Azərbaycanlıların ən gözəl deyimləri * Düz xəttdə həyat yoxdur, həyat əyri-üyrü dalğalarda yaranır. * İştahası çox - pulu az idi. * Hamısı bir-birinə oxşayan sərçələr görən bir-birlərini necə tanıyır?

Bu konu 1316 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycanlıların ən gözəl deyimləri 1316 Reviews

    Konuyu değerlendir: Azərbaycanlıların ən gözəl deyimləri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1316 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycanlıların ən gözəl deyimləri

    Azərbaycanlıların ən gözəl deyimləri




    * Düz xəttdə həyat yoxdur, həyat əyri-üyrü dalğalarda yaranır.

    * İştahası çox - pulu az idi.

    * Hamısı bir-birinə oxşayan sərçələr görən bir-birlərini necə tanıyır?

    * Bir vaxtlar yolayrıcında, sonra karvansaralarda, sonra vağzallarda veyillənən avaralar indi aeroportlara gedib çıxıblar. Vaxt gələcək onlar kosmodromda veyillənəcəklər...

    * “Və sairə”-lərin arxasında nə qədər kəm-kəsir ört-basdır edilir!

    * Hər bir vicdanlı adama - istedadlı demək olar. Ancaq hər istedadı olana vicdanlı deyilməz.

    * Səs tembrinə görə adamların təqsirkarlıq dərəcəsini müəyyən etmək olmaz!

    * Dünyanın ən səmimi nəğməsi - körpə qığıltısıdır.

    * Bizim ədəbiyyatda yetimlik də bir səlahiyyət olub, onun da öz sədəqə payı var.

    * Təkcə istedadlı olman kifayətdir ki, ətrafına xeyli düşmən toplansın. Daha ötkəm dillə, sərt xarakterlə, kəskin danışıqla, prinsipial davranışla üzərinə əlavə düşmən cəlb etməyə nə ehtiyac?!

    * Jurnalistika - zəhməti mənim, bəhrəsi özgənin!

    * Onun yaxşı yumor hissi vardı: camaatı özünə güldürə bilirdi.

    * Həyatı nizamnamələrə yox, nizamnamələri həyata uyğunlaşdırmaq lazımdır.

    * Onun başı o qədər boş idi ki, boğazı üzülsə, başı şar kimi havaya uçardı.

    * Onun buz kimi yalanı adamın qanını dondururdu.

    * Gözəllik ondur, doqquzu - pul.

    * O, soyuq suyu soyuqqanlıqla başına çəkdi.

    * Müdir fabrikin işini çox böyük müvəffəqiyyətlə “Hamı bir nəfər üçün” prinsipi üzərində qura bilmişdi.

    * Həqiqət insanların nəyinə lazımdır? Sən onlara təsəlli ver!

    * Vaxtımızı öldürmək istədiyimiz zaman fərqinə varmırıq ki, vaxt bizi öldürür.

    * Gözlərim uzağı zəif görsə də, uzaqgörənlikdən şikayətim yoxdur.

    * Adam var dünya gözündə bir nöqtə boydadır. Adam da var bir nöqtəyə baxıb bütöv dünyanı görür.

    * Onun gələcəyi artıq geridə qalmışdı.

    * Sən məndən üzr istə, bəlkə sənə salam verməyə razı oldum.

    * Yazıçılar və salnaməçilər - hər ikisinə “Qələm əhli” deyilir.

    * Bəşəriyyətin uşaqlığı təkərli arabaların arxasınca qaça-qaça böyüyüb.

    * O, pis işlərlə məşğul olsa da yaxşı yaşayırdı.
    Bu isə yaxşı əməl sahibi olsa da pis yaşayırdı.

    * Tez-tez təpəsindən tüstü çıxırdı deyə, təpəsinin ortası keçəlləşmişdi.

    * Ömrümüz əvvəldən-axıradək “müvəqqəti çətinliklər” içində keçib gedir.

    * Əslini danan - nadandır.

    * Ləyaqətsiz düşmənin də üzərində gərək ləyaqətlə qələbə çalasan.

    * Şair satqın olmaz, şair böhtan atmaz, şair donos yazmaz, ev yıxmaz, kiminsə çörəyinə bais olmaz... Olsa, o - şair olmaz!

    * Bəzən ədiblərin ən böyük kəşfi - özlərinə ləqəb tapmaları olur.

    * Özünü xeyirxah adam kimi göstərsə də, hamı bilirdi ki, ondan adama xeyir gəlməz.

    * Çoxlu pis yazı yazmaqdansa, az - amma yaxşı yazı yazmaq!

    * İnsan tək qalanda kollektivi arzulayır, kollektivdə olanda - təkliyi, tənhalığı.

    * O, yaxşı sənətkar olduğunu sübut edənəcən sənətə marağı qalmadı.

    * Hadisələr insanı deyil, insan hadisələri idarə etməyi bacarmalıdır.

    * İnsan qadağalara daha çox maraq göstərir.

    * Çalış, sənə deməsinlər: “Niyə gəlmisən?” Desinlər: “Niyə gəlmirsən?”
    Çalış, sənə deməsinlər: “Niyə getmirsən?” Desinlər: “Niyə gedirsən?”

    * Əsas hara baxmaq yox, nəyi görməkdir.
    Əsas nəsə danışmaq yox, nəsə deyə bilməkdir.

    * Yenə də Romeo və Cülyettalar var həyatda. Lakin Şekspir yoxdur indi.

    * Leyli-Məcnunlar da hər zaman olur. Nizamilər hər zaman olmur.

    * Qələbə də qadın kimidir: daim özünə diqqət tələb edir. Kim onun uğrunda ölümə getməyə hazır olursa, ona çatır.

    * Nə qədər ki sağsan - dahi deyilsən. Ölərsən - baxarıq.

    * Onun gözəl sifətində nə qədər ləkələr vardı!

    * Bəşəri sual: İdeal İnsan obrazı. Bu, mümkündürmü?

    * Dialektika qanununa görə əmək İnsanı yaradıb. Bəs eşşəklər niyə adam olmur?

    * O, 2 qəpiklik başında 2 min manatlıq papaq gəzdirirdi.

    * Riyakarlıq kənardan gözəl görünür.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycanlıların ən gözəl deyimləri

          Kategori: Güzel Sözler ve SMS Mesajları

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1316

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş