllı, zəkalı, düşüncəli bəndəsi

    Zəlimxan-k. Əziyyət çəkən xan, zülümdə olan xan, sıxıntıda olan xan

    Zəmanə(ə)-q. Zaman, vaxt; məs. tale, qədər, bəxt.

    Zəmanət(ə)-k.q. Zamin olma, zaminlik, məsuliyyət, boynuna götürmə.

    Zəminə(ə)-q. 1) Yer; mühit, şərait, ilkin şərt, əsası olan; 2) boyun olma, zaminlik, təminat.

    Zəmirə(ə)-q. Bax: Zamir; əvəz olunan( yəni oğlan olmasa da olar).

    Zənubər-q. “Sənubər”in dəyişilmiş biçimi. Bax: Sənubər.

    Zənurə (ə)-q. Əsli ”zənnur”dəndir; işıqlı, aydın, parlaq deməkdir.

    Zərbacı-q. Qızıl kimi gözəl (qız, bacı), zərlə bəzənmiş.

    Zərbəli(ə)-k. Əli vuruşu, Əli zərbəsi, Əli naxışı, Əlinin damğası

    Zərəngül-q. Əslində “ zərringül” dəndir. Hərfi anlamı belədir; zərli gül, qızıldan olan gül.

    Zərcamal-q. Qızıl üzlü gözəl, qızıl çöhrəli(qız, qadın).

    Zərgər-k. Qızıldan, qiymətli şeylərdən bəzək əşyaları düzəldən usta

    Zərgül-q. Qızıldan olan gül, qızıl gül.

    Zərxanım-q. Qızıla bənzər, qızıl kimi xanım; qəşəng, gözəl.

    Zərxara-q. Zərli ipəkdən toxunmuş parça, parıldayan şax ipək parça.

    Zərif(ə)-q. İncə, zərif, cansız; məs. nazik, qəşəng, gözəl, yaraşıqlı

    Zərifə(ə)-q. Bax:Zərif

    Zərin-q. Qızıldan olan, qızıla bənzəyən. Həmçinin bax: Zərrin

    Zərinə-q. Qızıla bəzənmiş, qızıl bəzək; zərli və qiymətli geyim; qızıldan hazırlanmış, qızıldan olan.

    Zərnigar-q. Əsli ”zər” və “negar” sözlərindəndir. Qızılla naxışlanmış, qızılla bəzənmiş, zər naxışlı; məs. qızıl kimi, gözəl, sevgili, yar.

    Zərnisə(f-ə)-q. Qızıl qadın, qızıl kimi qadın.

    Zərnişan-q. Qızıl nişan, qızılla, zərlə həkk edilmiş və ya işlənmiş (qılınc və başqa əşyaların üzərinə qazılmış yazı, möhür və s.) zərli, bəzəkli parça, zərlə işlənmiş parça və s.

    Zərnur(f-ə)-q. Qızıl kimi işıq verən, qızılın parıltısı, işığı.

    Zərnurə(f-ə)-q. Bax: Zərnur

    Zərparə-q. Qızıl parçası, qızıl tikəsi, qızıldan olan hissə.

    Ziba-q. Bəzəkli, gözəl, yaraşıqlı, zinətli, qəşəng, göyçək.

    Zibagül-q. Gözəl gül, qəşəng çiçək.

    Zibeydə-q. Bax: Zübeydə.

    Zinnur(ə)-k.q. İşıqlı, aydın, ziyalı.

    Zinyət(ə)-q. Əsli ”zinət”dir. Yaraşıq, bəzək.

    Zirəng-q. “Zirək” sözünün dəyişilmiş biçimi. Diribaş, cəld, çevik, bacarıqlı

    Zivər-k.q. Bəzək, yaraşıq, zinət.

    Ziya(ə)-k. İşıq, nur, aydınlıq.

    Ziyad(ə)-k. Artıq, çox, artıqlıq.

    Ziyadar(ə-f)-k. İşıqlı, nurlu, parlaq, aydın.

    Ziyadxan-k. Böyük xan, xandan da artıq olan.

    Ziyafəddin(ə)-k.”Ziyafət” və “din” sözlərindəndir. Dinin təntənəsi, dinin cəlalı

    Ziyafət(ə)-k.q. Böyük qonaqlıq, təntənəli qonaqlıq, şölən.

    Ziyalan-k. Aydınlaşan, işıqsaçan, parlayan

    Ziyarət(ə)-k. Müqəddəs sayılan bir yerə getmə; görüşmə, vizit.

    Ziyəddin-k. Əslində” ziyaəddin”dəndir. Dinin işığı, dinin parıltısı.

    Ziynət-Bax: Zinyət

    Zöhrab-k. Bax: Söhrab.

    Zöhrə(ə)-q. Günəş sisteminə daxil olan yeddi ulduzun biri və ən parlağı; Venera planetinin adı; Karvanqıran; məs. eşq ilahəsi, parlaq.

    Zübeydə(ə)-q. Əsli ”zübdə”dəndir. Əsas, maya, cövhər, qaymaq; xülasə, nəticə; ən bəyənilmiş, ən seçilmiş

    Züleyxa-q. “Zelika” (Zalxa) adının dəyişilmiş biçimidir. Bax: Zalxa

    Zülfəli(f-ə)-k. Əlinin saçı, Əlinin tükü, saçı, zülfləri

    Zülfi-k.q. Zülfləri olan, saça məxsus olan, hörüklü, telli.” Zülf” ilə başlayan adların ixtisar və nəvaziş biçimi kimi də işlənir.

    Zülfiqar-k. Bax: Zülfüqar.

    Zülfinaz-q. Zülfləri və nazı olan (qız, qadın)

    Zülfinur(f-ə)-q. Zülfləri parıltılı olan, parıldayan saçları olan.

    Zülfiyyə-q. Bax: Zülfi.

    Zülfizər-q. Saçları, telləri qızıl kimi olan, qızıl saçlı (qız)

    Zülfüqar(ə)-k. İki ağızlı qılınc.Dini rəvayətə göra guya göydən yerə enmiş bu qılıncı Məhəmməd peyğəmbər imam Əliyə bağışlamışdır. Əlinin qılıncına verilən addır. Sözün hərfi anlamı “qabırğa”, “onurğa” ilə bağlıdır.

    Zülfünaz-q. Bax: Zülfinaz

    Zülqədər(ə)-k. Ərəb qəməri ilinin on birinci ayının adındandır. Əslində “zülqə”dəndir.

    Zülü-k.q. ”Zül” ilə başlayan adların ixtisar və əzizləmə biçimi.

    Zümrüd-q. Yunanca ”smaraqdos”, ərəbcə “züm(ür)rüd” kimi işlənən bu sözün Azərbaycan türkcəsi ilə bir neçə anlamı var: 1) yaşıl rəngli, parlaq, qiymətli bir daş; 2) yaşıl rəngli, yamyaşıl (rəng bildirir) ; 3) əfsanəvi bir quşun adı (əbədiyyət rəmzi kimi işlənir).


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Z hərfi ilə başlayan adlar

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 24747


Giriş

Giriş