Kullanıcı Tag Listesi

https://www.youtube.com/watch?v=VBXfFS9sK_k https://www.youtube.com/watch?v=0zOC8g75QR0 Haylar necə erməni oldu? ”ERMƏNİ” ADININ MƏNŞƏYİ Hər bir xalqın öz soyadı olur və öz toplumu içində bu adla tanınır, bu cür özünü adlandırmaya endoetnonim deyilir. Bəzən bu və ya digər xalqa qonşuları da ad qoyur və bu cür kənardan adlandırma ekoetnonim adlanır. Adətən, kənar ad xalqın xasiyətinə, həyat tərzinə, yaşadığı ərazinin adına və hətta geyiminə görə verilir ki, bu da müəyyən

Bu konu 48 kez görüntülendi 0 yorum aldı ...
Ermeniler Kimdir? - Ermeni Yoksa Hay ? 48 Reviews

    Konuyu değerlendir: Ermeniler Kimdir? - Ermeni Yoksa Hay ?

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 48 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    9.816
    Beğendikleri
    585
    Beğenileri
    103
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Ermeniler Kimdir? - Ermeni Yoksa Hay ?







    Haylar necə erməni oldu?


    ”ERMƏNİ” ADININ MƏNŞƏYİ Hər bir xalqın öz soyadı olur və öz toplumu içində bu adla tanınır, bu cür özünü adlandırmaya endoetnonim deyilir. Bəzən bu və ya digər xalqa qonşuları da ad qoyur və bu cür kənardan adlandırma ekoetnonim adlanır. Adətən, kənar ad xalqın xasiyətinə, həyat tərzinə, yaşadığı ərazinin adına və hətta geyiminə görə verilir ki, bu da müəyyən tarixi-siyasi şəraitdən asılı olaraq, zaman-zaman dəyişə bilir. Lakin xalqın öz içindəki milli soyadı min illərlə yaşayır, çox nadir hallarda unudulur. Etnonimika elminin bu qanunları erməni adına da aiddir.

    Əsl soy adları olan hayetnonimi bugünkü ermənilərin öz içində yaşadığı halda, gürcülər onlara somexi,kürdlər filə, biz də başqaları kimi ermənideyirik. Ancaq erməni etnonimi ilk dönəmlərdə bugünkü haylara deyil, tamamilə başqa dilə və mədəniyətə mənsub subar türklərinin ermen adlı boylarına aid olmuşdur. Haylar isə Ərməniyə ölkəsinə gələndən xeyli sonra, xüsusilə xristanlığı qəbul edəndən sonra ətraf bölgələrə yayıldıqca bu yeni ekoetnonimlə adlanmışlar, çünki bəzi qonşu xalqlar, təbii olaraq onları artıq Ərməniyə əhalisi (erməni)kimi tanımışlar. Haylar da həmin ərmən boylarının adını mənimsədikləri kimi, əlifba düzəldib özlərinə tarix yazanda artıq onların qədim tarixini də özlərinə çıxmışlar. Ona görə də, erməni adının mənşəyindən danışarkən vacib şərtlərdən biri sonrakı psevdo-ermənilər (haylar) ilə əsl qədim ermənlərinfərqləndirilməsidir.

    Bu adın mənşəyindən danışmaq üçün onun hansı tarixi çağlarda, hansı coğrafi məkanda və həm də hansı xalqın dilində və adında işləndiyini araşdırmaq lazım gəlir. Əgər bu adın işlənmə tarixinə baxsaq, onun çox qədimdən mövcud odduğunu görərik: işlənmə arealına baxsaq, onun izinə Altaydan Dunay çayına qədər, Orta Asiyadan Anadoluya qədər müxtəlif coğrafi ərazilərdə, xüsusilə qədim Azərbaycanda rast gələrik. Tarixin müxtəlif çağlarında Mitanni dövlətinin, samidilli aramey tayfalarının, qafqazdilli hurri-urartu xalqlarının, doğu-german (ostqot) boyunun və türkdilli subar, bulqar, mitan boylarının birbaşa və ya dolayısı ilə bu adla olan əlaqələrinə aid məlumatları da bura əlavə etsək və həm də vaxtilə (sonralar) Balkan yarımadasından Ərməniyə ölkəsinə gələn hay tayfalarının da burada «erməniləşdiyini» nəzərə alsaq, onda zaman və məkan ölçüləri çox böyük olan erməni adının mənşəyini aça bilən dil və tarixi faktları toparlayıb, ümumi nəticə çıxarmağın o qədər də asan olmadığını görərik.

    Öncə, erməni adı ilə ilişgisi olan adlar kimi elmi ədəbiyatda verilən Arman, Armetoponimləri və arameyetnonimi üzərində dayanaq, çünki əksər alimlər «erməni» adının mənşəyindən danışarkən həmin sözlərə istinad edirlər (38; 43; 44; 47; 48 və s.). ArmanArmiyeradları m.ö. III minillikdən üzübəri işlənməkdədir. Armantoponiminə akkad çarı Naram-Suen (2236-2200) və onun babası Ulu Sarqona aid yazıda rast gəlmək olur:


    1) SAG.GİŞ.RA Ar-ma-nimki u Eb-laki

    2) Ar-ma-namki u Eb-laki(35, 285).

    Buradakı «Arman və Ebla» ölkələrindən birinin (Ebla) harada yerləşməsi məlum olsa da, digəri barədə konkret bəlgə yoxdur, ona görə də, yeni tapılan yazılarda adı keçən Armetoponimini həmin Arman ilə eyniləşdirən tədqiqatçılar vardır.Məncə, bunlar eyni regionda yerləşsələr də, ayrı-ayrı yer adlarıdır. Belə ki, 25 il öncə İtaliya arxeoloqları quzey-batı Suriyada Hələbdən güneydə qədim Ebla şəhər-dövlətinin arxivlərini tapdılar və şumer-akkad yazı sistemi ilə indiyəcən məlum olmayan bir sami dialektində yazılmış bu gil lövhələrdə (tabletlərdə) çoxlu yer adları üzə çıxdı ki, bunların da xeyli hissəsi o dövr üçün məlum şumer, elam, sami, hurri və hindavropa dillərindən heç birinə aid deyil (35, 336). Bu toponimlərdən biri də bəzi mətnlərdə təkrar olunanArme adıdır:

    1) dra-sa-ap ar-miki(35, 284)- «ArmeşəhərinintanrısıRasap»
    2) 3 Ar-miki al-KU Gi-za-anki- «Qizandaolan 3 Armi'li»
    3) Eb-lakiwa Ar-miki (35, 285) - «EblaArmi»
    4) 4 GİŞşilig 1 ninda ku-li - «Armibəyinindostlarıüçünen-en Ar-miki (35,223) 4 GİŞşilig 1 (çörək ?)»

    Buradakı «Ebla və Arme» ifadəsi ilə akkad yazısındakı «Arman və Ebla» deyimi arasında yaxınlıq görüb,Armantoponimini Armiilə eyniləşdirən tədqiqatçılar olduğu kimi, 5 min il yaşı olan bu Arme bölgəsinin hayların ulu yurdu olduğunu iddia edən hay-erməni alimləri də vardır. İ.M.Dyakonov bu münasibətlə yazır:

    «V nekotorıx okolonauçnıx kruqax isklöçitelğnıy interes vızvalo nazvanie sosedneqo s Gbloy siriyskoqo qoroda Armanum, a takje neredko vstreçaöheqosə v tekstax toponima ili etnonima ar-miki, i voznikla nadejda - nelğzə li videtğ zdesğ predkov armən?”

    Mif ob armənax, upominaemıx v gblaitskix tekstax, obreçen rastaətğ tak je, kak mif o bibleyskix qorodax» (38, 336).

    Həmin müəllif fikrini davam etdirərək deyir ki, «erməni» adı hayların öz içində heç vaxt işlənməmişdir, bu adı onlara başqa xalqlar vermişlər və həm də göstərir ki, Armanum yeradı armi, arami etnonimləri ilə bağlı olub, «köçəri» (nomad) anlamı bildirən arameyboyunun adından yaranmışdır (38, 336-337).

    Müəllifin hay-armiməsələsi ilə bağlı fikirləri doğrudur, lakin ArmanArmi adlarının ikisini də arameylərə bağlaması o qədər də inandırıcı deyil, çünki çoxlu sait səsi olan türk dillərindəki sərbəst dəyişmədən fərqli olaraq, sami dillərində saitlər azdır və onların əvəzlənməsi qramatik yük daşıyır, burada sözlərin sonluğundakı fərqlər də şübhə doğurur. Bunu həmin adlar arasında paralellik axtaran Paul Garelli də «Ebla arxivindəki toponimlər haqqında qeydlər» adlı məqaləsində etiraf etmişdir (35, 285). Bundan başqa, Arman toponimi türk xalqlarının onomastikasında və proto-azər boyları olan bölgələrdə geniş yayılmışdır:

    Arman (Başqord türklərində müasir toponim)

    Arman (Aşqabad yaxınlığında qədim türkmən qalası)

    Arman (Kərkükdən aşağı Dəclə yaxasında dağadı, m.ö. XV-XII əsr)

    Arman (Kassi dövrü Diala yuxarısında şəhər; Alman kimi də oxunur)

    Armuna (Urmu quzeyində zəngi boyunun kəndi, m.ö.VIII əsr)

    Armanqu (Qızıl-üzənin yuxarı axarında toponim, m.ö. VIII əsr)

    Armait (Manada Ziviyə yaxınlığında qala, m.ö. VIII əsr)

    Bu siyahını uzatmaq da olar, lakin elə bunlar da kifayətdir ki, türk xalqlarının dilində Arman toponiminin müxtəlif bölgələrə daşındığını görə bilək. O ki qaldı Arme adına, onu da yalnız arameylərlə bağlamaq düzgün deyil, çünki arameylər həm bu adın işləndiyi tarixdən min il sonra həmin ərazilərə gəlmişdir, həm də Arme toponimi subar-hurri boylarının məskunlaşdığı bölgənin adı kimi işlənmişdir. Yuxarıda Ebla yazılarında baxdığımız Arme toponimi də daha çox şəhər və ölkə adı kimi verilmişdir. Həmin mətnlərdə «4 kişilikxörək ()» kimi ifadələr bir yana qalsın, «Armi'liDumur» və «UtibəyiTamur-lim» ifadələrindəkidəmir sözü, «Arimu'nunyaşadığıAbarsilaölkəsi» (35, 251, 310) deyimindəki (a)barsil etnotoponimi (?) çətin ki, sami dilləri ilə izah oluna bilsin.

    Subarların yaşadığı Armeölkəsinə (bölgəsinə) keçməzdən əvvəl, həmin toponimin indiki Suriyanın quzeyində deyil, ondan xeyli yuxarıda Dəclənin yuxarı qollarından Zebene-su çayının yaxalarında yerləşdiyini qeyd edək və Mitanni dövlətinin mərkəzi bölgələrindən olduğunu nəzərə alıb, mitanboyları haqqındakı tarixi bəlgələri nəzərdən keçirək, çünki haqqında danışdığımız «erməni» adı ilk dəfə armini şəkilində m.ö. VI əsrdə həmin bölgədə ortaya çıxmışdır və həmin etnonimin hələlik elmə məlum olan ən qədim tarixini əks etdirir. Tarixdən bu da bəllidir ki, Dəclənin yuxarı axarlarında urartulardan əvvəl görünən çoxsaylı hurri boyları armini adı ortaya çıxana qədər buradakı subarlarla ən azı min il iç-içə yaşamışlar. Təbii ki, bu durum müəyyən çağlarda müxtəlif dilli tayfaların konfederasiyası üçün təbii şərait yaratmışdır və görünür, hurrilər əsasən subar boylarından olan mitan tayfaları ilə qaynayıb-qarışmışlar, çünki hurrilərin qurduğu dövlət daha çox Mitani adı ilə tanınırdı. Mitani çarı Tuşratta misir fironu III Amenxotepə (1455-1424) yazdığı geniş mətnli məktubunda ölkəsinin adını hurricə Xurroxe, məktubun akkadca olan hissəsində isə Mitani adlandırmışdır (44, 95). Bizi maraqlandıran Arme bölgəsinin Mitani ölkəsinin ortasında olması və mitan boylarının yaşadığı torpaqlarda, getdiyi ərazilərdə daima Arman,Ermən toponimlərinin, erməni etnoniminin ortaya çıxması faktlarını nəzərə alıb, mitan boyları haqqındakı bəlli bəlgələri gözdən keçirək.

    Habur və Balıx çaylarının (Balıx hidronimi də qədim türkcədir) yuxarı yaxalarında batı hurri boylarının qurduğu dövlətin (XVI-XIII əsrlər) mərkəzi şəhəri Vaşşukanni idi və bütöv ölkə samicə Xaniqalbat, misir yazısında isə Naxarain - «İkiçay ölkəsi» adlanırdı (44,93). Lakin hurrilərin doğu boylarından bəzi tayfalar Dəclənin orta axarına, onun sol yaxalarında indiki Kərkük bölgəsinə də gəlib çıxmışdı. Ona görə də, hurri izləri batıda Fələstinə qədər gedib çıxırsa, doğuda da Güney Azərbaycanın güney-batı sınırlarına qədər özünü göstərir. Əlbəttə, Qafqaz ətəklərindən Ön Asiyaya gəlmiş hurrilər belə geniş, özü də bir-birindən aralı bölgələrdə nüfuz sahibi olmaq üçün asur təzyiqi altında olan yerli subar boylarının köməyinə arxalanır, onların qüvvəsindən istifadə edirdilər. Yəqin bu səbəbdəndir ki, mənbələrdə hurri şəxs adları sırasında xatırlanan və elmi ədəbiyatda hurri adı kimi təqdim olunan Arijen (Arjan adı altay türklərində geniş işlənir) adından tutmuş, Daşuk, Kaltuk, Siluk, Dada, İkita, Umbin-Api, Puta kimi adlar subar-mitan antroponimiyası ilə bağlıdır.

    Hurri-Mitan dövləti dağılandan sonra mitan boyları müxtəlif bölgələrdə ayrı-ayrı dərəbəyliklər şəklində yaşayan digər subar boyları kimi zaman-zaman bu və ya digər dövlətin nüfuz dairəsinə düşdülər və bir qismi İç Anadoluya, bir qismi də Urmu gölü hövzəsi ilə Orta Asiya tərəflərə köçdü, çünki sonrakı tarixlərdə mitan boyadı həmin ərazilərdə xatırlanır. Kumuşdakı özbəklərin içində moytan soyunu qeyd edən XIX əsrin böyük qazax aydını Çokan Valixanov özbəklərin minq, diaxli, barkut, qaraqalpaq, kataqan boyları sırasında mitan boyunun da adını çəkir (45, 256). Xarəzm-Mitan əlaqələrindən bəhs edən L.S.Tolstova qaraqalpaq-müyten boyunun ulu dədəsi Tamin bəyin Kaptaw (Qafqaz) tərəflərə səfəri ilə bağlı əfsanəni qeydə almış, Orta Asiyada və xüsusilə Buxara bölgəsində mitan boyları ilə əlaqəsi olan xeyli etnotoponim olduğunu və Mada-Mitan kimi toponimlərin X-XIII əsr mənbələrində xatırlandığını göstərmiş və bu boyların irandilli olduğunu söyləyənlərə qarşı yazmışdır:

    «Odnako rəd ukazannıx vışe dannıx, v çastnosti istoriçeskie leqendı zerefşanskix mitanov, qovorəhie o prebıvanii ix predkov bliz bereqov Urmii (İranskiy Azerbaydjan), nazıvavşeqosə v drevnosti Ma(n)tiane,daöt vozmojnostğ dopustitğ i inuö trakovku» (51, 246-253).

    Mitan boylarının Anadolu və Azərbaycan bölgələrində yaşaması haqqında Herodot və Strabon dolğun məlumat verir və bu məlumatlar ən azı beş əsrlik bir dövrü (m.ö.V- m.s.I) əhatə edir. Qədim Azərbaycan ərazisində Dəclənin iki sol qolu olan «Böyük və Kiçik Zab çaylarının Matien ölkəsindən axdığını» yazan Herodot matien boylarının İç Anadoluda və Urmu gölü hövzəsində yaşadıqlarını qeyd edir:

    «Yunanlar kappadokiyalılara suriyalı deyir. Bu suriyalılar pers hegemonluğuna qədər madalılara tabe idi, sonralar Kuruşa (tabe oldular). Mada və Lidiya çarlıqları arasında sərhəd, əslində Halis çayıdır ki, bu daArmendağlarından başlayıb Kilikiyadan keçərək, sağında matien, solunda friq ölkələrini buraxandan sonra quzeyə dönərək kappadokiyalı suriyalılar ilə sol yaxasındakı paflaqoniyalılar arasında təbii sərhədə çevrilir» (I.72); «Kuruş Babil üzərinə yürüş edərkən Gind (Diala) çayına çatdı. Qaynağını dağlıq yer olanMatien ölkəsindən alan bu çay dardanların torpağından keçib Dəclə çayına tökülür» (I.189); «Araz (Qızıl-üzən - F.A.) çayının qaynağı isə Matiendağlarıdır, Kuruşun 360 kanala ayırdığı Gind çayı da həmin dağlardan axır» (III.94); «Matien, saspir və alarodilərə 200 talant vergi qoyulmuşdu.Bu 18-ci dairə idi» (I. 202); «Burada Kilikiyadan sonra armeni (ərazisi) gəlir, zəngin örüşləri var; armenilərdən sonramatienlərin bölgəsidir. Sonra kissilərin ölkəsi və burada Xoapsi çayı yaxasında böyük çarın oturduğu və xəzinəsi olduğu Sus şəhəri yerləşir» (V.49).

    Qızıl-üzəni Araz adlandıran Herodota etiraz edən Strabon (s.500) bizi maraqlandıranmatien, armeni,mada boylarının adından yaranmış etnotoponimlər haqqında bunları yazır:

    «Ksanfın dediyinə görə, Artaksersin vaxtında elə möhkəm quraqlıq olub ki, çaylar, göllər və bulaqlar quruyub, onun özü dənizdən uzaq bir çox yerdə -Armeniya, Matienvə Friqiyada balıqqulağı şəklində daşlar görüb» (I.1. 4); «Madaəyaləti Matien””¦» (II.1. 14); «Eyni şey Madada Matien bölgəsində vəArmeniyada Sakasena və Araksena bölgələrində də mövcuddur»(XI.7. 2); «Girkanların o biri tərəfində derbiklər yaşayır, kadusilər isə Paraxoafr dağının ətəyində madamatienlərilə qonşudur» (XI.7.8); «Bu ölkə (Atropatena - F.A.) ArmeniyaMatiandan doğuda, BöyükMadadan batıda və hər iki ölkədən quzeydə yerləşir; güneydən Girkan dənizinin aşağı çıxıntısına və Matiana yaxınlaşır» (XI.13. 2); «Sonra deyirlər ki, əvvəllərkiçikölkəolanArmeniyaArtaksiy və Zariadrın apardığı müharibələr hesabına genişləndi» (XI.14. 5); «Armeniyada böyük göllər var. Biri Mantianaadlanır və tərcümədə göy(rəng) mənası verir. Belə deyirlər ki, bu göl Meotiddən sonra ən böyük duzlu göldür; Atropatiyaqədər uzanır» (XI.14.8).

    Mitan (matian, matien, moytan) boyları haqqında deyilənlərdən bu nəticəni əldə etmək olur ki, onlar m.ö. II minilin ortalarında İkiçayarısının quzey-batısında qafqazdilli hurrilərin dövlət qurmasına yardım etmiş və bu dövlət Mitani adı daşımışdır; Bu dövlətin etnik dayağı olan subar (mitan) - hurri boyları quzey-batı Suriyadan tutmuş, doğuda Dəclə yaxasınacan (Kərkük bölgəsi) müxtəlif lokal məntəqədə məskunlaşmışlar; mitan-ermən boyları da saqa-qamər boyları kimi eyni xalqın daxili soybölgüsü olub, miladdan öncəki tarixi bəlgələrdə daima bir-birinə qonşu ərazidə qeydə alınmışlar; Mitan dövləti dağılandan sonra zaman-zaman onların bir qismi Kiçik Asiyaya, bir qismi də Azərbaycan və Orta Asiyaya köçmüşlər; Artıq Herodotun dövrundə (m.ö. V əsr) mitan-ermən boyları İç və Döğu Anadoluda, Urmu gölünün dörd tərəfini əhatə edən hövzədə görünür, Strabonun vaxtında (m.ö. I - m.s. I əsrlər) Armeniyanın doğusunda və Atropatenin batısındakı Matien bölgəsi Mada ölkəsinin əyaləti adlanır; Sonrakı minilliklərdə də mitanboyları türk xalqlarının (özbək, qaraqalpaq) bir boyu kimi xatırlanır.

    Subar (mitan) boylarından bir tirənin adı olan ermənetnonimi təkcə qədim Anadolu və Azərbaycanda deyil, Orta Asiya və hətta Baykal gölünün arxasındakı «Ermandağları»na qədər yayılmışdır və buralarda Erman qışlağı (Özbəkistanda), Erimen dağı (Qazaxstanda) kimi onlarla toponim işlənir. Ermən tayfalarından Güney Azərbaycan üzərindən Sibir tərəfə gedənlər olduğu kimi, Azərbaycanın quzeyindən Qafqaz dağlarının o tərəfinə keçənlər də olmuşdur. Azərbaycandan quzeyə olan (Dar-Yol, Dəmir-Qapı) keçid yolları belə bəlgələrin izini OsetiyadaErman toponimində və Samur çayının deltasında Armen-kalaadlı qədim kiçik bir qalanın adında saxlayır. Vedidə qədim Ərmikkəndi ermi//ərmi boyunun izini saxladığı kimi, erminadlı başqort boyu da qədim erməni etnonimini yaşadır. Azaq yaxasından indiki Bolqarıstana gedib dövlət quran Tuna bulqarlarıın bir boyu da ermiadlanırdı və oradakı Ermenli türk kəndinin adı 1934-ə qədər yaşadı, sonra Draqaş-voyvoda adı ilə dəyişdirildi.

    Tarixdən bəllidir ki, güney Rusiya çöllərinə m.ö.VIII əsrdən saqa boyları ilə başlanıb, m.s. XII əsrə qədər davam edən hun, bulqar, subar, xəzər və kuman-qıpçaq boylarının köçü və burada zaman-zaman qurulan dövlətlərin tarixi aşağı-yuxarı 2 min illik bir dövrü əhatə edir. Tuna bulqarlarında olduğu kimi, saqa boyları içində də armini etnoniminə rast gəlmək olur. Buradakı saqa çarı Skilur öləndən sonra Olviya şəhərinin ətrafında oturmuş armeni boyundan olan döyüşçülər bu şəhərin köməyinə gəlir. ”Armenioxçuları”ifadəsi buradan tapılan yazıda da qalmışdır (52, 53). Burada miladdan sonrakı ilk illərdə doğu german (ostqot) boylarından herusk tayfasının başçısı Arminiy adlanırdı, 375-də hunlar tərəfindən öldürülən Erman-arixdə doğu-qot boyunun başçısı idi. Göründüyü kimi, Qara dənizin yuxarı yaxalarında türk və doğu-german boyları içində armeni// erman//ermi//ermenadlı etnonimlərin izi vardır. Ümumiyyətlə, german-saqa kontaktı Doğu Avropada german-hun çağından xeyli əvvəl olmuş və bu tayfalar Krım tərəflərdə bir neçə əsr qonşu və iç-içə yaşamışlar. Ona görə də, bəzi söz və morfemlərin german və türk dillərində eyni formada işlənməsi və eyni mənanı daşıması təəccüblü görünməməlidir. Hər iki dildə işlənən -manşəkilçisi də belə morfemlərdəndir.

    Türk dillərində bu morfemlə əlamət bildirən sifətlər (qocaman, azman, şişman) yarandığı kimi, etnonimlər də (kuman, karaman, türkmən) yaranır. Tərkibində bu şəkilçi olan tirmen etnonimindən danışan Bizanslı Stefan (V əsr) tirmenlərin saqa (skit) boylarından olduğunu və bu adın «qovulmuş» mənası bildirdiyini qeyd edir (53, 174). Doğrudan da, qədim azər dilində işlənmiş it- (itələmək) feilindən düzələn itir- (kənar etmək) sözü -menşəkilçisi ilə işlənəndə «qovulmuş» mənası verən itirmen > tirmen etnonimi yaranır.

    Beləliklə, Xəzər ətrafında dolaşan istər saqa, subar, bulqar, istərsə də azər və ya türkmən boyları içindəarman, ermen, karaman, tirmen, türkmen tipli etnonimlərin yaranmasına imkan açan dil zəmini vardır. Etnoformant statusu qazanan -men şəkilçisi zaman keçdikcə mən əvəzliyi anlamına köklənir, artıq qazaxlarda soyadı olan türkpenmodeli ilə yaranan etnonim türkmənmodelindən fərqlənmir. Həm də nəzərə alaq ki, proto-türk çağında mən əvəzliyinin özü də me+n modeli ilə formalaşmışdır. Haqqında danışdığımız ermən adı da ar//er//ər («kişi») və man//men// mən etnoformantı ilə yaranmışdır və bugün də ermin şəklində başqort-türk elində işlənməkdədir (57, 60).

    Bura qədər deyilənlər ermən adının qədim çağlarda türk dili modeli ilə türk boylarının adı kimi yarandığını, Anadoludan Baykal gölünə qədər, Urmu gölündən Azaq dənizinə qədər müxtəlif bölgələrdə türk toplumu içində göründüyünü ortaya qoyur. Yuxarıda yarımçıq qoyduğumuz Armi bölgəsi və onun əsasında yaranan Armini ölkəsi söhbətinə qayıdaq. Mitan dövləti dağılandan sonra İkiçayarasının quzey bölgələrində ortaya çıxan ayrı-ayrı dərəbəyliklərdən biri də Arme bölgəsi idi.

    Miladdan öncə II minilin sonları və I minilin əvvəllərində yuxarı İkiçayarası ərazilərə aramey boylarının axını başlayır

    və indiki Suriyanın quzey bölgələrində yerləşən bu boylarla bağlı asur mənbələrindəKURAreme, matArame, KURAramu kimi yeradları və aramaiaaxlamaia kimi etnonimlər işlək sözlərə çevrilir
    (AVİİU, №18; №28).. Bu adların sami dilli arameylərə aid olması şübhə doğurmur, lakin bütün bu adlar o çağlarda Kaşiyar dağlarının ətəklərinəcən yayılsa da, Diyarbakır sınırına gəlib çatmır. Bizi maraqlandıran Arme bölgəsi isə Diyarbakırdan quzeydə, Murad-suyun güneyində və Subar bəyliyinin batısında yerləşirdi. Burada arameylər deyil, Mitanni dövründən qalan subar-hurri boyları yaşayırdı, ölkə də onların armi etnonimi ilə urartu yazılarında Arme, asur mətnlərində isə Arimeadlanırdı və çox guman ki, hələ arameylərdən min il qabaq Ebla sənədləri bu Arme ölkəsindən bəhs etmişdir. Sonralar Tuna bulqarları içində gördüyümüz həmin armi(ermi) boyadının və Azaq dənizi-Sibir-Azərbaycan üçbucağı daxilində nəzərdən keçirdiyimiz onlarla digər etnonim və toponimlərin sami-aramey boylarına qətiyən dəxli yoxdur. Bunu da qeyd edək ki, həmin çağlarda urartu çar sülaləsində rast gəldiyimiz Erimen,Aramu//Aramaadlarının da aramey boyu ilə əlaqəsi yoxdur. Arme ölkəsində axan Zebene-su çayının qədim adı Subna(t) idi və hər iki formanın müqayisəsi Sub-Ana praformasını ortaya çıxarır, sonrakı psevdo-erməni yazıları bu bölgədə Türk (Tork) adlı tanrı tapınağı olmasından da məlumat verir.

    Vaxtaşırı asur-urartu hücumlarına məruz qalan Arme bölgəsi zəif olduğundan tədricən asurlara tabe olan əyalətə çevrildi. Lakin onların doğu tərəfində olan kiçik Subar bəyliyi 673-cü ilə qədər müstəqilliyini qoruya bildi. Həmin tarixdən asurlar tərəfindən darmadağın edilən Subar bəyliyinin yerində asurların iki canişinliyi yarandı və Arme bölgəsi də batı əyalətin tərkibinə salındı. Hər iki əyalət təxminən indiki Muş-Bitlis-Diyarbakır-Xəzər gölü arasındakı ərazini əhatə edirdi və o çağlarda burada əsasən urmu, subar, armi boyları yaşayırdı, armilərdən yuxarıda Bingöl tərəfdə qaşqaylar vardı. Bu türk boyları içində Mitan dövləti çağından hurri boyları da qalmışdı. Asur dövləti dağılana qədər yarım əsr ərzində bu əyalətdə bəzi tarixi olaylar yaşandı.

    Quzey-doğudan gələn saqa-qamər boyları Urartu dövlətini Van yaxalarına sıxışdırıb taqətdən salmışdı, onlar Asur dövlətini də Mana sınırlarından qorxu altında saxlayırdı. Bu durumda saqa bəyi Partatu ilə müttəfiq olmağa nail olan asurlar Asur dövlətinin dağılma müddətini xeyli uzada bildilər və qazanılmış vaxtdan səmərəli istifadə etməyə çalışdılar. Belə ki, dalbadal Mana və Mada ərazilərindən əli çıxan asurlar darmadağın etdikləri Subar ölkəsini möhkəmlətmək üçün Arme bölgəsini də bura qatıb iki böyük əyalət düzəltdilər, əhalinin etnik tərkibini dəyişmə siyasəti aparıb, quzey-batı Suriya və güney Friqiya bölgələrindən gətirdikləri aramey, muşk və sair tayfaları burada yerləşdirdilər. Bu əsirlərin içində hay tayfaları da ola bilərdi, çünki sonrakı hay-erməni mənbələri buradakı yerləşmə barədə məlumat verir. Buradan quzeyə çəkilən subar, mitan-armi və urmu tayfaları isə saqa-qamərlərlə qovuşub yeni qüvvəyə çevrildi və əvvəllər Urartu əyaləti olan bu ərazidə, Fərat çayının yuxarı axarında VII əsrin sonunda yeni kiçik Ermen(tarixi Ərməniyə) bölgəsi yarandı. Bu bölgənin döyüşçüləri Asur dövlətinə qarşı 615-də başlanan böyük müharibədə mada ordusuna qoşuldu və Mada çarı Kiaksar Asur dövlətini dağıdandan sonra Ermən bölgəsini müttəfiq ölkə kimi nisbətən müstəqil bəylik statusunda Mada vilayətinə çevirdi və saqa boyundan Parur bəyi bura hökmdar (canişin) təyin etdi. Beləliklə, ilk «Ermən çarlığı» 612-də əhalisi əsasən türk (armi-mitan, urmu, qaşqay, subar, saqa-qamər) və hurri-urartu boylarından ibarət olan bu Mada əyalətində yarandı. Xristianlığın yayıldığı çağlarda bu bölgəyə sızan azsaylı hay tayfaları da sonralar buranın əhalisinə çevrildi.

    Fərat çayının yuxarı axarı olan Murad-suyun yaxaları ilə Van gölünün quzey-batı tərəfində yerləşən Ermən bölgəsi Mada dövlətindən sonra Pers (Əhəməni) dövlətinin əyalətinə, sonra Makedoniya-Selevki, sonra indiki Türkmənistandan gələn Ərsaqlar, sonra Rum-Bizans və İran (Sasani), sonra Xilafət, daha sonra Səlcuq və XX əsrin əvvəlinə qədər Osmanlı imperiyasının, sonra da bugünə qədər Türkiyə dövlətinin ərazisi olmuşdur. Adı çəkilən dövlət və imperiya hökmdarları bura təyin etdikləri satrap və ya canişinlərə bəzən qonşu bölgə və ölkələrin də idarəçiliyini verirdi. Bu da müəyyən çağlarda Ermən ölkəsinin etnik baxımdan deyil, siyasi-inzibati ərazi baxımından geniş əraziləri ehtiva edən ölkə (canişinlik) statusu ilə tanınmasına səbəb olurdu. «Böyük Ərməniyə» ifadəsi də belə yaranmışdır.

    Buradakı Ərmən ölkəsinin adı yuxarıda nəzərdən keçirdiyimiz digər etnonimlər kimi ər+mən modeli ilə yaranmışdır, lakin burada subarların mitan-armiboylarının da olduğunu nəzərə alsaq, həmin etnonimin urartu dili vasitəsilə yaranmasını da istisna etmək olmaz. Çünki türk dillərində olduğu kimi, urartu dilində də Armi yeradından armini(«armili») etnonimi düzələ bilir. Belə ki, urartular da heç vaxt özlərinəurartudeməmişlər və Van gölünün qədim adı Bia sözündən öz adları olan biainə(Bia-inə)etnonimini və ölkənin adını (Biainə=Urartu) düzəltmişlər. Lakin hurri-urartu dillərində etnonimlər daha çox -na//-şəkilçisi ilə deyil, -ğe(lullağe) şəkilçisi ilə verilir. Hər iki halda subar boylarından olan mitan-armilərin adı ilə bağlı yaranmış armini adının haylara dəxli yoxdur və burada akad.İ.Meşşaninovun erimentermini barədə dediyi fikri bir daha yada salaq:

    «Termin bıtuet na mestnoy poçve zadolqo do nauçno ustanovlivaemoqo vtorjeniə armən» (47)

    .
    Bura qədər deyilənlərə bunu da əlavə edək ki, I Dara Büsutun qayasına həkk etdirdiyi üçdilli yazıdaArminiyəUrartu ölkəadları sinonim işlənir. Həmin yazıda Babildə üsyana başçılıq edən erməninin adı da Araka//Uraka şəklində verilmişdir, bu da 1640-da gəlib kumuq bölgələrinə yerləşən noqayların xanıUraka ilə adaşdır (59, 278). Nəhayət, bugün də mitanermən(ermin) boylarının türk xalqları içində olması faktı qədim ermən xalqının mənşəyini açıq göstərir.

    Beləliklə, Büsutun yazısında üsyançı armini Araka adlanırsa, Arminiölkəsinə pers Vaumislə Dadarşişadlı bir armini göndərilirsə, Daranın mirzəsi ölkənin adını elam, pers dilində Armini, akkad dilində Upaştu(Urartu) şəklində yazırsa və bu ənənə bir neçə əsr davam edirsə, əgər Nizami Gəncəvi Məhinbanunun dili ilə yaylağı Ərməndağlarıolan Şirinə «biz Əfrasiyab soyundanıq» deyirsə, bugün ermin adını başqort boyu daşıyırsa, bütün bu adlar psevdo-erməni haylara deyil, subar, saqa, azər və başqa türk boylarına aiddir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ermeniler Kimdir? - Ermeni Yoksa Hay ?

          Kategori: Ermeni Sorunu

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 48

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş