Kələm Aşı (Yırtıxlı) - Lahana Aşı
Kələm Aşı (Yırtıxlı)
Kələm Aşı (Yırtıxlı) - Lahana Aşı
Bu aş Güney Azərbaycanın Urmu şəhərinə aid olan yeməkdir.
Kələm aşı (sorba) haqda kiçik açıqlama: bu aş Urmunun yerli yeməklərindən biridir ki, adına Yırtıxlı aş da deyilir. Urmulular bu yeməyi çox bişirərlər və onun dadını çox sevirlər.
4 nəfərlik Kələm Aşı üçün :
Lazım olanlar:
500 qram doğranmış yarpaq (ağ Kələm),
80 qram(yarım fincan) Yarma (Bulgur),
70 qram (yarım fincan) düyü (pirinç),
1baş Soğan,
150 qram (1fincan)qırmızı lobiyə (kırmızı fasulye),
80 qram (yarım fincan)Noxud,
2 yemək qaşığı Rubb (tomat-salça),
50 qram doğranmış nanə (nane),
200 qram doğranmış cəfəri (maydanos) (istəyə görə keşniş də işlədə bilərsiniz),
lazım olan qədər -sarıkök , duz, istiot və qırmızı bibər tozu, qora suyu (Koruk suyu),
Yağ və su.
Bəzək üçün:
3 baş qızardılmış soğan (bir fincan),
2 yemək qaşığıquru nanə, sarıkök
Hazırlanması:
Bir gecə öncədən noxud və lobiyə suda isladılır .
Aşı hazırlamak için hər şeydən öncə hazırladığımız noxud, lobiyə suda pişirərik.
Bu arada yarmanı və düyünü ayrı qablarda 1-2 saat öncədən suda isladarıq
Soğanı incə (narin) doğrayıb,bir qazanda yağda qızardarıq, Soğan qızarandan sonra Rubbu (tomat-salça),istiot və sarıkökü artırırıq (əlavə edərik).
Qazana 8-9 bardaq su töküb,yarmanı artırıb (əlavə edib) suyun qaynamasını gözləyirik (qazanın qapağın bağlamayın ki, daşmasın).
Yarma bişəndən sonra yarpaq kələmi və düyü artırın (əlavə edin) və birgə bişməyini gözləyin.
Bir az özünü tutsun deyə bişmiş Qırmızı lobyanı,Noxudu,Qora suyunu (Koruk suyu) artırırıq (əlavə edərik).Qora suyunu (Koruk suyunu) artırmaq zövqə bağlıdır.
Aş qatılaşmağa başlayanda göyərtiləri tökün.
Duz və bibəri də zövqünüzə görə tökün.
sonra aşınızı kasaya tökün və qızardılmış soğan və nəna ilə sarıköklə birlikdə üzərini bəzəyin.
“Nuş olsun”
*Not: Qora suyu yerinə sumaq işlədə bilərsiniz. Toz sumaq və ya bütün sumaq. Bütün Sumağı yuvun, sonra qaynar su ilə əzib suyunu süzkeçdən keçirib qora suyu yerinə işlədə bilərik.