Kullanıcı Tag Listesi

İrəvan dövləti yarandı - Rəsmi Bəyannamə https://ovqat.com/uploads/posts/2020-05/1589116682_qrbi.jpg Dünən BAO-nın (Bütöv Azərbaycan Ocaqları) təşkilatçılığı ilə keçirilən videokonfransda ””””Mühacirətdə Qərbi Azərbaycan (İrəvan)”””” hökümətinin yaradılması ilə bağlı təşəbbüs irəli sürülüb. Ovqat.com-a bu barədə məlumat BAO tərəfindən verilib. https://ovqat.com/uploads/posts/2020-05/1589116616_irvan.jpg

Bu konu 332 kez görüntülendi 0 yorum aldı ...
İrəvan dövləti yarandı - Rəsmi Bəyannamə 332 Reviews

    Konuyu değerlendir: İrəvan dövləti yarandı - Rəsmi Bəyannamə

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 332 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    9.816
    Beğendikleri
    582
    Beğenileri
    103
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart İrəvan dövləti yarandı - Rəsmi Bəyannamə

    İrəvan dövləti yarandı - Rəsmi Bəyannamə



    Dünən BAO-nın (Bütöv Azərbaycan Ocaqları) təşkilatçılığı ilə keçirilən videokonfransda ””””Mühacirətdə Qərbi Azərbaycan (İrəvan)”””” hökümətinin yaradılması ilə bağlı təşəbbüs irəli sürülüb.

    Ovqat.com-a bu barədə məlumat BAO tərəfindən verilib.



    Məlumata görə,Konfransda BAO-nın sədri Zahir Əlisoy, İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev, ziyalılar Qafar Çaxmaqlı, Cəmşid Dərələyəzli, Muxtar Oxçuoğlu, tarixçi araşdırmaçı Şahlar Haciyev və daha bir neçə nəfər iştirak etmişdir. Konfrans iştirakçıları qərara alıblar ki, ilk öncə Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövləti MİLLİ ŞURASI yaradılsın, sonrakı mərhələdə isə respublikanın Milli Məclisi seçilsin və höküməti formalaşdırılsın.

    Konfransın sonunda 14 bənddən ibarət bəyannamə qəbul edilmişdir:




    [*]Ədalətə söykənən demokratik bir sistem qurmağa sadiq bir xalq olaraq biz Qərbi Azərbaycan kökənli insanların bir dövlətə sahib olmaq haqqı vardır.

    [*] Bu dövlət Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövləti adlanacaqdır.

    [*]Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövlətinin paytaxtı İrəvan şəhəri olacaqdır.

    [*]Bu dövlətin Məclisi, Höküməti və digər orqanları seçilənədək idarəedici orqan Qərbi Azərbaycan (İrəvan) Milli Şurasıdır. Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövləti adına danışmaq hüququ Milli Şuranın müstəsna hüququdur. Milli Şura bütün vətəndaşların azadlığına və onlar arasındakı bərabərliyə zəmanət verir.

    [*]Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövlətinin bayrağı, gerbi və dövlət himni olacaqdır.

    [*]Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövlətinin Konstitusiyası olacaqdır.

    [*]Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövlətinin qarantı onun xalqıdır: bu gün sürgündə vətən həsrəti yaşayan dünyanın müxtəlif yerlərində mühacirətdə olan Qərbi Azərbaycan kökənli türklər, kürdlər, ruslar, molakanlar, qreklər, aysorular və b.

    [*]Beynəlxalq hüquq prinsiplərinə görə, Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövləti müstəqil xarici siyasət yürüdür. Digər dövlətlərlə birbaşa əlaqələr qurur, beynəlxalq təşkilatların fəaliyyətində iştirak edir.

    [*]Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövlətinin milli sərvəti - onun xalqı, torpaqları, yeraltı və yerüstü sərvətləri, iqtisadi, intellektual və mədəni potensialı - millətin özünə məxsusdur. Onların istifadəsi və mülkiyyəti Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövlətinin qanunları ilə tənzimlənəcəkdir.

    [*]Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövlətinin lazım gələrsə, öz valyutasını, milli bankını, öz idxal-ixrac sistemini, müxtəlif mülkiyyət növlərinə əsaslanan vergi və digər xidmətlərini yarada bilər.

    [*]Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövlətinin Milli Şurası, qanunverici, icra və məhkəmə orqanlarının fəaliyyətinə geniş meydan açır, söz, mətbuat və vicdan azadlığına zəmanət verir.

    [*]Milli Şura, Azərbaycan dilinin həyatın bütün sahələrində dövlət dili kimi istifadəsinə zəmanət verir. Milli Şura öz təhsil sistemini və elmi və mədəni inkişafının əsaslarını yaradacaqdır.

    [*]Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövləti ölkənin sərhədləri içində ayrı-ayrı illərdə xalqımıza qarşı edilən söyqırımı siyasətinə siyasi və hüquqi qiymət verəcək, günahkarların mühakimə edilməsinə çalışacaqdır

    [*]Bu bəyannamə Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövlətinin Konstitusiyasının yaradılması üçün əsasdır".


    Videokonfransla bu linkdən tanış ola bilərsiniz.





    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: İrəvan dövləti yarandı - Rəsmi Bəyannamə

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 332

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş