http://img210.imageshack.us/img210/8885/uzeyirti7.jpg Hacıbeyli Üzeyir bey Ebdülhüseyn oğlu (18.9.1885, Şuşa qezasının Ağcabedi k.-23.11.1948, Bakı) - Azerbaycan bestekarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq ve ictimai xadim. Müasir Azerbaycan professional musiqi senetinin ve milli operasının banisi. SSRİ xalq artisti (1938), Azerbaycan EA akademiki (1945), professor (1940), SSRi Dövlet mükafatı laureatı (1941,1946). Azerbaycan Bestekarlar İttifaqının sedri (1938-48),

Bu konu 4186 kez görüntülendi 2 yorum aldı ...
Üzeyir bey Ebdülhüseyn oğlu Hacıbeyli 4186 Reviews

    Konuyu değerlendir: Üzeyir bey Ebdülhüseyn oğlu Hacıbeyli

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 4186 kez incelendi.

  1. #1
    Doktor Amca - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    4.283
    Beğendikleri
    1.689
    Beğenileri
    1.232
    @Doktor Amca
    Tecrübe Puanı
    100

    Standart Üzeyir bey Ebdülhüseyn oğlu Hacıbeyli




    Hacıbeyli Üzeyir bey Ebdülhüseyn oğlu (18.9.1885, Şuşa qezasının Ağcabedi k.-23.11.1948, Bakı) - Azerbaycan bestekarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq ve ictimai xadim. Müasir Azerbaycan professional musiqi senetinin ve milli operasının banisi. SSRİ xalq artisti (1938), Azerbaycan EA akademiki (1945), professor (1940), SSRi Dövlet mükafatı laureatı (1941,1946). Azerbaycan Bestekarlar İttifaqının sedri (1938-48), Azerbaycan Dövlet Konservatoriyasının rektoru (1928-29, 1939-48),Azerbaycan EA İncesenet İnstitutunun direktoru (1945-48).
    Hacıbeyli kend mirzesi ailesinde doğulmuş, valideynleri Ağcabediden Şuşaya köçdükden sonra ilk tehsilini buradakı ikisinifli rus-türk mektebinde almışdır. Şuşanın zengin musiqi-ifaçılıq eneneleri Hacıbeylinin musiqi terbiyesine müstesna tesir göstermişdir. Onun ilk müellimi Azerbaycan musiqisinin gözel bilicisi, dayısı A.Eliverdibeyov olmuşdur.
    O, 1899-1904-cü illerde Qori müellimler seminariyasında tehsil almışdır. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynamışdır. Hacıbeyli seminariya illerinde qabaqcıl dünya medeniyyeti ile yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklerinin eserlerini menimsemiş, skripka ve baritonda çalmağı öyrenmiş, xalq mahnı nümunelerini nota köçürmüşdür. Seminariyanı bitirdikden sonra Hacıbeyli 1904-cü ilde Cebrayıl qezasının Hadrut kendine müellim teyin edilmişdir.
    Hacıbeyli Rusiyada 1905-07-ci iller inqilabı erefesinde Bakıya gelmiş, Bibiheybetde, sonralar ise "Seadet" mektebinde ders demiş, 1907-ci ilde Bakıda Azerbaycan türkcesinde "Hesab meseleleri" ve "Metbuatda istifade olunan siyasi, hüquqi, iqtisadi ve esgeri sözlerin türki-rusi ve rusi-türki lüğeti"ni neşr etdirmişdir.
    Hacıbeyli bedii yaradıcılığa publisistika ile başlamışdır. O, "Kaspi", "Heyat", "İrşad", "Tereqqi", "Heqiqet", "İqbal", "Yeni iqbal" qezetlerinde ve "Molla Nesreddin" curnalında "Ordan-burdan", "O yan-bu yan" ve s. başlıqlar altında "Ü", "Filankes", "Behmankes" ve s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik meselelerine dair çoxlu meqale, felyeton ve satirik miniatürler derc etdirmişdir.
    Hacıbeylinin 1908-ci il yanvarın 12-de (yeni üsulla 25-de) Bakıda H.Z.Tağıyevin teatrında gösterilen "Leyli ve Mecnun" operası ile tekce Azerbaycanda deyil, bütün müselman Şerqinde opera senetinin esası qoyulmuşdur. Operanın librettosunu Hacıbeyli, Füzulinin eyni adlı poeması esasında yazmışdır.
    Hacıbeyli 1909-15-ci illerde bir-birinin ardınca "Şeyx Senan" (1909), "Rüstem ve Söhrab" (1910), "Şah Abbas ve Xurşud banu" (1912), "Esli ve Kerem" (1912), "Harun ve Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları ve revayetler, Firdövsinin "Şahname" eserinin motivleri esasında yazmışdır. O, "Leyli ve Mecnun"dakı üslub xüsusiyyetlerini ve estetik senet prinsiplerini sonrakı operalarında da davam etdirmişdir.
    Xalq dastanı esasında bestelediyi "Esli ve Kerem" operasında Hacıbeyli muğamatla beraber aşıq musiqisinden de istifade etmişdir.
    O, Azerbaycanda musiqili komediya canrının yaradıcısıdır (komediyalarının metnini de özü yazmışdır). Onun "Er ve arvad" (1909, ilk tamaşası: 1910), "O olmasın, bu olsun" (1910, ilk tamaşası: 1911), "Arşın mal alan" (1913) musiqili komediyalarında inqilabdan evvelki Azerbaycan meişeti, xalq adet ve eneneleri eksini tapmışdır. Hacıbeyli 1911-ci ilde musiqi tehsilini artırmaq üçün Moskvaya getmiş, hemin il burada filarmonik cemiyyetin musiqi kurslarında, 1913-cü ilde ise Peterburq konservatoriyasında oxumuşdur. Peterburq dövrü Hacıbeylinin yaradıcılığında mühüm rol oynamış, o, "Arşın mal alan" musiqili komediyasını mehz burada yaratmışdır.
    Hacıbeyli 1921-ci ilde Bakıda azerbaycanlı telebeler üçün ilk musiqi mektebini - Azerbaycan Dövlet Türk Musiqi Mektebini (sonralar texnikum) teşkil etmişdir.
    1926-cı ilden Azerbaycan Dövlet Konservatoriyasında fealiyyet gösteren Hacıbeyli burada nezeriyye, harmoniya, Azerbaycan musiqisinin esasları fenlerinden ders demiş, konservatoriya yanında ilk çoxsesli Azerbaycan xor kollektivi yaratmışdır.
    O, 1927-ci ilde M.Maqomayevle birge ilk "Azerbaycan türk el neğmeleri" mecmuesini neşr etdirmişdir. Hacıbeyli 1931-ci ilde Azerbaycan Radio Komitesi yanında ilk notlu xalq çalğı aletleri orkestri teşkil etmişdir.
    1937-ci il aprelin 30-da Azerbaycan Opera ve Balet Teatrında ilk defe tamaşaya qoyulan "Koroğlu" operası (librettosu H.İsmayılov ve M.S.Ordubadinindir) Hacıbeyli yaradıcılığının zirvesini teşkil edir. Azerbacan opera senetinin incilerinden sayılan bu operada Üzeyir bey ilk defe olaraq klassik opera formasına riayet ederek bitkin ariyalar, kütlevi xor sehneleri, müxtelif ansambllar, balet nömreleri, reçitativler yaratmışdır.
    O, "Koroğlu" operasında simfonik orkestrin terkibine Azerbaycan xalq musiqi aletlerini daxil ederek orkestrin rengareng seslenmesine nail olmuşdur.
    Üzeyir bey Azerbaycan musiqisinde köklü dönüş yaratmış dahi bestekardır. O, 19-cu esrin evvellerinedek şifahi xalq musiqi seneti şeklinde mövcud olan Azerbaycan milli musiqisini Qerbi Avropa bestekarlıq mekteblerinin nailiyyetleri, forma ve canrları ile zenginleşdirmiş, Azerbaycan ve ümumiyyetle Şerq musiqisinin gelecek inkişaf perspektivlerini, estetik prinsiplerini müeyyenleşdirmişdir.
    Hacıbeyli hem de böyük musiqişunas alim idi. O, müasir Azerbaycan elmi musiqişunaslığının esasını qoymuş, musiqiye dair çoxlu meqaleler yazmış, tedqiqatlar aparmışdır.
    Hacıbeylinin "Arşın mal alan" musiqili komediyası ingilis, alman, Çin, ereb, fars, polyak, Ukrayna, belorus, gürcü ve s. dillere tercüme edilmişdir.
    Üzeyir bey Hacıbeylinin anadan olmasının 100 illik yubileyi böyük tentene ile keçirilmişdir.
    YUNESKO-nun görkemli şexsiyyetlerin ildönümü ve 1985-ci ilin mühüm hadiseleri teqvimine esasen Hacıbeylinin yubileyi beynelxalq miqyasda da qeyd edilmişdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Üzeyir bey Ebdülhüseyn oğlu Hacıbeyli

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Doktor Amca

          Cevaplar: 2

          Görüntüleme: 4186


  2. #2
    GaRaGaN
    GaRaGaN - ait Kullanıcı Resmi (Avatar)

    Standart

    Eline Emeğine Sağlık Dr. emi...

  3. #3
    Gara Lele
    Gara Lele - ait Kullanıcı Resmi (Avatar)

    Standart

    eline emeğine sağlık emi solasan

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş