Padrazı Şirnisi (tatlısı)
Padrazı Şirnisi (tatlısı)
Bu şirni Güney Azərbaycanın Qəzvin şəhərinin qədim və yerli şirnilərindən sayılır.
Lazım olanlar:
250 qram Kərə yağı (tereyağı),
125 qram Buğda Unu,
150 qram Noxud Unu (nohut unu),
125 qram Düyü Unu (pirinç unu),
150 qram Şəkər tozu,
¼ çay qaşığı Hel (Hil tozu-Kakule tozu),
1 dənə Yumurta.
Üzərinə sürtmək üçün lazım olanlar:
1/2 çay qaşığı Zəfəran,
1 dənə Yumurta sarısı,
lazım olan qədər Küncüt (Susam).
Hazırlanması:
Bir qabda yağı və toz-şəkəri mikserlə, krem rəngi alana qədər qarışdırırıq.
Hel (Hıl) və yumurtaların birini artırıb yenə də qarışdırmağa davam edirik.
Başqa bir qabda unumuzu qarışdırıb sonra, qarışıma artırarıq.
Əldə edildiyimiz xəmiri 7-8 saat bir kənarda gözlədirik.
Hazırlanmış xəmirdən az - az götürüb 0.5 sm qalınlığında açırıq və sonra hazırladığımız qəlib ilə şəkil veririk.
Fırın qabının içinə, yağlı kağızı sərdikdən sonra hazırladığımız şirniləri içinə düzürük.
Yumurta sarısı və zəfəranı çəngəllə qarışdırıb üzərlərinə (səthinə) çörtkələ (fırçayla) çəkin, sonra isə küncüt səpin.
Fırını 150 °C - dək qızdırın.
Şirniləri (tatıları) fırının orta hissəsində 15-20 dəqiqə ərzində, və yaxud üstləri yaxşı qızaranadək bişirin.
“Nuş olsun”