Kələm Aşı (Yırtıxlı) - Lahana Aşı Kələm Aşı (Yırtıxlı) http://2.bp.blogspot.com/-ftOOYeTfiAA/VEZXnPEdWBI/AAAAAAAABHs/T6RUvh3YZYk/s1600/kelem2%2B011.JPG Kələm Aşı (Yırtıxlı) - Lahana Aşı Bu aş Güney Azərbaycanın Urmu şəhərinə aid olan yeməkdir. Kələm aşı (sorba) haqda kiçik açıqlama: bu aş Urmunun yerli yeməklərindən biridir ki, adına Yırtıxlı aş da deyilir. Urmulular bu yeməyi çox bişirərlər və onun dadını çox sevirlər.

Bu konu 1992 kez görüntülendi 0 yorum aldı ...
Kələm Aşı (Yırtıxlı) - Lahana Aşı 1992 Reviews

    Konuyu değerlendir: Kələm Aşı (Yırtıxlı) - Lahana Aşı

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1992 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    127
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Kələm Aşı (Yırtıxlı) - Lahana Aşı

    Kələm Aşı (Yırtıxlı) - Lahana Aşı


    Kələm Aşı (Yırtıxlı)



    Kələm Aşı (Yırtıxlı) - Lahana Aşı
    Bu aş Güney Azərbaycanın Urmu şəhərinə aid olan yeməkdir.
    Kələm aşı (sorba) haqda kiçik açıqlama: bu aş Urmunun yerli yeməklərindən biridir ki, adına Yırtıxlı aş da deyilir. Urmulular bu yeməyi çox bişirərlər və onun dadını çox sevirlər.

    4 nəfərlik Kələm Aşı üçün :
    Lazım olanlar:

    500 qram doğranmış yarpaq (ağ Kələm),
    80 qram(yarım fincan) Yarma (Bulgur),
    70 qram (yarım fincan) düyü (pirinç),
    1baş Soğan,
    150 qram (1fincan)qırmızı lobiyə (kırmızı fasulye),
    80 qram (yarım fincan)Noxud,
    2 yemək qaşığı Rubb (tomat-salça),
    50 qram doğranmış nanə (nane),
    200 qram doğranmış cəfəri (maydanos) (istəyə görə keşniş də işlədə bilərsiniz),
    lazım olan qədər -sarıkök , duz, istiot və qırmızı bibər tozu, qora suyu (Koruk suyu),
    Yağ və su.

    Bəzək üçün:
    3 baş qızardılmış soğan (bir fincan),
    2 yemək qaşığıquru nanə, sarıkök

    Hazırlanması:



    Bir gecə öncədən noxud və lobiyə suda isladılır .
    Aşı hazırlamak için hər şeydən öncə hazırladığımız noxud, lobiyə suda pişirərik.


    Bu arada yarmanı və düyünü ayrı qablarda 1-2 saat öncədən suda isladarıq



    Soğanı incə (narin) doğrayıb,bir qazanda yağda qızardarıq, Soğan qızarandan sonra Rubbu (tomat-salça),istiot və sarıkökü artırırıq (əlavə edərik).



    Qazana 8-9 bardaq su töküb,yarmanı artırıb (əlavə edib) suyun qaynamasını gözləyirik (qazanın qapağın bağlamayın ki, daşmasın).




    Yarma bişəndən sonra yarpaq kələmi və düyü artırın (əlavə edin) və birgə bişməyini gözləyin.




    Bir az özünü tutsun deyə bişmiş Qırmızı lobyanı,Noxudu,Qora suyunu (Koruk suyu) artırırıq (əlavə edərik).Qora suyunu (Koruk suyunu) artırmaq zövqə bağlıdır.



    Aş qatılaşmağa başlayanda göyərtiləri tökün.
    Duz və bibəri də zövqünüzə görə tökün.



    sonra aşınızı kasaya tökün və qızardılmış soğan və nəna ilə sarıköklə birlikdə üzərini bəzəyin.
    “Nuş olsun”






    *Not: Qora suyu yerinə sumaq işlədə bilərsiniz. Toz sumaq və ya bütün sumaq. Bütün Sumağı yuvun, sonra qaynar su ilə əzib suyunu süzkeçdən keçirib qora suyu yerinə işlədə bilərik.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Kələm Aşı (Yırtıxlı) - Lahana Aşı

          Kategori: Azerbaycan Mutfağı

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 1992

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş