XIX- XX əsr Qarabağ ədəbiyyatı XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil edilməsi ilə bütövlükdə Qarabağ mədəniyyətində olduğu kimi, Qarabağ ədəbiyyatında da qərbyönümlü meyllər olduqca güclənmişdir. Bunun təsiri altında ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxmışdır. Molla Pənah Vaqif yaradıcılığının bilavasitə təsiri altında Qarabağ ədəbi mühitində tənqidi-realist satiranın Qasım bəy Zakir (1784-1857) kimi nümayəndəsi

Bu konu 1226 kez görüntülendi 0 yorum aldı ...
XIX- XX əsr Qarabağ ədəbiyyatı 1226 Reviews

    Konuyu değerlendir: XIX- XX əsr Qarabağ ədəbiyyatı

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1226 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart XIX- XX əsr Qarabağ ədəbiyyatı

    XIX- XX əsr Qarabağ ədəbiyyatı



    XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil edilməsi ilə bütövlükdə Qarabağ mədəniyyətində olduğu kimi, Qarabağ ədəbiyyatında da qərbyönümlü meyllər olduqca güclənmişdir. Bunun təsiri altında ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxmışdır.

    Molla Pənah Vaqif yaradıcılığının bilavasitə təsiri altında Qarabağ ədəbi mühitində tənqidi-realist satiranın Qasım bəy Zakir (1784-1857) kimi nümayəndəsi yetişərək uzun müddət poetik inkişafın istiqamətini müəyyənləşdirir. Lakin həm Zakirin öz yaradıcılığında, həm də onunla çağdaş olan şairlərin əsərlərində Füzuli ənənələrinin də yeni səviyyədə davam etdirildiyi müşahidə olunur ki, bunun da ən böyük nümayəndələrindən biri
    Xurşud Banu Natəvandır (1830-1897).
    Şuşada fəaliyyət göstərən "Məclisi-üns" poetik məclisinə Xurşud Banu Natəvan, "Məclisi-fəramuşan"a ("Unudulmuşlar məclisi") isə Mirzə Möhsün Nəvvab başçılıq edirdi. Poetik məclislər arasında sıx əlaqə mövcud idi və şairlər bir-biri ilə yazışırdılar. Bütövlükdə XIX yüzilliyin ədəbiyyatı, Qarabağ ədəbi məktəbinin yeni yüksək mərhələsi sayılan XX yüzilliyin ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlamışdır.

    M.F.Axundzadə ənənələrinin davamı ilə inkişaf edən maarifçi dramaturgiya Nəcəf bəy Vəzirovun (1854-1926) hələ XIX əsrin sonlarında qələmə aldığı komediyalar və "Müsibəti-Fəxrəddin" (1894) faciəsi, Əbdürrəhimbəy Haqverdiyevin (1870-1933) komediyaları və "Dağılan tifaq", "Bəxtsiz cavan" (1900), "Ağa Məhəmməd şah Qacar" (1907) faciələri ilə Azərbaycan ədəbiyyatı daha da zənginləşdi.
    İlk Azərbaycan professional qadın aşığı olan Aşıq Pərini də Qarabağ yetişdirmişdir. Bu yazılı ədəbiyyatla folklorun qovuşuğunun kamil bir mərhələsində baş vermişdir.
    XIX əsrin sonu XX əsrin əvvəllərində Qarabağın yetişdirdiyi ən görkəmli nümayəndələrdən biri də dahi bəstəkar, Şərqdə ilk operanın banisi, böyük dramaturq, ilk liberetto müəllifi, musiqili komediya janrının yaradıcısı, qəzetçi, qüdrətli publisist, Azərbaycan himninin müəllifi Üzeyir Hacıbəylidir (Hacıbəyov).

    Ümumilikdə həmin dövr Qarabağ ədəbi mühitinin ən görkəmli nümayəndələrini belə sıralamaq olar:
    Yusif Vəzir Çəmənzəminli - ilk tarixi romanlar müəllifi (“İki od arasında” (“Qan içində”); “Qızlar bulağı” və s.), yazıçı-etnoqraf, folklorşünas, diplomat

    Ceyhun bəy Hacıbəyli - yazıçı, publisist diplomat, folkorşünas (Parisdə ilk dəfə "Qarabağ folkloru" kitabını fransızca və orijinal mətnlərlə çap etdirmişdir);

    Əhməd bəy Ağayev - Azərbaycan dövlətçiliyinin ilk nəhəng, mogikan ideoloqlarından biri, yazıçı-publisist alim, qəzetçi, erməni terrorizminə qarşı döyüşən ilk türk "Difai" milli təşkilatının yaradıcısı;

    Firudin bəy Köçərli - ilk ədəbiyyat tarixçisi, maarifçisi, Qori və Qazax müəllimlər seminariyasınm müdiri;

    Süleyman Sani Axundov - ilk uşaq ədəbiyyatının yaradıcılarından biri, "Laçın yuvası" dramında Azəri mentalitetini bütövlüklə özündə cəmləyən ilk bəy obrazının yaradıcısı, ilk Milli Qəhrəman adı alan yazıçı-pedaqoq;
    Qarabağ övladı kimi dünyaya göz açan bu sənət xadimləri sonradan Azərbaycan mədəniyyətinin və ədəbiyyatının ədəbi fikir korifeylərinə çevrildilər və bütün türk xalqının övladları kimi dəyərləndirildilər.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: XIX- XX əsr Qarabağ ədəbiyyatı

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1226

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş