Ana şeiri... Əgər bütün bəşəriyyət ədüvvi-canım ola, Ürək süqut etməz aldığı mətanətdən. Ricavü-xəfvə məkan vermərəm gər alimlər Min ildə vəz edələr dəhşəti-qiyamətdən. Pələnglər tuta dövrüm, çəkinmərəm əsla, Və ya ki, vəd edələr dövləti-cahanı mənə. Ki bir kəsə baş əyibiczimi bəyan eyləyim

Bu konu 2062 kez görüntülendi 0 yorum aldı ...
Ana şeiri-Cefer CabbarliAna şeiri... 2062 Reviews

    Konuyu değerlendir: Ana şeiri-Cefer CabbarliAna şeiri...

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2062 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Ana şeiri-Cefer CabbarliAna şeiri...

    Ana şeiri...

    Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
    Ürək süqut etməz aldığı mətanətdən.
    Ricavü-xəfvə məkan vermərəm gər alimlər
    Min ildə vəz edələr dəhşəti-qiyamətdən.

    Pələnglər tuta dövrüm, çəkinmərəm əsla,
    Və ya ki, vəd edələr dövləti-cahanı mənə.
    Ki bir kəsə baş əyibiczimi bəyan eyləyim
    Əyilmərəm nə ki yer, versələr səmanı mənə.

    Yanımda gər dura cəllad, əlində şəmşiri,
    Ölüm gücüylə mənə hökm edə olum təslim.
    Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
    Gücüylə xalqa həqiranə eyləyim təzim.

    Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
    Fəqət nə güclü, zəif bir vücud var yahu!
    Ki hazıram yıxılıb xaki-payinə hər gün
    Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o?

    Ana, ana... O adın qarşısında bir qultək
    Həmişə səcdədə olmaq mənə fəxarətdir.
    Onun əliylə bəla bəhrinə yuvarlansam
    Yenə xəyal edərəm bəzmi istirahətdir.

    Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
    Atıl cahana sən, ey ildırım, alış, parla!
    Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
    Sən, ey Günəş, yağışın yağdır, ey bulud, ağla!

    Bütün bunlar mənə əsər eyləyərmi? Mütləqa yox. Yox.
    Fəqət ana... O adın qabağında,
    O pak bağrına bassın məni desin layla
    Təbəssüm oynadaraq, titrəyən dodağında...

    Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
    Ucar səmalara o aləmi-xəyalətdə.
    Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
    ANA, ANA... SƏNƏ MƏN RAHİBƏM İTAƏTDƏ!


    Cefer CabbarliAna şeiri...


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ana şeiri-Cefer CabbarliAna şeiri...

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 2062


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş