Sən mənim yazıma birinci yağış,
Sən mənim qışıma sonuncu qardın.
O mənim qəlbimdə yilan qablayıb,
Pərişan bir eşqi hara apardın.
Apardın, apardın, haray apardın,
Pərişan bir eşqi haray apardın.
Sən getdin, təbiət bir səs itiridi,
Bir sevgi dastanı qaldı yarımçıq.
Bir ulduz əbədi buluda girdi,
Bir çiçək dəyərin soldu yarımçıq.
Apardın, apardın, haray apardın,
Pərişan bir eşqi haray apardın.
Son dəfə dinlədim ayaq səsini,
Qəlbimdə bir tufan qopdu dərindən.
Sən getdin elə bil yer kürəsini,
Ayırdın bir anlıq öz məhvərindən.
Apardın, apardın, haray apardın,
Pərişan bir eşqi haray apardın.
Apardın, apardın, haray apardın,
Pərişan bir eşqi haray apardın.
Apardın, apardın, haray apardın,
Pərişan bir eşqi haray apardın.
Apardın, apardın, haray apardın,
Pərişan bir eşqi haray apardın.