Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Vikipediya, açıq ensiklopediya Keçid et: naviqasiya, axtar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti.jpg Yaranma tarixi 1923 Rektor Timuçin Əfəndiyev Prorektor Rafiq Sadıqov Tələbə sayı 7258 (2010)

Bu konu 1896 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 1896 Reviews

    Konuyu değerlendir: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1896 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
    Vikipediya, açıq ensiklopediya
    Keçid et: naviqasiya, axtar

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti.jpg
    Yaranma tarixi 1923
    Rektor Timuçin Əfəndiyev
    Prorektor Rafiq Sadıqov
    Tələbə sayı 7258 (2010)
    Şəhər Bakı
    Ölkə Azərbaycan
    Ünvan Azərbaycan, Bakı
    Vebsayt
    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]



    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – Azərbaycanın ali təhsil mərkəzlərindən biridir.

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 1923-cü ildə Bakı teatr texnikumunun bazası əsasında yaradılıb Teatr İnstitutu adı ilə fəaliyyət göstərmişdir. İlk tələbə qəbulu teatrşünaslıq, aktyor sənəti və rejissorluq ixtisasları üzrə aparılmışdır. 1954-cü ildə instituta xalq artisti Mirzağa Əliyevin adı verilmişdir. 1959-cu ildən burada 'Mədəni maarif", 1963-cü ildə isə 'Dekorativ tətbiqi sənət' ixtisasları üzrə mütəxəssis hazırlığına başlanmışdır. 1968-ci ildə ali məktəb Azərbaycan Dövlət İncəsənət İnstitutuna çevrilmişdir. 1981-1991-ci illərdə burada rəngkarlıq, qrafika, heykəltəraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisaslaşmalar açılmışdır.

    1991-ci ildə tədris müəssisəsi Azərbaycan Dövlət İncəsənət Universitetinə, 1993-cü ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilmişdir. 1991-ci ildə universitetin Quba rayonunda filialı yaradılmışdır. Filial Azərbaycanın şimal bölgəsində yüksək ixtisaslı mədəniyyət işçilərinə olan ehtiyacı ödəyir. Filialın müasir tələblərə cavab verən maddi-texniki bazası vardır. 1994-cü ildən universitetin nəzdində aspirantura, 1995-ci ildən isə stajorluq-assistentura fakultəsi fəaliyyət göstərir. Bir neçə ildir ki, universitetdə ixtisasartırma dekanlığı və baza kafedraları təşkil edilmişdir. 1997-ci ildə xarici abituriyentlər üçün hazırlıq şö’bəsi yaradılmışdır.

    Kafedralar
    Aktyor sənəti və dram rejissorluğu;
    Musiqili teatr aktyoru;
    Vokal, musiqi tarixi və nəzəriyyəsi;
    Televiziya rejissorluğu;
    Kino rejissorluğu və operator sənəti;
    Səhnə danışığı;
    Teatr kollektivinin rejissorluğu;
    Kütləvi tədbirlər rejissoru;
    Xalq çalğı alətləri və musiqi fənləri;
    Səhnə hərəkəti və xoreqrafiya;
    Sosial siyasi fənlər;
    Mədəniyyət tarixi və nəzəriyyəsi;
    Tətbiqi kulturologiya;
    Bədən tərbiyəsi və idman;
    Teatrşünaslıq;
    Mədəniyyət və muzey işi;
    Təsviri incəsənət tarixi və nəzəriyyəsi;
    Ədəbiyyat və Azərbaycan dili;
    Xarici dillər;
    Kinoşünaslıq və ekran dramaturgiyası;
    Rəngkarlıq;
    Heykəltəraşlıq;
    Qrafika;
    Rəsm;
    Dekorativ-tətbiqi sənət;
    Dizayn

    İxtisaslar
    Kitabşünaslıq;
    Dekorativ tətbiqi incəsənət və xalq sənəti (zərgərlik, sənaye qrafikası, xalçaçılıq, bədii çini və şüşə);
    Dizayn;
    Toxuculuq və yüngül sənaye mallarının bədii layihələndirilməsi;
    Heykəltəraşlıq;
    Qrafika;
    Teatr-dekor sənəti;
    Rəngkarlıq;
    Aktyor sənəti (musiqili teatr, dram-teatrı və kino aktyorluğu);
    Rejissorluq (dram rejissorluğu, televiziya rejissorluğu, bədii kino və televiziya filmləri rejissorluğu);
    Muzey işi, tarix və mədəniyyət abidələrinin mühafizəsi;
    Ədəbi iş və ekran dramaturgiyası;
    Təsviri incəsənət tarixi və nəzəriyyəsi;
    Kinoşünaslıq;
    Teatrşünaslıq;
    Mədəni fəaliyyətin təşkilatçısı;
    Mədəniyyət meneceri;
    Bədii yaradıcılıq (teatr kollektivinin rejissoru, kütləvi bayramlar və tamaşalar rejissoru);
    Solo oxuma;
    İnstrumental ifaçılıq;
    Bədii toxuculuq;
    Kulturologiya;
    Reklam işi üzrə rəssam;
    Miniatür və kalliqrafiya üzrə rəssam;
    Kinooperator sənəti;
    Tətbiqi incəsənət (aşıq sənəti, teatr və konsert işləri üzrə prodüsser, məktəb və məktəbəqədər tədris-tərbiyə müəssisələrində bədii rəhbər);
    Xalq çalğı alətləri orkestrinin rəhbəri; 27. İnteryer üzrə rəssam;
    Xoreqrafiya sənəti.
    Beynəlxalq munasibətlər.

    Bütün bu ixtisaslar üzrə mütəxəssis hazırlığı ilə 7 fakültə və 26 kafedra məşğul olur. Universitetdə respublikanın görkəmli sənətkarları və alimləri, o cümlədən xalq rəssamları, respublika və beynəlxalq mükafatlar laureatları Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, Tokay Məmmədov, Yusif Hüseynov, Böyükağa Mirzəzadə, Kamil Nəcəfzadə, Arif Əzimov, xalq artistlərindən Həsən Turabov, Şəfiqə Məmmədova, Əlabbas Qədirov, Yaşar Nuriyev, Amalya Pənahova, İlham Namiq Kamal, Eldar Quliyev, Oqtay Mirqasımov sənət nəzəriyyəsi üzrə alimlərdən Həsən Quliyev, İlham Rəhimli, Nurəddin Həbibov, İnqilab Kərimov və başqaları dərs deyirlər.

    Universitetdə yaradıcılıq kinostudiyası; "Səda" tədris teatrı; foto-laboratoriya; səsyazma studiyası; kompüter və həsablama mərkəzi; natürmort fondu; professor-müəllim və tələbələrin yaradıcılıq və ifa işləri muzeyi, onun fondu; xalçaçılıq e’malatxanası; keramika emalatxanası; tikiş və toxuculuq mə’mulatları e’malatxanası; texniki vəsaitlər kabinəsi; tədris teatrı; xüsusi auditoriyalar; idman klubu; kitabxana; nəşriyyat və s. fəaliyyət göstərir. ADMİU-nun xarici ölkələrin aparıcı ali məktəbləri ilə əlaqələri ildən-ilə inkişaf edir. Artıq İran İslam Respublikasının İncəsənət Universiteti, Türkiyə Respublikasının Me’mar Sinan və Süleyman Dəmirəl Universitetləri və Qazi Universiteti ilə işbirliyinə dair müqavilələr bağlanmış və müəyyən əməli tədbirlər görülmüşdür. Son illər İtaliya, Marokko, Yaponiya, Fransa və s. dövlətlərin ali məktəbləri ilə əlaqələr yaradılmışdır.

    Universitetin mə’zunları tə’yinatla respublikanın mədəniyyət və incəsənət müəssisələrində işləməyə göndərilir. Universitet iki pilləli təhsil modeli üzrə mütəxəssislər hazırlayır (bakalavr və magistr). Universitetdə aspirantura fəaliyyət göstərir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1896


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş