Ulduz ile kargalar Selam çocuklar; benim adım Ulduz. Farsçası "Sitâre". Bu yıl on yaşımı doldurdum. Okuyacağınız öykü, benim serüvenimin bir bölümü. Behreng Bey bir zamanlar köyümüzde öğretmendi. Bizim evde kalıyordu. Bir gün serüvenimi anlattım ona. Behreng Bey'in hoşuna gitmiş olacak ki "Senin kargalarla serüvenini öykü yapıp kitap haline getirmek istiyorum" dedi. Ben de birkaç şartla kabul ettim. Birinci şart, öykümü sadece çocuklar için yazmasıydı. Çünkü büyükler öykümü anlamayacak ve

Bu konu 44442 kez görüntülendi 25 yorum aldı ...
Azerbaycan Masalları-Azerbaycan Nağılları-Azeri Nağıllar-Azeri Hikayeler 5,00 44442 Reviews

    Konuyu değerlendir: Azerbaycan Masalları-Azerbaycan Nağılları-Azeri Nağıllar-Azeri Hikayeler

    5 üzerinden 5,00 | Toplam: 1 kişi oyladı ve 44442 kez incelendi.

  1. #21
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    9.707
    Beğendikleri
    21.765
    Beğenileri
    3.831
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Ağ quş - nağıl

    Ağ quş - nağıl

    Biri vardı, biri yoxdu, bir padşah vardı. Bütün padşahlardan fərqli olaraq, bu padşah olduqca adil və ağıllı padşah idi. Hamı onu çox sevirdi, bircə vəzirdən başqa. Vəzir gecə-gündüz yatmayıb onu necə öldürmək, yerinə necə keçmək barədə düşünürdü. Günlərin bir günündə o əlaltıları ilə birlikdə padşaha qəsd elədi və onun yerinə keçdi. Vəzir padşahın nəslindən bir nəfəri də sağ buraxmayacağına söz vermişdi. Bu məqsədlə də öz adamlarına padşahın yeganə oğlunu da öldürməyi tapşırdı. Padşahın arvadı oğlunu da götürüb qulluqçularla yaylağa getmişdi, ərinin öldürüldüyündən bixəbər idi. Vəzirin adamları onun alaçığına hücum edəndə işin nə yerdə olduğunu anladı, dedi:
    - Binamuslar, yəni siz o qədər qudurmusunuz ki, öz padşahınızın arvadına hücum edirsiniz?
    Vəzirin adamları qülüb dedilər:
    - Nə padşah, nə zad? Sən artıq padşah arvadı deyilsən, ərin çoxdan o dünyadadır. İndi gəlmişik səni də, oğlunu da onun yanına göndərək. Padşahın arvadı məsələni başa düşdü, ancaq yenə də qaçıb canını qurtarmaq çalışdı. Uşağı da götürüb, alaçıqdan çıxıb qaçmağa üz qoydu. Gəlib bir sıldırım qayanın başına çatanda gördü ki, burdan o yana yol yoxdur, onsuz da vəzirin adamları onu öldürəcəklər. Ancaq körpə oğlunun düşmən əlinə keçməməsi üçün onu sıldırım qayadan atdı. Xainlər padşahın arvadını öldürdülər, uşağın ölmüş olduğunu zənn edib dalınca dərəyə düşmədilər.
    Həmin padşahın bir qardaşı var idi. Vəzir neçə dəfə onun üstünə adamlarını göndərib öldürtmək istəmişdisə də , bir şey çıxmamışdı. Padşahın qardaşı başına bir dəstə adam yığıb dağlara çəkilmişdi. Bir dəfə onun adamlardan biri dərədəki aslan yuvasının qarşısında oynayan bir uşağa rast gəldi, uşağı götürüb padşahın qardaşının yanına apardı. Padşahın qardaşı baxdı ki, uşağın biləyində bir bazubənd var. Bazubəndi oxuyub onun öz qardaşı oğlu olduğunu bildi. Uşağı götürüb bağrına basdı, şir südü ilə bəsləndiyinə görə adını Şirzad qoydu. Vaxt keçdi, vədə dolandı, Şirzad gəldi on beş yaşına çatdı. Bu vaxta qədər onun əmisinin dəstəsi böyüyüb qüvvətlənmişdi. Bir gün əmisi Şirzadı, öz iki oğlunu yanına çağırıb dedi:
    - Övladlarım, artıq vəzirdən qardaşımın və bütün nəslimizin qilasını almaq vaxtı yetişib. Yaraqlanın, döyüşə gedirik. Oğlanlar ədəblə təzim edib, onun dediyi kimi döyüşə hazır vəziyyət aldılar. Vəzirin şəhərinə hücum edib, taxtı ələ keçirdilər, vəziri bütün şəhər əhli qarşısında edam etdilər. Şirzadın əmisi padşah oldu. Şirzadın əmisi oğlanları atalarının Şirzada olan məhəbbətinə həsəd aparırdılar. Bunu hiss edən padşah bir gün balalarının üçünü də yanına çağırıb dedi:
    - Mən bilirəm ki, siz üçünüz də məni çox istəyirsiniz. Mən də sizin üçünüzü də eyni dərəcədə çox istəyirəm. amma içərinizdə ən igid olanı mənim sağ əlim olacaq, buna görə də siz gərək öz igidliyinizi sübut edəsiniz.
    Oğlanlar hamısı bir ağızdan sual verdilər:
    - Bunun üçün nə etmək lazımdır?
    Padşah dedi:
    - Mən bir şərt kəsirəm – kim mənim atımın ayağı dəymədiyi yerdən, mənim görmədiyim, bilmədiyim bir şeyi gətirib gəlsə, aranızda ən igidi odur.
    Padşahın böyük oğlu baş əyib səfərə çıxmaq üçün icazə istədi. Padşah ona yol xərci verib, yola saldı. Oğlan iki ay gecə-gündüz yol getdi. Bir gün böyük oğlan baxdı ki, atının ayağın altında nə isə parıldayır. Götürüb gördü ki, bu böyük bir ləldir. Öz-özünə düşündü ki, əgər atam bu yerlərdən keçmiş olsaydı, yəqin ki, bu ləli götürərdi. Odür ki, daşı götürüb geri qayıtdı. Padşah dəbdəbə ilə oğlunun pişvazına çıxdı. Oğlan gətirdiyi ləli xonçaya qoyub atasına təqdim etdi. Atası lələ baxıb dedi:
    - Şəhərin kənarında kahada mənim qırx otağım var. Apar bunu birinci otağa qoy.
    Oğlan gedib kahadakı birinci otağı açanda gördü ki, bu otaq həmin ləllərlə doludur.
    Əlqərəz, indi də növbə gəldi ortancıl oğula. O da atası ilə sağollaşıb səfərə çıxdı, düz üç ay yol gedəndən sonra bir meşəyə rast gəldi. Meşədəki ağacların üstü qızıl meyvələrlə dolu idi. Həmin meyvələrdən bir heybə doldurub atasına gətirdi. Atası onun gətirdiyi meyvələrə baxıb dedi:
    - Apar bu meyvələri kahadakı ikinci otağa qoy.
    Ortacıl oğul ikinci otağı açanda gördü ki, bu otaq həmin meyvələrlə doludur.
    Növbə çatdı Şirzada. Şirzad ədəb-ərkanla gəlib əmisinin əlini öpüb dedi:
    - Əmi, icazə ver, mən səfərə sənin atınla çıxım.
    Padşah razılıq verdi. Şirzad əmisinin atını minib yola düşdü. Altı ay yol getdi, yeddinci aya dönəndə birdən at dayandı, dönüb arxaya baxdı, kişnədi. Şirzad başa düşdü ki, at burdan o yana getməyib. Başladı yavaş-yavaş yolunu davam etməyə. Bir qədər getmişdi ki, gördü yerdə nəsə yanır. Götürüb baxdı ki, bu öz-özünə yanan bir çıraqdır. Çırağın üstünə bu sözlər yazılmışdı: “Ay bu çırağı tapan, yer üzündə bu çıraqdan iki dənədir”. Şirzad fikirləşdi ki, bunun o biri tayını da tapmamış dönən deyiləm. toqqasının altını bərkidib yola düşdü.
    Az getdi, üz getdi, gəlib bir şəhərə çatdı. Karvansaraya gəlib özünə bir otaq kirələdi. Axşam bunun mənzilinə bir nəfər də gəldi. Xurcunundan bir çıraq çıxardıb yandırdı. Şirzad baxdı ki, elə bu onun tapdığı çırağın tayıdır. Şirzad qonaqla tanış oldu, öz əhvalatını ona danışıb dedi:
    - Qardaş, gəl sən o çırağı ver mənə.
    Qonaq dedi:
    - Burdan bir az aralıda divlər yaşayırlar. Onların çox gözəl göyərçinləri var. Əgər həmin göyərçinlərdən bir cütünü mənə gətirsən, çırağı sənə verərəm.
    Şirzad razı oldu. Yolu ondan öyrəndi, tezdən atına minib yola düzəldi. Gedib həmin yerə çathaçatda arxadan səs eşitdi. Dönüb baxdı ki, onu çağıran bir ağ quşdur. Ağ quş dedi:
    - Şirzad, o adam səni ölümə göndərir. Divlər o göyərçinləri atalarından çox istəyirlər. Sən gərək divləri yuxuya verəndən sonra göyərçinləri götürəsən. Amma bax ha, tamah sənə güç eləməsin, bir cütdən artıq götürmə.
    Şirzad qala divarını aşıb içəri, göyərçinlərin yanına çatdı. Gördü ki, bunlar elə gözəl göyərçinlərdir ki, iki göz istəyir tamaşasına dursun. Əlini atıb bir cütünü tutdu. Nə qədər elədi, ayaqları dönmədi, elə ikinci cütü tutmaq istəyirdi ki, quşlar buna bənd imiş kimi səs-səsə verib elə haray saldılar ki, gəl görəsən! Divlər oyanıb Şirzadı tutdular. Şirzad əhvalatı onlara danışdı. Onlar dedilər:
    - Biz sənə quşlardan bir cütünü verərik, amma bu şərtlə ki, buradan bir az aralada yaşayan divlərin bağındakı üzümdən bir səbət bizə gətirəsən.
    Şirzad atını minib yola düşdü. Bir az getmişdi ki, həmin divlərin qərsinə çatdı. Bu vaxt yenə arxadan quşun səsi eşitdi:
    - Şirzad, mənim məsləhətimə qulaq asmadın, başını bəlaya saldın. Bu dəfə qulaqlarını aç, yaxşı-yaxşı eşit. Nəbadə ikinci səbəti götürəsən. Şirzad yenə divləri yuxuya verib onların qərsinə girdi. Sürünə-sürünə üzüm anbarına gəldi. Gördü ki, anbar üzüm səbətləri ilə doludur. Ağzı sulandı, səbətin birini qabağına çəkib yeməyə başladı. Səbət boşalan kimi yenə üzümlə doldu. Şirzad səbətin birini götürüb çıxmaq istəyəndə, yenə tamah ona güc gəldi. Dedi:”Ey dili-qafil, heç insafdırmı ki, bu üzümdən bircə salxım da əmimə aparmayım?” Bu fikirlə əlini ikinci səbətə uzadanda bütün səbətlər qışqırmağa başladılar: ”Ay aman, qoymayın, anbara oğru girib”. Səs-küyə divlər oyanıb gəldilər. Şirzad əhvalatı olduğu kimi onlara danıştı.
    Divlərin böyüyü dedi:
    - Buralarda bir ağ div yaşayır, onun gözəl bir qızı var. Mən o qızın dərdindən dəli-divanəyəm. Əgər gedib o qızı mənə gətirsən, sənə bir səbət üzüm verərəm.
    Şirzad onlardan ayrılıb yenə yola düzəldi. Ağ divin qəsrinə çatanda yenə arxadan quşun səsini eşitdi:
    - Ey tamahkar insan, sən bu dəfə ölümə gedirsən. mənim dediklərimə yaxşı-yaxşı qulaq as. Ağ divin qızı bu saat yeddi günlük yuxuya gedib. Yeddi günlük yuxuya gedəndə o saçlarından çarmıxa çəkilmiş olur. Sən gərək ağ divin tövləsindəki kəhər atı minəsən, sonra qızı yerindən qaldırasan. Əgər qaldıra bilməsən, daşa dönəcəksən. Şirzad hasarı aşıb tövləni tapdı. Tullanıb kəhər atın belinə mindi, birbaş ağ divin qızı yatdığı yerə sürdü. Gördü ki, bu elə gözəl qızdır ki, yemə, içmə, xətti-xalına, gülcamalına tamaşa elə. Əyildi, əlini saldı qızın belinə, nə qədər güc verdisə, qızı qaldıra bilmədi. Qurşağacan daş oldu. Yenə güc verdi, qızı qaldırdı. O saat daş əridi. Qızı aldı atın tərkinə, yoluna davam elədi. Arxadan cürbəcür əcaib səslər eşidilirdi, amma Şirzad çevrilib baxmadı. Bir azdan qız ayıldı, nə qədər elədisə Şirzad onu buraxmadı, qız sakitləşib dayandı.
    Bir az beləcə getmişdilər ki, elə tufan qopdu ki, gəl görəsən. Şirzad istədi atdan düşüb daldalana. Amma bu vaxt ağ quş caynağında qılıncla peyda oldu. Şirzadı atdan düşməyə qoymadı. Şirzad düz iki saata yaxın qiyamətdə yol getdi. Sonra tufan yatdı. Bir az getmişdilər ki, Şirzad gördü çəmənlikdə belində qızıl yəhər olan bir at otlayır. Şirzad istədi yaxınlaşıb atı tuta, amma bu əsnada ağ quş yenə ildırım kimi sığıyıb atı qovdu. Şirzad ağ quşun bu hərəkətlərinə hirsləndisə də dinmədi. Əlqərəz, bu minvalla gəlib çatdılar üzümü olan divlərin qalaçasına. Ağ quş Şirzada dedi:
    - Şirzad, mən görürəm sənin bu qızdan xoşun gəlir, onu divlərə vermək heç kişilikdən deyil.
    Şirzad soruşdu:
    - Bəs nə edim?
    - Məni apar, bu qızın yerinə divlərə ver, üzümü götür, dalısı ilə işin yoxdur.
    Ağ quş bunu deyib həmin qızın cildinə düşdü. Şirzad onu aparıb divlərə verdi. Qayıtdı, qızı da, üzüm səbətini də götürüb yola düşdü. Bir az getmişdi ki, gördü ağ quş qabağındadır. Bu dəfə də onu üzüm yerinə divlərə verdi. Göyərçinləri aldı, karvansaraya gəldi. Burada çırağı olan adama ağ quşu göyərçin əvəzinə verib, çırağı aldı, əmisinin vilayətinə tərəf getməyə başladı. Şəhərə çatanda bir kişi onu səsləyib dedi:
    - Harda qalmısınız, gəlin çıxın da!
    Baxdı ki, bu da ağ quşdur. Əmisi Şirzadın gəldiyini bildi, onu təntənə ilə pişvaz elədilər. Əmisi onun gətirdiklərinə baxıb alnından öpdü və dedi:
    - Afərin oğlum, sən mən deyəni tapıb gətirdin.
    Şirzadla qıza qırx gün, qırx gecə toy elədilər. Şirzad toy gərdəyinə girəndə ağ quş iki ayağını bir başmağa dirədiki, mən də səninlə gedirəm. Şirzad çox dedi, ağ quş az eşitdi, nəhayət, ağ quş dediyindən dönmədi. Səhər tezdən Şirzad əmisinin yanına gəldi, gecəki əhvalatı danışıb dedi:
    - Əmi, mən istəyirəm ki, sən ağ quşu bu məmləkətdən qovasan.
    Əmisi dedi:
    - Niyə ki, ay bala? Axı o sənə çox yaxşılıqlar eləyib.
    Bu söhbəti eşidən ağ quş dedi:
    - Şirzad, de görüm mən sənə nə pislik eləmişəm?
    Şirzad dedi:
    - Məni tufanda, qiyamətdə atdan düşüb, daldalanmağa qoymadın, qızıl yəhərli atı tutmaq istəyirdim, qoymadın, bu gecə də ki, belə.
    Ağ quş dərindən bir ah çəkib dedi:
    - Tufanda səni ona görə yerə düşməyə qoymadım ki, o tufan qızın atası idi, atdan düşən kimi səni öldürəcəkdi. Nə qədər ki, sən atın üstündəydin, o sənə bata bilmirdi, - bunu deyib üzünü qıza çevirdi, - düzdür, ya yox?
    Qız başı ilə “hə” cavabı verdi.
    Ağ quş sözünə davam elədi:
    - O qızı yəhərli at qızın əmisi idi, sən əlini ona vuran kimi yıxıb atdan yerə salacaqdı, düzdür?
    Qız yenə onun dediyini təsdiqlədi.
    - Bu gecə ona görə sənin otağında yatdım ki, qızın qardaşı ağ ilan olub, səni öldürməyə gəlmişdi. Gecə sən yuxuda olanda mən o ilanı öldürmüşəm, düzdür?
    Qız yenə onun dediyini təsdiqlədi. Ağ quş iri bir ilan cəmdəyini atdı ortalığa. Sonra yenə dərindən bir ah çəkib dedi:
    - Mənim alnıma yazılmışdı ki, mən gərək bir adama kömək edəm.
    Əgər o adam mərd çıxsa, ona gedəm, əgər namərd çıxsa öləm. İndi mənim vaxtım tamamdı.
    Bunu deyib ağ quş dönüb daş oldu. Hamı peşman oldu, amma sonrakı peşmançılıq fayda verməz. Şirzadın namərdliyi onu daşa döndərdi!
    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  2. #22
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    9.707
    Beğendikleri
    21.765
    Beğenileri
    3.831
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Göyçək Fatma (nağıl)

    Göyçək Fatma (nağıl)

    1

    Biri var imiş, biri yox imiş, bircә kişi var imiş, bu kişinin bir arvadı vә bu arvaddan Fatma adında bir qızı var imiş. Fatma çox ağıllı vә gözәl qız imiş. Bir gün Fatmanın anası naxoşlayır vә qızına deyir ki, mәn ölәndәn sonra dәdәn tәzә arvad alacaq, o arvad da sәni çox incidәcәkdir. Amma qara inәyimizdәn müqәyyəd ol, onu özün otar.
    Qızın anası ölür vә dәdәsi gedib özgә bir arvad alır. Bu arvadın da irәliki әrindәn bir çirkin qızı vardı.
    Arvad göyçәk Fatmanı çox döyüb incidirmiş. Fatma sәbir edib, hәr gün qara inәyi apararmış otarmağa. Fatmanın analığı ona yun, daraq verәrmiş ki, çöldә darayıb әyirsin. Fatma yunu verәrmiş inәyin ağzına. Qara inәk yunu udar, sonra hazır ipi ağzından çıxarıb verәrmiş Fatmaya.
    Bir gün Fatma yun daradığı yerdә külәk onun әlçiminin birini götürüb qalxızdı havaya. Fatma bunun dalınca yüyürüb dedi:
    “Qanadına qurban, yel baba, әlçimimi sal, baba!”
    Yel onun әlçimini götürüb bir bacadan saldı. Fatma evә girib gördü ki, burada bir heybәtli qarı oturub, alt dodağı yer süpürür, üst dodağı göy. Qarı qabağına bir qurbağa qoyub onu sığallayır. Bu, div anası idi.
    Fatma qarıya baş әyib dedi ki, mәnim әlçimimi ver.
    Qarı dedi:
    “Gәl başıma bax, sonra verim.”
    Fatma onun başına baxanda gördü ki, ilan-qurbağa ilә doludur.
    Qarı soruşdu:
    “Mәnim başım yaxşıdı, ya ananın başı?”
    Fatma cavab verdi ki, sәninki yaxşıdır.
    Qarı soruşdu:
    “Bu qurbağa göyçәkdir, yoxsa insan?”
    Fatma dedi:
    “Könül sevәn göyçәkdir.”
    Fatmanın sözlәri qarıya xoş gәldi. Qarı onun әlçimini verib dedi:
    “Gedәrsәn, qabağına bir ağ su, bir qara su vә sonra bir qırmızı su çıxacaq. Ağ suda çimәrsәn, qara su ilә saçını yuyarsan, qırmızı sudan yanaqlarına sürtәrsәn.”
    Bir dә qarı öz tükündәn verdi vә dedi ki, mәn sәnә lazım olsam, yandırarsan, yanında hazır olaram.
    Fatma tükü götürüb, necә ki, qarı demişdi, elә dә elәdi. Qabaqca ağ suda çimdi, sonra qara suda saçlarını yudu vә qırmızı sudan götürüb dodağına, yanaqlarına çәkdi. Elә göyçәk oldu, misli vә bәrabәri tapılmadı.
    Analığı Fatmanın gec gәldiyini görüb qızına dedi:
    “Çıx, gör Fatma necә oldu.”
    Qızı çıxıb gördü ki, Fatma gәlir, amma elә gözәllәşib ki, adam baxanda gözü qamaşır.


    2

    Fatma evә gәlәndә analığı onu danladı. Qızın gözәlliyini görüb soruşdu:
    “Haradan sәn belә gözәl oldun?!”
    Fatma başına gәlәni analığına söylәdi, o da sabahısı günü Fatmaya dedi ki, indi sәn evdә otur, qoy bu gün mәnim qızım getsin inәyi otarmağa. Ana öz qızına yun, daraq verdi. Yel bunun da әlçimini götürüb qaçırdı vә gәtirdi hәmin damın bacasından saldı. Qız әlçimin dalınca yüyürüb içәri girdi vә qarıya dedi:
    “Әlçimimi ver.”
    Qarı dedi:
    “Başıma bax, sonra verim.”
    Qız onun başına baxanda qarı soruşdu:
    “Mәnim başım yaxşıdır, yoxsa nәnәnin başı?”
    Qız dedi:
    “Sәnin başın pisdir, nәnәmin başı yaxşıdır.”
    Qarının buna acığı tutub dedi:
    “Gedәrsәn, qabağına bir ağ su çıxar, bir qara su. Qara suda çimәrsәn, ağ suda başını yuyarsan.”
    Qız ağ suda başını yuyub qara suda çimdi, daha da çirkin vә kifir oldu. Anası bunu görüb Fatmaya bәrk acığı tutdu vә hirsindәn az qaldı çatlasın. Fatmanın acığına istәdi onun inәyini öldürsün. Çünki işlәrin başı inәk idi.
    Bir gün arvad dalına bir-iki lavaş bağlayıb, üzünә zәfәran çәkib girdi yorğan-döşәyә. Әri evә gәlәndә arvad bir o yana, bir bu yana döndü, lavaşı dalında qırdı. Әri soruşdu:
    “Arvad, sәnә nә olub sümüklәrin elә şaqqıldayır vә rәngin belә saralıbdır?”
    Arvad dedi:
    “Bәrk naxoşam, ölürәm, qara inәyi gәrәk kәsәsәn. Mәn onun әtindәn yesәm, bәlkә dirilәm.”
    Kişi istәmәdi Fatmanın inәyini öldürsün. Amma әlacı kәsilib dedi:
    “Qoy Fatma evdәn bir yana getsin, inәyi kәsim.”
    İnәk bunların fikrini qanıb Fatmaya dedi:
    “Mәni kәsәcәklәr. Amma sәn mәnim әtimdәn yemә vә sümüklәrimi yığıb bir yerdә basdır. Hәr vaxt istәsәn gәl o yerә, üstünü aç, orada bir dәst paltar vә bir cüt qızıl başmaq taparsan.”
    Fatma inәk ilә evә qayıdanda atası onu iş dalınca göndәrib inәyi kәsdi. Fatma qayıdıb inәyini ölmüş görüb çox ağladı. Haray hara çatacaqdı? İnәyin әtindәn heç yemәdi vә sümüklәrini yığıb bir yerdә quyuladı.


    3

    Sabahdan xәbәr çıxdı ki, padşahın oğluna toy olur. Fatmanın analığı yerә bir çanaq darı sәpib dedi ki, bunları bir-bir yığarsan çanağa. Yanında bir küp dә qoyub dedi: bunu da ağlayıb gözünün yaşı ilә doldurarsan. Öz qızını da geyindirib-kecindirib apardı toya.
    Yazıq Fatma qәmgin oturub başladı ağlamağa. Birdәn qarı yadına düşdü. O verdiyi tükü yandırdı. Hәmin saat qarı hazır oldu. Fatma başına gәlәni ona söylәdi. Qarı dedi:
    “Qәm yemә, tezlik ilә hamısı başa gәlәr.”
    Qarı ayağını vurdu yerә. O dәqiqә yerdәn bir toyuq yanının cücәlәri ilә çıxdı, darını tәmiz dәnlәdilәr, çanağı qarının gәtirdiyi başqa darı ilә doldurdular.
    Qarı Fatmaya dedi:
    “Küpü dә tәmiz su ilә doldurub içinә bir ovuc duz tök, o da olsun göz yaşı.”
    Sonra Fatma ilә qarı getdilәr inәyin sümüyü basdırılan yerә. Buranı qazıb gördülәr ki, bir dәst zәrif ipәk parçadan libas vә bir cüt qızıl başmaq çıxdı. Burada çoxlu qızıl da vardı. Qarı libası, başmağı geyindirdi Fatmaya vә bir az qızıl, bir az da torpaq götürüb Fatma ilә getdilәr toya. Burda qarı dedi:
    “Bu qız mәnim nәvәmdir, qoyun bu da oynasın.”
    O, Fatmanın bir ovcuna qızıl, bir ovcuna da torpaq qoyub tapşırdı ki, analığının tәrәfinә oynayanda onların üzünә torpaq sәp, özgәlәrin tәrәfinә oynayanda qızıl.
    Fatma da çox gözәl oynayırdı. Hamı onun oynamağına aşiq oldu. Amma analığı tәrәfә oynayanda torpaq sәpdi, özgәlәri tәrәfә oynayanda qızıl. Oynayandan sonra Fatma tәlәsik qayıtdı evә. Çox tәlәsdiyinә görә körpüdәn keçәndә başmağının bir tayını saldı suya.
    Fatmanın analığı toydan qızı ilә qayıdıb gördü ki, Fatma evdә oturub, öz tapşırdığı işlәri dә yerinә yetirib. O çox qәzәbli idi.
    Fatma soruşdu:
    “Ay ana, toyda nә gördünüz?”
    Analığı acıqlı dedi ki, heç zad görmәdik, bir günü qara gәlmiş qız çıxdı, oynadı, özü dә sәnә oxşayırdı. Biz tәrәfә oynayanda torpaq sәpirdi, özgәlәri tәrәfә oynayanda qızıl-gümüş sәpirdi. Fatma dedi:
    “Mәn evdәn çölә çıxmamışam, sәn buyurduğun işlәrin dalınca olmuşam.”


    4

    Bir gün padşahın oğlu ova çıxdı. Körpünün yanından keçәndә istәdi ki, atına su versin. At suya yaxınlaşanda xorruyub su içmәdi. Padşahın oğlu adam saldırıb çayı axtartdı. Onun içindәn bir qızıl başmaq tapdılar. Başmaq çox zәrif idi. Padşahın oğluna çox xoş gәldi. İstәdi ki, nә tövr olsa, axtardıb onun yiyәsini tapsın vә özünә alsın.
    Çox gәzdilәr, tapmadılar. Carçılar car çәkәndә Fatmanın analığı eşitdi, onun әl-ayağını bağlayıb saldı tәndirә vә öz qızının ayaqlarını yuyub qazıdı.
    Padşahın oğlunun adamları axtara-axtara gәlib çıxdılar Fatmagilin evinә. Çirkin qızın ayağına başmağı geydirdilәr, olmadı. Soruşdular ki, sizin evdә özgә qız yoxdurmu? Fatmanın analığı cavab verdi ki, yoxdur. Amma Fatmanın bir xoruzu var idi, bu xoruz başladı banlamağa:
    Fatma bacım tәndirdә,
    Ayaqları kәndirdә!
    Arvad nә qәdәr istәdi xoruzu qovsun, olmadı. Xoruz sıçradı damın üstә, uca sәs ilә banladı:
    Fatma bacım tәndirdә,
    Ayaqları kәndirdә!
    Padşahın adamları bunu eşidib, tәndirә baxdılar: gördülәr ki, bunun içindә bir gözәl qız әl-ayağı kәndir ilә bağlanmış yıxılıbdır. Qızı çıxardıb başmağı onun ayağına geydirdilәr. Gördülәr ki, başmaq elә bil onun ayağına biçilibdir. Apardılar padşahın oğluna. Padşahın oğlu bunu görәn kimi cani-dildәn aşiq oldu vә yeddi gün-yeddi gecә toy elәyib Fatmanı özünә arvad aldı. Yedilәr, içdilәr, yerә keçdilәr, siz dә yeyin, için, muradınıza yetişin!
    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  3. #23
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    9.707
    Beğendikleri
    21.765
    Beğenileri
    3.831
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Üç şahzadə(nağıl)

    Üç şahzadə
    1


    Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşah çox pul xərcləyib oğlanlarını oxutmuşdu. Oğlanlar öz zamanlarının dərslərini irəvan eləyib elm dəryası olmuşdular. Günlərin bir günündə xəbər çıxdı ki, oğlanlar dərslərini qurtarıb gəlirlər. Di şəhər bəzəndi, dəsgah... Oğlanlar gəldilər. Bir neçə gün keçəndən sonra, padşah bir gecə böyük oğlunu yanına çağırıb dedi:
    - Oğul, daha oxuyub dərsinizi qurtardınız, elə mən də qocalmışam, istəyirəm sabahdan padşahlığı verəm sənə, ortancıl qardaşını sənə vəzir, kiçik qardaşını da vəkil təyin eləyirəm.
    Oğlan doğrudan da çox ağıllı oğlan idi, dedi ki:
    - Dədə, mən təzə gəlmişəm. Bütün ömrümü qürbətdə keçirmişəm. Ona görə də camaatı, vilayəti necə dolandırmaq lazımdı, hələ bacarmaram.
    Padşah oğlundan heç belə cavab gözləmirdi. Elə ki, bunu eşitdi, dedi:
    - Get, ancaq qardaşlarına bu barədə heç bir söz demə!
    Belə deyib oğlunu mürəxxəs elədi. Sabahı gecə ortancıl oğlunu çağırıb dedi ki:
    - Oğul, istəyirəm padşahlığı verəm sənə, böyük qardaşını vəzir, kiçiyi də vəkil təyin eləyəm.
    Oğlan dedi:
    - Yox, bunu mən qəbul eləmərəm. Məndən böyük qardaşım var, padşahlıq ona verilməlidi. O, dura-dura mən padşah olmaram.
    Padşah bunu da mürəxxəs eləyib tapşırdı ki, qardaşlarına bir söz deməsin.
    Üçüncü gecə kiçik oğlunu çağırıb ona da haman sözləri dedi, o da cavab verdi ki:
    - Böyük qardaşım dura-dura mən padşahlığı qəbul eləmərəm.
    Padşah bunu da mürəxxəs eləyib tapşırdı ki, qardaşlarına bu barədə heç bir söz deməsin. Qardaşlar üçü də bu işdən pəcmürdə olmuşdular. Axırda ki, özlərini saxlaya bilməyib məsələni açdılar. Baxdılar ki, padşah üçünə haman sözləri deyib. Fikirləşdilər ki, indi ki, biz onun sözünü rədd eləmişik, bizə bundan sonra pis nəzərnən baxacaq. Yaxşısı budu ki, biz də hələlik hirsi soyuyanacan çıxaq səyahətə.
    Di padşaha adam göndərdilər, padşah razılıq verdi. Tədarük görüldü, lazım olan şeylər hazırlandı, oğlanlar üçü də dədələrinin görüşünə gəldilər. Padşah böyük oğlunun alnından öpüb dedi:
    - Get, oğul, ancaq yadında qalsın, qabağına çıxan qisməti təpikləmə...
    Ortancıl oğlunun alnından öpüb dedi:
    - Gördün ki, bir məqsuda çatacaqsan, ona çatmaq üçün tələsmə!
    Kiçik oğlunun alnından öpüb dedi:
    - Həmişə dara düşəndə qocaların məsləhətinə qulaq as!
    Oğlanların üçü də görüşüb, atları minib yola düşdülər. Gəlib yetişdilər bir özgə padşahın vilayətinə. Bir neçə vaxt qaldılar burda, bunların kamalları şəhərdə hamını heyran elədi. Bu şöhrət axırda gedib bu məmləkətin padşahına çatdı. Padşah bunların üçünü də qonaq çağırdı. Di bir az söhbət eləyəndən sonra yemək gəldi. Padşah ayağa qalxıb dedi:
    - Mən ac deyiləm, siz özünüz necə ki, kefinizdi yeyin, məni bağışlayın!
    Padşah bunu deyib o biri otağa keçdi. Onun məqsədi ayrı idi. O, istəyirdi ki, onları tək qoyub, özü onlara tamaşa edib görsün, doğrudan necə adamlardı. Odu ki, qapının dalında əyləşib onları seyr eləməyə başladı. Böyük oğlan ortadakı qızarmış quzudan bir az kəsib elə ağzına qoycaq tüpürdü yerə. O biriləri soruşdular ki:
    - Nə olub?
    Böyük qardaş üzünü turşudub dedi:
    - Bu quzu əti deyil, it ətidi.
    Padşah bunu eşidib hirsləndi ki, onlar necə cəsarət eləyib onun ətini it ətinə oxşadırlar. Elə istəyirdi ki, girib onları tutdursun, bu halda ortancıl qardaş əlini uzatdı şəraba. Şərabdan bir stəkan töküb ağzına yaxınlaşdırcaq, tüpürdü yerə.
    Soruşdular:
    - Nə oldu?
    Dedi:
    - Bu şərab deyil, insan qanıdı.
    Kiçik oğlan dedi:
    - Yaxşı, aşpazdan əmələ gəlmiş bicdən daha bundan artıq nə gözləmək olar ki?
    Padşah bunu eşidəndə lap dəli oldu. Vaxt elədi ki, hirsindən bağrı çatlasın. Bir istədi ki, üçünün də boynunu vurdura. Ancaq bir az fikir eləyib öz-özünə dedi:
    - Yaxşısı budu, çağırım bir aşpazdan, şərabçıdan soruşum, sonra.
    Çağırdı aşbazı:
    - De görüm, bu gün bişirdiyin quzunu haradan almışdın?
    Aşpaz dedi:
    - Şah sağ olsun, çoban sürüdən gətirmişdi.
    Padşah əmr elədi çoban gəldi.
    - Bu quzunu hardan gətirmişdin?
    - Şah sağ olsun, sürüdən.
    - Çoban, bu quzudan it əti tamı gəlir, bir əməlli fikirləş!
    Çoban bu sözü eşidəndə başladı yarpaq kimi tir-tir titrəməyə.
    Padşah dedi:
    - Qorxma, de görüm bu nə işdi?
    Çoban dedi:
    - Padşah sağ olsun, həmin quzu anadan olandan iki gün sonra anasını qurd parçalamışdı. Biz fikirləşdik ki, ta bu böyüyüb bizə qoyun olmayacaq. Odu ki, ötürdük başına. Elə çəpindən həmin otlaqda bizim, üzdən iraq itimiz də qancıqlamışdı. Bir gün mən gəlib gördüm ki, həmin quzu iti əmir, ta buna heç fikir vermədim. Siz indi it ətinin tamı deyəndə yadıma düşdü, o yəqin o quzu olacaq.

    2

    Padşah baxdı ki, böyük oğlanın dediyi doğru çıxdı. Onun mürəxxəs eləyib çağırdı şərabçını. Soruşdu ki:
    - Bugünkü şərabı hardan gətirmişdin?
    - Meyxanadan, qibleyi-aləm sağ olsun!
    - Bu şərab haranın üzümündəndi?
    - Güllü bağın.
    - Bu bağı kim saldırıb?
    - Sənin rəhmətlik atan.
    - Bilmirsən, o bağın yeri qabaqca nə imiş?
    - Şah sağ olsun, o bağın yeri qabaqca qəbiristanlıq idi. Sənin rəhmətlik atan oranı sökdürüb üzüm bağı elədi.
    Padşah baxdı ki, ortancıl oğlanın dediyi də doğru çıxdı. Öz-özünə fikirləşdi, yaxşı, bunlar doğru oldu. Amma xırdanın hökmən boynunu vurduracağam. Çünki ta mən heç vəchlə aşbazdan əmələ gəlmiş bic deyiləm. Atam bəlli, anam bəlli. İstədi cəlladı çağıra, sonra fikirləşdi, yaxşı, bunların ikisinin də sözü düz çıxdı. Bəlkə elə bu da düzdü, oldu-oldu da... Qoy bir anamdan soruşum.
    Qılıncı çəkib girdi anasının yanına ki:
    - Ana, düzün de görüm, mənim atam kimdi?
    Arvad dedi:
    - Buy, ay bala, bu nə sözdü? Sənin atan bu vilayətin padşahı Aslan şah. Bu nə sözdü soruşursan?
    - Yox ana, düzün deməsən, bax bu qılıncdı, sənin canın. Mənə deyiblər ki, mən padşah oğlu deyiləm, aşbaz oğluyam.
    Arvad gördü ki, iş xarabdı, kimsə əhvalatı bilib, ona xəbər verib. Ona görə də çar-naçar əhvalatın düzünü açıb deməyə vadar oldu. Dedi:
    - Bala, indi ki, bilirsən, bil, ta allahdan gizlin deyil, səndən nə gizlin. Mənim həmişə qızım olurdu, heç oğlum olmurdu, Aslan şah da oğlan istəyirdi. Bir gün yenə allahın məsləhəti ilə mənim və`dəm keçdi. Sancım başlayan günü şah mənə dedi: - Əgər bu dəfə də qızın olsa səni öldürəcəyəm. İşin çəpindən uşaq yenə qız oldu. Mən düşdüm qarın ağrısına. Mənim bir yaxşı dayəm var idi. Gəlib gizlincə mənə dedi ki, bu gecə aşbazın bir oğlu olub, gəl uşaqları onunla dəyişdirək. Sən həmin o uşaqsan.
    Padşahın gözləri heyrətindən bərəlib lap dörd oldu. - Bəs mənim əsil atam, anam necə oldu?
    - Sənin əsil atan, anan da, mənim əsil qızım da o böyük taunda öldülər.
    Padşah daha heç bir söz deməyib çıxdı. Lap mat qalmışdı. Oğlanların dediklərinin hamısı doğru olmuşdu. Bir baş gəldi oğlanların yanına, əyləşdi, başladı söhbətə:
    - Mən buna lap mat qalmışam. Siz çörək yeyəndə mən qapının deşiyindən qulaq asırdım. Sizin sözlərinizin hamısını eşitdim.
    Oğlanlar qızardı.
    Padşah dedi:
    - Yox, qızarmayın! Məsələ burasındadı ki, dedikləriniz lap düz çıxdı. İndi mən bir şeyə mat qalmışam ki, siz bunları hardan bilirsiniz?
    Böyük oğlan dedi:
    - Şah sağ olsun, mən quzunun ətindən yeyəndə dedim ki, bu it ətidi. Çünki gördüm ki, bu qoyun əti tamı vermir. Demək bu başqa heyvan olacaq. Sürüdə də itdən başqa heyvan olmaz. Odu ki, dedim bu yəqin it əti olacaq.
    Padşah ortancıla dedi:
    - Yaxşı, hələ sən hardan bildin ki, şərab insan qanıdı?
    - Şah sağ olsun, mən şərabı ağzıma alcaq məni bir cür iy basdı. Mən ondan bildim ki, bu insan qanı olacaq.
    Padşah üzünü tutdu kiçik oğlana ki:
    - Yaxşı, bəs sən niyə hələ elə başından yekə qələt elədin?
    Oğlan dedi:
    - Şah sağ olsun, düzdü, mənim dediyim yaxşı söz deyil. Ancaq məsələ burasındadı ki, elə deyəsən elədi ki, var. Axır hərçənd ki, biz sənə demişik ki, biz tacir oğluyuq, amma yalan demişik. Biz səndən də böyük bir padşahın oğluyuq. Bizim atamız gələn qonaqlarla oturar, durar, söhbət edər, amma heç xörək haqqında danışmaz. Amma sənin söhbətin elə bu barədə oldu ki, ay nə bilim küftəbozbaşı belə bişirirlər, dolmanı belə bişirirlər, plovun yağını nə vaxt tökərlər, qayğanağın şirəsini nə vaxt vurarlar. Mən gördüm ki, sən xörəkdən başqa heç bir söhbət eləmirsən, fikirləşdim ki, yəqin bunun aşbazla bir qarışığı var.
    Gecə padşah böyük oğlanı çağırıb dedi: - Oğlan, görürəm sən bir ağıllı, kamallı oğlansan. Mən də ta qocalmışam. Övlad qismindən yaxşı bir qızım var. Gəl elə onun kəbinini kəsdirim sənə, padşahlığı da verim sənə, mən bu qoca vaxtımda bir az rahatlanım.
    Oğlan məsələni qardaşlarına açdı, onlar razı olmadılar.
    Böyük oğlan dedi:
    - Yox, dədəm mənə deyib ki, qabağına çıxan qisməti təpikləmə! Bu bir qismətdi ki, mənim qabağıma çıxıb. Mən qalacağam.
    Atalarının sözü onların da yadlarına düşdü. Hamısı razılaşdılar. Qırx gün, qırx gecə toy elədilər, padşah qızı da, tacı da verdi oğlana. Qardaşları bununla görüşüb yola düşdülər. Bir neçə gün gedəndən sonra gəlib iki yolun ayrıcına çatdılar. Öpüşdülər, görüşdülər, ortancıl oğlan bir yolnan, kiçik oğlan da bir yolnan getməyə başladılar. Kiçik oğlan getməkdə olsun, biz görək ortancıl oğlanın başına nə gəldi.
    Ortancıl oğlan gedib, gedib bir şəhərə çatdı. Şəhərin meydançasına çatanda gördü ki, camaat yığışıb divara vurulmuş bir şəklə baxırlar. Yaxınlaşdı, baxdı ki, bir qız şəklidi. Amma qız nə qız... Elə bir qızdı, elə bir qızdı ki, yemə, içmə xətti-xalına, gül camalına tamaşa elə!
    Orada duranlardan birinə yanaşıb soruşdu:
    - Qardaş, bu nə şəkildi?
    - Yəqin ki, sən bu şəhərə təzə gəlmisən?
    - Bəli.
    - Bu bizim padşahın qızının şəklidi.
    - Bəs bura niyə vurublar?
    - Ərə vermək üçün.
    Oğlan bir könüldən min könülə vuruldu bu qıza. Soruşdu ki:
    - Bəs yaxşı, axı mən anlamıram, bunu bura niyə vurublar? Niyə alan yoxdu ki, belə müştəri axtarırlar?
    - Yox, istəyən çoxdu. İndiyə kimi bir çox pəhləvanlar, bir çox şahzadələr gəlib bu qızı istəyiblər.


    3

    Ancaq burda gizlin bir sirr var ki, o qızı istəmək üçün saraya girənlərin biri də qayıdıb eşiyə çıxmır. Bu saat bütün bu şəhər camaatı bu qıza aşiqdi. Ancaq bu işin qorxusundan bir adam cəsarət eləyib elçi göndərə bilmir.
    Oğlan dedi.
    - Bu qızı mən alacağam.
    Kişi gülümsünüb dedi:
    - Yazıqsan oğlan! Sən yaxşı bir cavansan, özünə hayıfın gəlsin, bu sevdadan vaz keç!
    Oğlan dedi:
    - Yox, hər nə təhər olsa, mən gərək bu qızı alam.
    Kim ona nə dedisə beyninə girmədi. Sabahısı günü düz birbaş getdi padşahın yanına.
    - Padşah sağ olsun, mən gəlmişəm sənin qızını almağa.
    Padşah çox razılıqla onu qəbul elədi. Ancaq dedi ki:
    - Doğrudu, axırda bir oğlan bir qızın, bir qız bir oğlanındı. O da doğrudu ki, mənim qızım mənim sözümdən çıxmaz. Ancaq mən onun sonrakı bədbaxtlığına bais olmaq istəmirəm. Sən çox da mənim xoşuma gəlirsən. Bəlkə heç qızın xoşuna gəlməyəcəksən. Ya elə qız özü sənin xoşuna gəlməyəcək. Mənim şərtim budu. Səni sabah qızımnan ötürərəm bir otağa. Orda bir-iki saat bir-birinizlə söhbət edərsiz. Əgər ikiniz də bir-birinizi bəyənsəniz, ondan sonra baş üstə!
    Oğlan bu təklifə lap ürəkdən razı oldu. Özü də çox şad oldu. Daha bundan yaxşı nə ola bilər ki?..
    Sabahısı oğlanı gətirdilər qızın otağına. Qız nə qız. Huri, mələk. Şəkildəkindən beş qat gözəl, şəhla gözlü, şirin sözlü, hilal qaşlı, balınc döşlü, fındıq burunlu, açıq alınlı, güləbətin ətəyi, dili bal pətəyi, dişləri siçan dişi kimi, ta nə deyim, gəl məni gör, dərdimdən öl...
    Oğlan huş-bihuş yerində dayandı. Nazənin məxmər döşəyin üstündən qalxıb süd kimi ayaqlarını fərşin üstünə basa-basa oğlana tərəf gəlməyə başladı. Oğlan ta lap özünü itirdi. Elə handa-handaydı ki, yıxılsın, şümşad qollar Hindistan ilanı kimi dolandı oğlanın boynuna. Oğlan ayıldı, tez dala çəkildi, qız irəlilədi. Qız güclə onu qucaqlamaq istəyirdi. Oğlanın gözləri kəlləsinə çıxmışdı. Elə az qalırdı ki, qucaqlayıb o gülab süzülən dodaqlardan doyunca özünü sirab eləsin, birdən atasının sözü yadına düşdü:
    «Gördün ki, bir məqsuda çatacaqsan, ona çatmaq üçün tələsmə!..» Oğlan elə bil ki, yuxudan ayıldı. İlan vurmuş adamlar kimi yerindən tullanıb, dala qaçdı. Qız qovdu, oğlan qaçdı, qız qovdu, oğlan qaçdı, axırda oğlan gördü ki, yox, bunun əlindən qurtarmayacaq, özün vurdu qapıya, qapı da bağlı... Çəkildi dala, qız hən-hün eləyib bunu tutuncan oğlan qapıya bir təpik çəkdi, qapı sındı. Oğlan bayıra tullandı. Baxdı ki, əlində yalın qılınc bir adam orda hazır durub. Bayaq ha yıxılıb özündən getdi. Bu əhvalatdan üç gün keçmiş oğlan yuxudan ayılıb özünü ipək yorğan-döşəkdə gördü. Yanında da bir çox dava-dərman var idi. Baxdı ki, başı yaman ağrıyır. Əlini atdı başına, gördü ki, başını səritdiyib bağlayıblar. Lap məəttəl qalı. Bu vaxtı bir də nə gördü. Qız barmaqlarının ucunda yavaş-yavaş girdi evə. Daha bu halı necə ki, lazımdı deyə demirəm. Həftə keçdi, gün keçdi, oğlan yaxşı oldu. Ta bir adama ki, öz məşuqəsi dava-dərman verə, bir naxoş ki, öz yari-nazəninin əlindən dərman içə, əlbət ki, sağalar. İndi yavaş-yavaş oğlan başlamışdı gəzməyə.
    Bir gün yenə oğlan qızla oturmuşdular bağda, padşah gəldi bunların yanına. Oğlan ondan soruşdu:
    - Şah sağ olsun, mən axı bir şeyə məəttəl qalmışam. Mən yıxılan günü, əlində qılınc qapıda durub məni qorxudan kim idi.
    Padşah gülüb dedi:
    - Mən qızımı bir halal süd əmmiş namuslu adama ərə vermək istəyirdim. Ona görə də belə bir qənir götürdüm. Kim mənim qızımı gəlib istəyirdisə, mən onu salırdım qızımın yanına. Özüm də əlimdə qılınc qapının deşiyindən baxırdım. Qıza da tapşırmışdım ki, oğlanla mazaq eləyib onu dingildətsin, necə ki, sən özün də bunu gördün. Elə ki, qız belə eləyirdi, oğlanın əlbəhəl halı dəyişib ayrı fikirlərə düşürdü. Əlbəhəl namussuz adam olduğunu bilirdim. Mən də əlimdəki qılıncla başını bədənindən ayırıb yer üzünü belənçik nakəslərdən təmizləyirdim. Amma sən doğrudan da halal süd əmmiş adamsan. Çünki qız nə qədər sənə soxuldusa, sən qaçdın.
    Oğlan dedi:
    - Çünki mənim atam mənə vəsiyyət eləyib ki, «elə ki, gördün bir məqsuda çatacaqsan, ona çatmaq üçün tələsmə».
    Padşah toy eləyib qızı verdi ona, padşahlığı da ona tapşırıb qoca günlərində hərəmxanasına çəkildi. Bu da burda öz keyfində olsun, biz görək kiçik oğlan nə oldu.
    Kiçik oğlan gedib-gedib bir şəhərə yetişdi. Bir gün şəhəri gəzə-gəzə lap çıxdı qırağa. Qabağına bir gözəl dam-daş çıxdı. Evin pəncərəsindən bir qız baxırdı, bir qız baxırdı ki, getmə gözümdən, gedərəm özümdən. Oğlan bir ürəkdən min ürəyə qıza elə vuruldu ki, heç məcnun da bu boyda vurulmamışdı. Axşamacan qaldı orda. Gecə çıraqlar yanandan sonra gəldi şəhərə, amma elə fikri oradaydı. Gecə düşdüyü hicrədəki yoldaşına dərdini açdı. O adam əhvalatı buna danışdı.
    Deməginən bu qız padşahın qızı imiş. Padşah onu kimə vermək istəyibsə qız getməyib, ona görə də padşah onu dədə malından məhrum eləyib, evindən qovub. O da həmən o dam-daşı tikdirib özün də tilsimbənd eləyib oturub orda. İndi o tilsimi açmağa nə qədər pəhləvanlar gəlibsə, düşüb qalıblar orada.
    Oğlan dedi:
    - Mən o qızı alacağam.
    Səhər getdi padşahın yanına. Padşah onu lap yaxşı ürəyi istəyən kimi qəbul eləyib dərdini soruşdu, oğlan öz fikrini dedi.
    Padşah dedi:
    - Mən lap ürəkdən buna şadam. Ancaq vallah onun ixtiyarı mənim əlimdə deyil. O olub bir çəpəl sehrkun.
    Oğlan dedi:
    - Mən onun tilsimini sındıraram. Ancaq necə ki, sən onun atası, başının sahibi, əvvəl sənin yanına gəlmişəm.


    4

    Oğlan ordan çıxıb soraqlaşdı, öyrəndi, bu şəhərdə lap qoca bir adam tapıb onun yanına getdi. Qoca ona dedi:
    - Bala, o tilsimi sındırmaq üçün bircə yol var. O da budu ki, qızın iki qarabaşı var. Bunlar həftədə bir gün gəlib bazardan lazım olan şey-şüy alıb aparırlar. O qarabaşlardan birini gərək pul gücünə aldadıb tilsimin sirrini öyrənəsən.
    Oğlan gedib kəsdi bazar yolunun üstünü. Qızları axır ki, aldadıb, tilsimin sirrini öyrəndi. Sabahısı gedib padşaha məlum elədi ki, mən bu gün tilsimi sındıracağam.
    Bunu deyib üz qoydu şəhərin qırağına, qızın dam-daşına tərəf. Şəhərin əhalisi əhvalatı eşidib yığışdılar bura. Oğlan altdan geyinib üstdən qıfıllandı, iki şaqqa ət götürüb girdi evə. Baxdı ki, qarabaşların dediyi kimi pilləkanın qabağında bir aslan, bir də bir qaplan bağlanıb. Qızların öyrətdiyi kimi ətin bir parçasını aslana, o birini qaplana atdı, ayaq qoydu pilləkana. Qapıdan keçəndə göydən asılmış sehirli qılınc aşağı endi. Tez yanındakı divarda duran düyməni basdı. Qılınc sındı, düşdü yerə. Girdi evə. Baxdı ki, hər tərəf od alıb yanır. Odun içindən də bir əcdaha buna həmlə eləyir. Qızların öyrətdiyi kimi özün atdı əcdahanın üstünə. Yapışıb boğazından bunu boğdu. Hər tərəfi tüstü bürüdü. Tilsim sındı. Camaat çöldə durub oğlana heyifsilənirdilər. Bir də gördülər ki, oğlan budu qız qucağında çıxdı balkona. Camaatdan bir gurultu qopdu ki, ta nə təhər. Qız düşdü, gəldi atasının bərabərinə. Onun əlindən öpüb dedi:
    - Ata, sən məni hər yoldan keçənə vermək istəyirdin, mən də buna razı deyildim. İndi bu oğlan, deyəsən, elə mən axtardığımdı. Sən urusqat versən, mən bu oğlana üç sual verərəm, cavablarını qaytara bilsə, gedərəm buna.
    Padşah razı oldu. Qız oğlana dedi:
    - İndi get, mənim sorğularımı gözlə!
    Sabahısı-gün qız oğlana bir zümrüd göndərdi. Oğlan getdi bazara, bir dənə zəbərcəd alıb qoydu bunun yanına, qaytardı dala. O biri gün qız oğlana bir dənə almaz göndərdi. Oğlan almazı bir daş altdan, bir daş üstdən qoyub əzdi, bir dəsmala bağlayıb qaytardı dala. Üçüncü gün qız oğlana bir brilyant göndərdi. Oğlan gedib bazara, ondan da qiymətli brilyant aldı, iki dənə də yaqut, hamısını bir yerdə göndərdi qıza.
    Qız atasına xəbər göndərdi ki, oğlan suallara cavab verib. Kəbin kəsildi, toy oldu. Elə ki, toy qurtardı, padşah oğlanı da, qızı da yanına çağırıb soruşdu:
    - Yaxşı, iş qurtardı, indi sən mənə de görüm, bu tilsimi necə sındırdın?
    Oğlan dedi:
    - Mənə atam tapşırmışdı ki, çətinliyə düşəndə qoca adamların məsləhətinə qulaq as! Odu ki, mən də bir qoca tapıb onun məsləhətiynən tilsimi sındırdım.
    Padşah üzünü qızına tutub dedi:
    - Bəs sən nə sual verdin, o sənə nə cavab verdi?
    Qız dedi:
    - Mən birinci dəfə ona bir dənə zümrüd göndərdim ki, mən atam-anam üçün zümrüd kimi bahalıyam, sən məni ala bilməzsən.
    Oğlan dedi:
    - Mən sənin fikrini anladım. Odu ki, bir dənə zəbərcəd alıb göndərdim ki, çox da qoltuqların şişməsin. Elə mən də ata-anam üçün zəbərcəd kimi qiymətliyəm.
    Qız dedi:
    - Mən ikinci dəfə bir almaz göndərib dedim ki, mən almaz kimi bərkəm, sən mənim arzularımı yerinə yetirə bilməzsən.
    Oğlan dedi:
    - Mən başa düşdüm, ona görə də almazı əzib sənə göndərdim ki, əgər sənin arzuların hadağadan çıxsa, o arzuları mən beləcə əzərəm.
    Qız dedi:
    - Sonra mən bir dənə brilyant göndərdim ki, mən brilyant kimi gözələm.
    Oğlan dedi:
    - Mən başa düşdüm. Odu ki, ondan da qiymətli bir brilyant alıb sənə göndərdim ki, elə mən də gözələm. Ancaq yanına da iki yaqut qoydum ki, indi gör bizim kimi iki gözəldən iki dənə də yaqut kimi oğlan dünyaya gəlsə, nə qiyamət olar...
    Padşah bunların ağıl-dərrakəsini görüb yavaşca durdu ayağa, tacı götürüb qoydu oğlanın başına.
    Qardaşlar bir neçə ildən sonra birləşib getdilər atalarının yanına. Ataları böyük dəsgahla onların qabağına gedib gətirdi evə. Əhvalatı biləndən sonra onların alnından öpüb dedi:
    - Mən onda qəsdən elə elədim ki, siz çıxıb, gedib özünüzə çörək axtarasınız. Çünki öz əli ilə qazanmayıb ata malına göz tikənlər axırda bədbəxt olarlar.
    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  4. #24
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    9.707
    Beğendikleri
    21.765
    Beğenileri
    3.831
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Ağıllı qoca (nağıl)

    Ağıllı qoca

    1


    Biri var imiş, biri yox imiş, uzaq keçmişlərdə qəddar bir padşah var imiş. Bu şahın qoyduğu qanuna görə övladlar əldən düşmüş qoca ata-analarını səbətə qoyub dallarına alar, aparıb əlçatmaz, sıldırım bir qayaya qoyarlarmış. Qayanın hansı səmtinə baxsaydın qalaq-qalaq insan sümüyü görərdin. Bu açıq qəbiristanlığın yüksək qayalıqları insan ətinə dadanmış quşların məskəni idi. Bütün quşlar zirvədə dayanıb yeni gətiriləcək insanı acgözlüklə gözləyirdilər. Səbətdə qoca gətirən insanın başının üstündə dövrə vurar, tük ürpədən heybətli səs çıxarardılar. Adam diri qocanı yerə qoyub aralanan kimi qaraquşlar, quzğunlar həmin qocanı didik-didik edib yeyər, quruca sümüklərini saxlayardılar. Qoca adamları bu cür dəfn etmək adətə çevrilmişdi. Qəddar şahın qoyduğu bu qanundan heç kəs imtina edə bilməzdi.
    Günlərin bir günündə İbrahim adlı bir oğlan atasının əldən-ayaqdan düşdüyünü görüb, ona dedi:
    -Gedək, ata, artıq sənin vaxtındır. Səni bir az da gecikdirsəm el məni qınayar.
    Ata naəlac qalıb dedi:
    -Nə deyirsən, oğul, məsləhət sənindir.
    Evdəkilərin hamısı qoca ilə halallaşdılar. İbrahim atasını səbətə qoyub dalına aldı. O ağır-ağır, kədərli halda insan qəbiristanlığa üz qoydu. Az getdilər, çox getdilər, yolda qoca dərindən bir ah çəkdi. İbrahim atasından ah çəkməyinin səbəbini soruşdusa da qoca demədi. İbrahim ondan əl çəkmədi. Axır ki, atası dedi:
    -Heç, oğul, yadıma düşdü ki, bir vaxt mən də sənin kimi atamı səbətə qoyub, həmin bu yol ilə qəbiristanlığa aparırdım. İndi sən də məni aparırsan.
    Qocanın bu sözləri İbrahimin ürəyinə ox kimi sancıldı. İstədi ki, atasını evə qaytarsın, ancaq el adətini pozmaqdan çəkindi. O yolunu yavaş-yavaş davam etdirirdi. Qəbiristanlığa çatanda quşların dəhşətli qarıltısı İbrahimi vahiməyə saldı. Atasını yerə qoyub bir qədər dincini almaq istədi. Ancaq, acgöz quşlar dövrə vurub, ata və oğulun başı üstə hərlənir, İbrahimin aralanmasını gözləyirdilər. Qoca acgöz quşlara baxıb oğluna dedi:
    -Get, oğlum, get, sənə can sağlığı. Ancaq səbəti də aparmağı unutma.
    İbrahim cavab verdi:
    -Ata, mən anamı bu səbətlə gətirmişdim, evimizdə axırıncı qoca sən idin, səni də ki, gətirmişəm. Daha səbət nəyimizə lazımdır?
    Qoca dedi:
    -Yox, oğul, axı sənin də oğlun var. O böyüyəcək, sən isə qocalacaqsan. Bir vaxt o da bu səbətlə səni gətirib quşlara yem edəcək. Apar, oğul, apar, o səbət sənə də qismət olacaq.
    İbrahimin bütün varlığı titrədi. Elə bil qəflət yuxusundan ayıldı. Birdən atasını qucaqlayıb qışqırdı:
    -Yox, ata, yox, mən səni bu vəhşi quşlara yem etməyəcəyəm. Mən səni saxlayacağam.
    O, daşla, ağacla quşları qovdu. Gördü ki, qayanın dibində bir mağara var. İbrahim atasını həmin mağaraya qoyub dedi:
    -Ata, sən burada yaşa, mən sənə yorğan-döşək, hər gün də yemək-içməyini gətirəcəyəm.
    İbrahim mağaranın ağzına daş düzdü. Daşların arasından içəri işıq düşürdü. O, dediyi kimi də elədi. Atasının yemək-içməyinə yaxşı fikir verirdi.

    2


    Günlərin bir günündə şəhərə gələn suyun başında əjdaha peyda oldu. Əjdaha suyun qabağını elə kəsmişdi ki, şəhərə bir damcı su gəlmirdi. Onun əlindən bütün camaat zara gəlmişdi. Əjdaha ilə pəhləvanlar nə qədər vuruşa gəlsələr də ona qalib gələ bilmədilər. Padşah car çəkdirib elan etdi ki, hər kim əjdahanı ya öldürsə, ya da torpaqdan qovsa, onu dünya malından qəni edərəm. Hər kim bu işə girişdisə, əjdaha ağzından püskürdüyü alovla onu külə döndərirdi. Daha heç kəs onunla üz-üzə gəlməyə cürət edə bilmirdi.
    Sənə kimdən xəbər verim İbrahimdən. İbrahim yemək götürüb yenə atası olan mağaraya yollandı. Ata gördü ki, yemək var, amma nədənsə oğlu su gətirməyib. Soruşdu:
    -Oğul, bəs su niyə gətirməmisən?
    İbrahim cavab verdi ki, hal-qəziyyə belədi, camaat susuzluqdan qırılır. Əjdahanın əlindən zara gəlmişik. Heç kəs ona bata bilmir.
    Qoca bir qədər fikirləşib dedi:
    -Oğul, mən o əjdahanın öhdəsindən gələ bilərəm.
    İbrahim sevincək dedi:
    -Ata, sən əjdahanın öhdəsindən gələ bilsən, bütün xalqı xoşbəxt etmiş olarsan. Üstəlik şah xəzinəsinin yarısını bizə bağışlayar.
    Qoca dedi:
    -Oğul, sən şahın yanına get. Ona de ki, uzunu on arşın, eni dörd arşın bir güzgü hazırlasın. Camaat həmin güzgünün arxa tərəfindən tutaraq əjdahaya doğru getsin. Əjdaha güzgüdə öz şəklini görüb vahiməyə düşəcək, qaçacaq. O qaçdıqca siz onu güzgü ilə qovun. Əjdaha sizin torpaqdan ilim-ilim itəcək.
    İbahim şahın yanına gedib dedi:
    -Şah sağ olsun, mən o əjdahanın öhdəsindən gələrəm. Ancaq bu şərtlə ki, verdiyiniz sözə əməl edəsiniz.
    Şahın susuzluqdan dili-dodağı qurumuşdu. Çar-naçar qalıb and içdi ki, xəzinəmin yarısı sənindir. İstəyirsən indidən daşıtdır, bircə bizi sən bu bəladan qurtar.
    İbrahim dedi:
    -Şah sağ olsun, mənə böyük bir güzgü düzəltdir.
    Şah İbrahimin dediyi kimi böyük güzgü düzəltdirdi. Güzgünün yanlarından arxa tərəfdən əl tutmağa yer qoydular. Camaat güzgünü əjdahaya tərəf apardı. Əjdaha gördü ki, ona tərəf ağzından od püskürdən bədheybət bir heyvan gəlir. Gördü ki, bu heyvan bunu deyəsən yeyəcək, başladı götürülməyə. Camaat da onu arxadan güzgü ilə qovurdu. Əjdaha hərdənbir geri dönüb baxanda gördü ki, o bədheybət heyvan gəlir. Başlayırdı daha bərk qaçmağa. Xülasə, qaça-qaça padşahın torpağından çıxdı. Camaat döşəndi suyun canına. Hamının gözlərinə şəfa gəldi. Sevincdən, şadlıqdan hamı İbrahimi atıb-tuturdu. Padşah İbrahimi çağırtdırıb dedi:
    -Oğul, şərtimiz şərtdir, ancaq de görüm, bu fikir, bu tədbir sənin ağlına haradan gəldi?
    İbrahim dedi:
    -Şah sağ olsun, bu mənim tədbirim, hünərim deyil. Cavanlar nə qədər ağıllı olsalar da, qocalara, onların müdrik nəsihətlərinə, məsləhətlərinə ehtiyacları var. Biz bütün qocaları göz bəbəyimiz kimi qorumalıyıq. Onları qurda-quşa yem etməməliyik. Bütün insanları xilas edən bu tədbiri mənə öyrədən atam oldu.
    İbrahim bütün əhvalatı olduğu kimi padşaha nəql etdi. Camaat heyrətlə qulaq asırdı. Padşah əmr etdi:
    -Bu saat qocanı bura gətirin.
    Camaat sevinclə dağa tərəf yüyürdü. Qocanı təntənə ilə şəhərə gətirdilər. Şah xəzinəsinin yarısını İbrahimə verib murdar adəti ləğv elədi. O gündən öz əcəlləri ilə ölənə qədər qocalara hörmət və qayğı göstərildi. Qocaların sevinci yerə-göyə sığmırdı.
    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  5. #25
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    9.707
    Beğendikleri
    21.765
    Beğenileri
    3.831
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Günəşin nağılı

    Günəşin nağılı

    Biri varmış, biri yoxmuş. Bir dəfə Günəş bərk yoruldu. Daha yataqdan qalxmaq istəmədi. Dünyaya qaranlıq çökdü. Yerin sakinləri - adamlar, heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan sonra Günəşin yanına qasid göndərməyi qərara aldılar. Dedilər:
    - Qoy gedib Günəşə yalvarsın, bəlkə onun sözünə baxıb yataqdan qalxdı. Günəşin evi sıx meşənin uca dağın axırıncı dənizin arxasında idi. Ora yalnız quşlar gedib çıxırdı. Yerin sakinləri Tovuzquşunu seçdilər. Dedilər:
    - O, çox gözəldir. Günəş onun sözünü yerə salmaz.
    Tovuzquşu yola düşdü. Meşəni keçdi, dağdan aşdı, dənizin üzərindən uçub Günəşin pəncərəsinə qondu. Onu oyatmağa başladı. Günəş gözünü açmadan soruşdu:
    - Kimsən, nə istəyirsən?
    - Mən Tovuzquşuyam. Səni oyatmağa gəlmişəm. Tez çıx işlər çətinə düşüb.
    - Kimin işidir, çətinə düşən?
    - Lap elə mənim. Qaranlıqda Qarğadan seçilmirəm. Əlvan quyruğumu heç kəs görmür.
    Günəş hirsləndi.
    - Deməli mən sənin quyruğuna lazımam. Rədd ol, burdan. Bir quyruğa görə bütün dünyanı işıqlandırmaq istəmirəm.
    Tovuzquşu əliboş qayıtdı. Sonra Günəşin yanına Bülbülü göndərdilər. Hamı düşünürdü, onun qəşəng səsi var. Günəşi birtəhər razı salar.
    Doğrudan da Günəş Bülbülün nəğməsini eşidəndə həyəcanlandı, köks oturdu, yuxulu-yuxulu dedi:
    - Səsin ürəyimi yerindən oynatdı. Nə arzun varsa, söylə, səninçün hər şeyə hazıram.
    - Xahiş edirəm, dünyanı işıqlandırın. Qoy gecə qurtarsın.
    Günəş maraqla soruşdu:
    - Məgər sən gecələr mahnı oxuya bilmirsən?
    - Əksinə, mən hər gecə oxuyuram. Bir-iki gün də səhər açılmasa, səsim tutulacaq.
    Günəş onun sözündən pərt oldu. Deməli mən yalnız ondan ötəri yerimdən qalxmalıyam ki, sən dincələsən, boğazın ağrımasın, hə? Bəs, öz istirahətim necə olsun? Rədd ol, burdan.
    Bülbül də kor-peşiman geri qayıtdı.

    Bu dəfə Günəşin yanına Tutuquşunu göndərdilər. O, dənizin arxasındakı evə çatar-çatmaz qışqırdı:
    - Bəsdir, tənbəllik elədin, oyanmaq vaxtıdır. Çünki mən qaranlıqda yamsıladığım adamların necə hirsləndiyini görmürəm.
    Günəş cavab vermədi. Qorxdu ki, Tutuquşu onun özünü də yamsılayar.
    Tutuquşu da yerə əliboş qayıtdı. Elə bu vaxt Xoruz xahiş etdi ki, Günəşi oyatmağa onu göndərsinlər. Yer sakinləri arasında heç kəs ona inanmırdı. Deyirdilər ki, Xoruz gözəl deyil, sədi kobuddur. Amma ondan başqa getmək istəyən yox idi. Əlacsız qalıb razılaşdılar. Xoruz uça-uça dənizin arxasındakı evə gəldi. Günəş şirin yuxuda idi. Xoruz ona yaxınlaşıb dərindən nəfəs aldı. Öz nəğməsini oxumağa başladı. Günəş səksənib ayıldı. Az qala yıxılacağdı. Yorğanı üstündən düşdü, bütün dünya işıqlandı. Günəş gözlərini ovuşdura-ovuşdur qışqırdı:
    - Bu kimdir? Menim evimdə nə gəzirsən?
    - Quqqulu qu, quqqulu qu, oyan, ay tənbəl, öz vəzifəni bilmirsən?
    Günəş gərnəşdi.
    - Nə vəzifə?
    - Axı sənin vəzifən işıq saçmaq, yeri qızdırmaqdır. Sənsiz yer üzündü həyat olmaz. Hər yana zülmət çökər. Onda öz həyatın da mənasız keçər.
    Günəşin gözləri doldu.
    - Mən onsuz da ömrüm boyu əbəs işləmişəm, heç kəs qədrimi bilmir. Mənə qiymət vermir. Tovuzquşu ancaq quyruğunu xidmət edir, Bülbül öz nəğmələrinə qulaq asır, Tutuquşu da ağılsızın biridir.
    Xoruz onunla razılaşmadı. Dedi:
    - Ey, tənbəl Günəş, sən adamları unutmusan. Axı onlar sənsiz yaşaya bilməz
    Günəş təəccübləndi.
    - Adamlar nəyimə gərəkdir? Guya onlar olmasa, işığım, hərarətim azalacaq.
    - Bəs necə? Adamlar olmasa, rəngin solar. Səhər çağı sənin şuaların şehli otların, sünbüllərin, çəmənlərin üzərinə düşüb bərk vurur, çoxalır. Bəs, torpağı əkib becərən, yaşıllaşdıran kimdir?
    Günəş dedi:
    - Əlbəttə adamlar.
    - De görək, su götürmək üçün yerdəki quyuları kim qazıb? - Adamlar qazıb. Bundan nə olsun ki?
    - Sən məşhur bir məsəli unutmusan. Qulaq as, gör orda nə deyilir? Ayın əksi göllərə düşür, Ulduzlar sayrışır, hər quyuda Günəşin şəkli görünür.v Günəş onun sözləri ilə razılaşdı. Xoruz dedi:
    - Qadınlar bulaq başında toplaşanda sən onların kuzəsində (bardağ) əks edirsən. Yaxşı deyiblər, göydə bir Günəş var, yaxşı ev sahibinin isə kuzəsi bir Günəşdir.
    Günəş onunla razılaşdi.
    - Nə deyim, bəlkə də sən haqlısan, ancaq yerimdən qalxmağa həvəsim gəlmir.
    - Onda rəngin solacaq, sönüb gedəcəksən. Lap kotan kimi. Yadındadır kəndlinin kotanı da işsiz qaldıqından tamam pas atmışdı.
    - Elədir, elədir, sən haqlısan.
    - İndi gördün, adamlar olmasa, dünyaya zülmət çökər. Sən isə insan əli ilə düzəldilən hər şeydə bərq vuran minlərlə günəşi görə bilməzsən.v Günəş fikrə getdi:
    - Ay xoruzz, nəğmələrin çox şirindir, ancaq başa düş ki, mən özümçün yaşamaq, dincəlmək istəyirəm.
    - E, e, e, tənbəl Günəş, yalnız özü üçün yaşayan hər kəs, başqaları üçün ölmüş kimidir. Yalnız yaxşı işləyənlər, yaxşı da dincəlir.
    Günəş yataqdan qalxdı, var-qüvvəsi ilə yeri işıqlandırdı. O vaxtdan bəri Xoruz hər səhər gün doğmamış yataqdan qalxıb öz nəğməsini oxuyur. O, əvvəlcə üzünü Günəşə tutub deyir:
    - Quqqulu qu, quqqulu qu, oyan, işə başlamaq vaxtıdır. Sonra o, torpağa müraciət edir. Oyan, öz şirənlə toxumlara və köklərə qüvvət ver. Xoruz üçüncü mahnısını adamlar üçüm oxuyur. Yerinizdən qalxın, oyanın, gün çıxıb, torpaq sizi gözləyir, oyanın.
    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  6. #26
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    9.707
    Beğendikleri
    21.765
    Beğenileri
    3.831
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Böş Guldan (Uşağlar üçün)

    Böş Guldan (Uşağlar üçün)


    Bu nağıl bir Çin ölkəsindən olan oğlanın nağılıdır ki gül və ağac becərtməyi çox sevərdi və ondaki.....
    Çox keçmiş zamanda Çin ölkəsində Ping adında bir oğlan var idi . O gülləri çox sevərdi. O hərnə əksəydi, gül ya ağac, goyərərdi, elə bıl mö`cüzə idi!

    O ölkədə hamı gülləri sevərdi və hər yerdə güllərin iyi havanı ətirləndirirdi.


    O ölkənın padşahıda quşları və heyvanları sevərdi, amma hamıdan çox o gülləri sevərdi və oz baxcasına hər gun gedərdi.

    Amma o şah çox qoca idi və istəyirdi ozundən sonraya bir şah seçsin. O bütün uşağlara dedi ki gəlsinlər onun sarayına ,çünki hər üşağa bir məxsus toxum verəcək.

    Padşah deyirdi: "Hər kəs bir ildən sonra lap yaxşı gülü gətirsə o məndən sonra şah olacaq".

    Bu xəbər ölkənin uşağların çox sevindirdi və üşağlar sevinə sevinə gedirdilər saraya ki padşahdan gül toxumu alsınlar.

    Ondaki Ping padşahdan öz toxumun aldı o uşağların hamısından çox sevinirdi. O əmın idi ki o ən gözəl gül göyərdəcək.

    Ping bir güldanı yaxşı torpağnan doldurdu və ehtiyatla gül toxumun əkdi. O hər gün ona su verirdi. O dözə bilmirdi ki o toxum göyərsin, boyüsün və bir gözəl gül açsın.
    Günlər bir birinin dalıyca geçdilər, amma güldandan bir şey göyərmədi. Ping çox nigaran idi. O bir ayrı yekə güldan tapdı və onu təzə qara torpagnan doldurdu və gül toxumun yeni güldanda əkdi.

    İki ayda Ping dözdü, amma yenədə bir xəbər olmadı. Bir il geçdı və toxum göyərmədi.
    Yaz gəldi, hamı uşağlar lap yaxşi paltarların geyindilər və getdilər padşahın yanına. Onlar öz gozəl gülləri ilə səhər tezdən saraya gedirdilər ki bəlkə seçilsinlər.

    Ping öz boş guldanına görə utanırdı. O özü özunə deyirdi uşağlar ona güləcək, o toxumu əvvəl dəfədən goyərdə bilməyib. Onun ağıllı dostu əlində bir yekə gül gəldi və dedi:




    Ping! Sən doğurdan istəmırsən padşahın yanına boş güldannan gedəsən? Sən menim gulum kimi gul goyərdə bimədin?

    Ping dedi: "Mən indiyə qədər çox gül becərtmişəm ki sənin gülündəndə gözəl idilər. Ancaq bu toxumdu kı goyərmir".

    Pingin atası onun sözün eşidib dedi: "Sən başardığıvı bu toxuma elədin, və sənin elədıklərividə şahın yanına aparmaq üçün yetər".

    Ping atasının sözünə baxıb , boş güldanı əlinə alıb və saraya getdi. Padşah bir bir güllərə baxırdı. Nədə gözəl güldülər!

    Amma padşah özün tutmuşdu və bır söz demirdi. Hamıdan sonra o Pingin yanına yetişdi. O soruşdu: "Bəs sən niyə boş güldan gətirmisən?"
    Ping ağladı və dedi: "Mən sən verən toxumu əkdim və hər gün ona su verdim, amma o goyərmədi. Mən onu bir torpagi yaxşi olan bir güldana qoydum, amma yenədə o göyərmədı! Mən ona bir il baxdım, amma bir şey göyərmədi. Ona görə mən bu gün bir boş güldannan gəlmişəm. Mənim əlimnən gələn bu qədər idi".
    Onda ki padşah o sözləri eşitdi, üzü bir gülümsədi. Sonra üzün tutdu hamıya dedi: "Mən o adam ki şah ola bilər tapdım!" O üzün tutdu ayrı uşağlara dedi: "Mən bilmirəm siz bu gullərin toxumun hardan almısınız. O toxumlarki mən sizə vermişdim hamısı bişirilmişdi və onların göyərməsinə imkan yoxdur. Mən Pingin cəsarətini, mənim yanıma düz və boş güldanla gəlməsini çox xoçladım və onun mukafatına bu ölkənin şahlığını verirəm".
    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Giriş

Facebook Baglan Giriş