Tüpürdümsə yalamaram.
Od üstə od qalamaram,
Bir qab yala ulamaram,
Sözüm sözdür,təkrarsızdır,
Tüpürdümsə yalamaram.
Addım addım gəzin məni,
Vurun,qırın,əzin məni,
Lap belədə istəyirsiz,
Kurşunlara düzün məni.
Yanmayacam odunuzla,
Sönməyəcəm suyunuzla,
Sona qədər savaşacam,
Əcdadınız,soyunuzla.
Tüpürdümsə yalamaram.
İ.Səlim.