Südlü Plov (Sütlü Pilav)
Südlü Plov bir türk yeməyidir və daha çox Təbrizə və ya Ərdəbilə xas yemək olduğunu deyirlər. Bu yeməkdə süd istifadə olunduğu üçün ona Südlü plov deyilir (süd türkcə bir sözdür).
4 nəfərlik Südlü Plov yeməyinin tərifi (resepti):
( bişirmək üçün: 30 dəqiqə; gözləmə müddəti: 1 saat )
Lazım olanlar:
550 qram uzun düyü (pirinç) - (3/5 Fincan),
1 litr süd (6 Fincan),
1 çay qaşığı Zəfəran,
100 qram Kərə yağı (tere yağı),
140 qram Plov kişmişi (kuru üzüm)- (1 Fincan),
0.5 çay qaşığı Darçın (Tarçın),
500 qram Toyuq filəsi (tavuk fileto),
1 bardaq qızardılmış soğan,
100 qram dilimlənmiş Püstə (Antep fıstığı)
düz, lazımı qədər
Ayrıca:
Soğan suyu - lazım olana qədər,
bir az zəfəran, duz.
Hazırlanması:
Əvvəlcə toyuğun filəsini dadlanması üçün duz, zəfəran və soğan suyu ilə qarışdırıb dad alana qədər soyuducuda (buzdolabında) saxlayırıq.
Düyünü 4-5 dəfə yuduqdan sonra suda 1-2 saatlıq islağa(İsladılır) qoyuruq.
Soğanı doğrayıb,bir tavada yağ ilə qızardib kenara qoyurıq.
Südü qaynadın və süd qaynadıqdan (ocağın dərəcəsini azaldarık) sonra içinə düyünü tökün, qarışdırın, bir az duz ,zəfəran vurun, diqqətlə yenə qarışdırın.
Başqa bir qazanda kərə yağını dağ edin,düyünün üstünə gəzdirin.
Düyü yumşalıb kətə kimi, südü çəkilibsə, dəmliyi qazanın ağzına qapadıb dəmə qoyun.
Kişmişi təmizləyib yuyuruq və bir az kərə yağı və darçın ilə qızardırıq.
Püstəni də bir az kərə yağında qızardarıq
Dad almış toyuq filəsini qızardıb kərə yağında tovlayırıq.
Bişib hazır olmuş düyünü seçdiyimiz qaba töküürük. Üzərini qızardılmış kişmiş, qızardılmış soğan və dilimlənmiş püstə ilə bəzəyib ən sonda qızardılmış toyuq filələrini də bir qırağına düzürük.
"Nuş olsun"
Not: Toyuq yerinə qırmızı ət və ya balıq istifadə edə bilərsiniz. Sudlü plov üçün ən uyğun balıq növü hisə verilmiş balıq növüdür.