Köməç (komaş) çöreyi
Köməç (komaş) çöreyi
gömeç.Qədim(eski) zamanda külə quylanaraq pişirilən girdə, şişik kökə, əkmək.
göməç. köməç (< gömmək).
Lanzım olanlar:
500 qram un (yumşaq xəmır alınana qədər un)
7 qram duz
140 qram tozşəkər (1 fincan)
90 qram kərə yağı- otaq istiliyində
8 qram valinin şəkeri (2 yemək qaşığı)
30 qram yumurta sarısı(2 dənə)
40 qram yaş Maya
215 qram ilıq süd
Üstünə Yumurta sarısı,Süd ve küncüt(və ya doğranmış badam).
Hazırlanması:
Əvvəlcə bir qabda mayanı 1çay qaşığı şəkər tozu biraz da ilıq su artırıb qarışdırırıq isti bir yerdə 15 dəygə acımağın gözləyirik biraz keçdikdən sonra şəkildəki kimi olmalıdır
Sonra isə unun ortasına mayalı qarışığı, südü, yumurta və kərə yağını artırın 10 dəqiqə əldə edilmiş xəmir yoğurun.
Alınan xəmir çox bərk olmamalı, amma eyni zamanda da ələ yapışmamalıdır.
Xəmiri 30 dəqiqə (yarım saat) dəsmalla sarıb isti yerdə acımağın gözlədirik.
Xəmirdən istədiyimiz formalar düzəldib İri fırın qabına yağlı kağızı sərin ya da yağlayın.
Çörəkləri fırın qabına yerləşdirin. Üstlərini çay dəsmalı ilə örtüb qalxmaları üçün 40 dəqiqə isti bir yerdə kənara qoyun acısın.
Acıdıqdan sonra xəmiri şəkildəki kimi hörürük,üzərinə Yumurta ve südü çəngəllə qarışdırıb çörəklərin üstünə (səthinə) çörtkələ çəkin.
Sonra isə küncüt səpin və ya badam dilimləri
Fırını 180 °C 190 °C dərəcə dək qızdırın.
Çörəkləri fırının orta hissəsində 28-30 dəqiqə ərzində, və yaxud üstləri yaxşı qızaranadək bişirin.
Deməliyik fırının içinə bir çanaqda su ,fırının içəri havası nəmləsin diyə qoyarıq.
Çörəklərin pişməsi fırının istiliyinə bağlıdır və sürəkli çörəklərin alt hissəsini (kısmını) yanmasın diyə kontorol edərik.
köməçlər hazır,sevdiyimiz qaba düzərik...
Nuş olsun!