Eşqimin yazında qarmı yağacaq? Çiçəkli dağlardan çən ətri gəlir. Vərəqlədim, oxumağa gecikdim, Həyat kitabımdan tən ətri gəlir. Dünyanı dərk edib, duyub, qanalı, Könlüm sevincini oldu danalı, Yoxsan, həsrətinin əli xınalı, Vüsalın saçından dən ətri gəlir.

Bu konu 2141 kez görüntülendi 13 yorum aldı ...
Etri gəlir. 2141 Reviews

    Konuyu değerlendir: Etri gəlir.

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2141 kez incelendi.

Konu: Etri gəlir.

  1. #1
    Ayselim - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    02.08.08
    Mesajlar
    1.686
    Beğendikleri
    10
    Beğenileri
    125
    @Ayselim
    Tecrübe Puanı
    501

    Standart Etri gəlir.

    Eşqimin yazında qarmı yağacaq?
    Çiçəkli dağlardan çən ətri gəlir.
    Vərəqlədim, oxumağa gecikdim,
    Həyat kitabımdan tən ətri gəlir.

    Dünyanı dərk edib, duyub, qanalı,
    Könlüm sevincini oldu danalı,
    Yoxsan, həsrətinin əli xınalı,
    Vüsalın saçından dən ətri gəlir.

    Eşqin eyləyibdi könlümü xəstə,
    Sənsə qızınırsan bir yad nəfəsdə,
    Uyuyur sənsizlik qollarım üstə,
    Bəs niyə hər yandan sən ətri gəlir?

    Özgə xəyallara düşüb yansan da,
    Mənim həsrətimi qonaq sansan da,
    Sən özün-özünə bunu dansan da,
    Sənin varlığından mən ətri gəlir.




    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Etri gəlir.

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: Ayselim

          Cevaplar: 13

          Görüntüleme: 2141

    Gel gor omrumuzden kecen o gunlerden neler qalmish

  2. #2
    Ayselim - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    02.08.08
    Mesajlar
    1.686
    Beğendikleri
    10
    Beğenileri
    125
    @Ayselim
    Tecrübe Puanı
    501

    Standart

    Alıntı MeÇuLaSiQ Rumuzlu Üyeden Alıntı
    Özgə xəyallara düşüb yansan da,
    Mənim həsrətimi qonaq sansan da,
    Sən özün-özünə bunu dansan da,
    Sənin varlığından mən ətri gəlir.


    Ellerine sagliq gozel bir seir.
    he cox gozeldi (alintidi) bu kelmeden cox xoshum geldi " Sənin varlığından mən ətri gəlir."foruma yukledim ki oxuyasiz belke beyeneceksiz
    Gel gor omrumuzden kecen o gunlerden neler qalmish

  3. #3
    Ayselim - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    02.08.08
    Mesajlar
    1.686
    Beğendikleri
    10
    Beğenileri
    125
    @Ayselim
    Tecrübe Puanı
    501

    Standart

    Alıntı MeÇuLaSiQ Rumuzlu Üyeden Alıntı
    " Sənin varlığından mən ətri gəlir."


    Her zamanda, her mekanda, her anda. Bundan emin ol...
    tsk edirem beyendiyine sevindim
    Gel gor omrumuzden kecen o gunlerden neler qalmish

  4. #4
    Ayselim - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    02.08.08
    Mesajlar
    1.686
    Beğendikleri
    10
    Beğenileri
    125
    @Ayselim
    Tecrübe Puanı
    501

    Standart

    Alıntı MeÇuLaSiQ Rumuzlu Üyeden Alıntı
    Boyy o ne sozdur bes? Begenmemek olarmi hec? Senin her eklemeni sebirsizlikle gozleyiremki, goren ne yazdi bir bir sayiram eklemelerini 142 desen:p
    cox diqqetlisen
    Gel gor omrumuzden kecen o gunlerden neler qalmish

  5. #5
    Siirbaba76
    Siirbaba76 - ait Kullanıcı Resmi (Avatar)

    Harika

    Alıntı Ayselim Rumuzlu Üyeden Alıntı
    Eşqimin yazında qarmı yağacaq?
    Çiçəkli dağlardan çən ətri gəlir.
    Vərəqlədim, oxumağa gecikdim,
    Həyat kitabımdan tən ətri gəlir.

    Dünyanı dərk edib, duyub, qanalı,
    Könlüm sevincini oldu danalı,
    Yoxsan, həsrətinin əli xınalı,
    Vüsalın saçından dən ətri gəlir.

    Eşqin eyləyibdi könlümü xəstə,
    Sənsə qızınırsan bir yad nəfəsdə,
    Uyuyur sənsizlik qollarım üstə,
    Bəs niyə hər yandan sən ətri gəlir?

    Özgə xəyallara düşüb yansan da,
    Mənim həsrətimi qonaq sansan da,
    Sən özün-özünə bunu dansan da,
    Sənin varlığından mən ətri gəlir.


    Bahar vesli, garmı yağar dağlara,
    Bir bülbül dadanıp, yeşil bağlara,
    Sindin bu çağında , çıx yaylaxlara,
    Derinnen nefes al, gül etri gelir.....

    Taab ele,sebirle , döz yoxluğlara,
    Telesme, osanma, bularsan ara,
    Derman xesdelere, ömür sağlara,
    Üzüne baxanda, can etri gelir...

    Zannetme gurbette, yad nefesdeyem,
    Senin hasretinnen, yatar xesdeyem,
    Dilinde şiirem, mahnı besdeyem,
    Sesin eşidende, can etri gelir...

    Özge xeyal olmaz, seven ürehde,
    Her kelmede, sözde, sen var dilehde,
    Hele sebret, o zamana gelehde,
    Nağara deyen de, TOY etri gelir...

    Laçiniyem, gelet olsa görmeyin,
    Deyer bilmiyene, emeh vermeyin,
    Xalçayı yerlerde, toza sermeyin,
    Hayıfdı baxanda, kir etri gelir....

  6. #6
    Ayselim - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    02.08.08
    Mesajlar
    1.686
    Beğendikleri
    10
    Beğenileri
    125
    @Ayselim
    Tecrübe Puanı
    501

    Standart

    olmez bir eserdi bu Asiqcan. tsk paylasimcin.


    Şübhən olmasın

    Bir gün həyatında olmasam gülüm,
    Səni sevdiyimə şübhən olmasın.
    Hər gecə yuxuda səni görməyə,
    Gizli gəldiyimə şübhən olmasın.

    Qıymaram ot basa, itə izlərin,
    İnan yixılaram, əssə dizlərin.
    Nə vaxt sən sevinsən, gülsə gözlərin,
    Mən də güldüyümə şübhən olmasın.

    Həsrət neyləyəcək qəlblər yaxınsa,
    Dilə nə gərək var gözlər oxunsa.
    Haçan ayağına bir daş toxunsa,
    Bunu bildiyimə şübhən olmasın.

    Qocalıq hökmümü verdin sən indi,
    Düşür saçlarıma bəyaz dən indi.
    Sevincim, şadlığım bütöv sənindi,
    Dərdi böldüyümə şübhən olmasın.

    Mənə bəxş etdiyin lal baxışları,
    Onları bəzəyən bu naxışları,
    Gözümdən süzülür qəm yağışları,
    Tənha sildiyimə şübhən olmasın.

    Gör harda qırıldı, harda incəldi?!
    Gedirəm, bəlkə də könlüm dincəldi.
    Əzrayıl donunda həsrətin gəldi,
    Daha öldüyümə şübhən olmasın.


    Gel gor omrumuzden kecen o gunlerden neler qalmish

  7. #7
    Ayselim - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    02.08.08
    Mesajlar
    1.686
    Beğendikleri
    10
    Beğenileri
    125
    @Ayselim
    Tecrübe Puanı
    501

    Standart

    Sən onun eşqilə, məhəbbətilə

    Vurmadın ömrünü başa, ürəyim.

    Sevgi hədəfinə nişan alanda

    Dəydimi oxların daşa, ürəyim?!

    Sevgi dəryasında ruhum bir ada,

    Fırtınam ziyada, dalğam ziyada,

    O ellər gözəli düşəndə yada,

    Az qalır xəyalım şaşa, ürəyim!

    Sən canı canandan ayrı tutmadın,

    Odur ki, vəfasız deyildir adın.

    O, səni unutdu, sən unutmadın,

    Yaşa, məhəbbətim, yaşa, ürəyim!

    M. Mushfiq.


    Gel gor omrumuzden kecen o gunlerden neler qalmish

  8. #8
    Ayselim - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    02.08.08
    Mesajlar
    1.686
    Beğendikleri
    10
    Beğenileri
    125
    @Ayselim
    Tecrübe Puanı
    501

    Standart

    Alıntı siirbaba76 Rumuzlu Üyeden Alıntı
    Bahar vesli, garmı yağar dağlara,
    Bir bülbül dadanıp, yeşil bağlara,
    Sindin bu çağında , çıx yaylaxlara,
    Derinnen nefes al, gül etri gelir.....

    Taab ele,sebirle , döz yoxluğlara,
    Telesme, osanma, bularsan ara,
    Derman xesdelere, ömür sağlara,
    Üzüne baxanda, can etri gelir...

    Zannetme gurbette, yad nefesdeyem,
    Senin hasretinnen, yatar xesdeyem,
    Dilinde şiirem, mahnı besdeyem,
    Sesin eşidende, can etri gelir...

    Özge xeyal olmaz, seven ürehde,
    Her kelmede, sözde, sen var dilehde,
    Hele sebret, o zamana gelehde,
    Nağara deyen de, TOY etri gelir...

    Laçiniyem, gelet olsa görmeyin,
    Deyer bilmiyene, emeh vermeyin,
    Xalçayı yerlerde, toza sermeyin,
    Hayıfdı baxanda, kir etri gelir....
    vayyy qurban sene babasi Vallahi sen bir dunyasan,siirlerinle sanki ovsunlayirsan cooo hemde coooox tsk edirem bu gozel eser ucun.siirlerini bir yana qeyt edirem deyirem Allah elememish birden forum siliner qoy itip batmasin ,gelecek gunlerde oxumaq ucun ,bir daha tsk edirem.
    Gel gor omrumuzden kecen o gunlerden neler qalmish

  9. #9
    Ayselim - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    02.08.08
    Mesajlar
    1.686
    Beğendikleri
    10
    Beğenileri
    125
    @Ayselim
    Tecrübe Puanı
    501

    Standart

    Bir nağıl-yuxuydu gördüm elə bil,
    Yarı yuxuluydum, yarı da oyaq.
    Hər şey duman kimi çəkildi qəfil,-
    Sən mənə arxaydın, mən sənə dayaq.

    Bəlkə də sən yoxsan, xəyallarımda,
    Səni uydurmuşdum bilə-bilə mən.
    Əgər belədirsə necə olub ki,
    Girib ürəyimdə uyuyur kölgən?


    Varsanmı, yoxsanmı?- çaşıb qalmışam
    Ölümlə olumun arasında mən.
    Olsaydın qədrini bilməzdim bəlkə,
    Yoxsan ki, bu qədər əzizdi kölgən.

    Ey mənim nağılım, ey mənim xülyam,
    Bəlkə nə zamansa yoxdan var oldun.
    Bəlkə çıxıb gəldin xəyallarımdan,
    Könlümün taxtında tacidar oldun…

    Qönçələr açanda güllər solurlar,
    Sən mənə ümidsən, duyduğum xəyal.
    Əlçatmaz istəklər gözəl olurlar,
    Nakam arzular tək ürəyimdə qal.


    Gel gor omrumuzden kecen o gunlerden neler qalmish

  10. #10
    Ayselim - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    02.08.08
    Mesajlar
    1.686
    Beğendikleri
    10
    Beğenileri
    125
    @Ayselim
    Tecrübe Puanı
    501

    Standart

    Nə oldu?!

    Biz ki, bir ağacda iki budaqdıq,
    Birgə çiçək açıb, bir solacaqdıq.
    Biz ki, ölənədək bir olacaqdıq,
    Nə oldu, sevgilim, bizə nə oldu?!

    Bizim ki, qəlbimiz bölünməz idi,
    Bir məğrur qalaydı, alınmaz idi.
    Sevgimizin izi silinməz idi,
    Nə oldu, silinməz izə nə oldu?!

    Susqun dalğasıydıq coşğun dənizin,
    Nəğmələr söylərdik biz həzin-həzin.
    Məndən başqasını görməzdi gözün,
    Nə oldu, o sadiq gözə nə oldu?!

    Bəs həsrət, ayrılıq bizdən qaçaqdı,
    Sevgimiz sonadək pak qalacaqdı…
    Bizim ki, sevgimiz sönməz ocaqdı,
    Nə oldu, o oda, közə nə oldu?!

    Bizi qorxutmazdı nə boran, nə qar,
    Nə həsrət, nə kədər, nə ayrılıqlar.
    İndi aramızda məsafələr var,
    Baxışın dönübdür buza, nə oldu?!

    Kiminsə qəlbini qırıb gəlmisən,
    Üzünə məsumluq sürüb gəlmisən.
    Kiminsə ruhuna girib gəlmisən,
    Bəs mənim sevdiyim cana nə oldu?!


    Gel gor omrumuzden kecen o gunlerden neler qalmish

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş