Yerkökü Qayqanağı http://1.bp.blogspot.com/-ENVoKnCUCXE/VEutQ6wk3KI/AAAAAAAABJk/wnreg6Md65M/s1600/qay003.jpg Yerkökü Qayqanağı (Keşir-Havuç omleti ) Qayqanağın Güney Azərbaycan süfrələrində bambaşqa yeri vardır, Belə demək olar ki, hər bir Türk Güney Azərbaycan xanımının qoçaqlığı və bacarığı ilə dadlı və ləziz yeməklər və qayqanaqlar hazırlanır. Güney Azərbaycanda Qayqanaq çox qədim desert ailəsindən sayılır və hər bir Güneyli türk xanım heç olmazsa bir çeşit qayqanağı

Bu konu 1568 kez görüntülendi 0 yorum aldı ...
Yerkökü Qayqanağı 1568 Reviews

    Konuyu değerlendir: Yerkökü Qayqanağı

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1568 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    127
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Yerkökü Qayqanağı

    Yerkökü Qayqanağı






    Yerkökü Qayqanağı (Keşir-Havuç omleti )
    Qayqanağın Güney Azərbaycan süfrələrində bambaşqa yeri vardır, Belə demək olar ki, hər bir Türk Güney Azərbaycan xanımının qoçaqlığı və bacarığı ilə dadlı və ləziz yeməklər və qayqanaqlar hazırlanır. Güney Azərbaycanda Qayqanaq çox qədim desert ailəsindən sayılır və hər bir Güneyli türk xanım heç olmazsa bir çeşit qayqanağı bişirməyi bacarır.
    Amma nə yazıq ki qayqanağın yerini yeni gələn deserlər alıblar. Biz kəsinliklə yeniləşmə və gəlişməyə qarşı deyilik, öz yeməklərimizin yanında başqa yeməkləri öyrənib ,bişirib və dadmaq çox gözəl və doğru bir işdir,ama öz yeməklərimizi unutmamaq şərtilə.

    Lazım olanlar:

    5 dənə Yerkökü (Keşir-Havuç),
    5 dolu yemək qaşığı Un,
    5 ədəd Yumurta,
    3 yemək qaşığı Dəmlənmiş Zəfəran,
    5 yemək qaşığı Toz şəkər ,
    1bardaq döyülmüş ceviz (girdəkan-qoz),
    2 yemək qaşığı Qızılgül tozu,
    1çay qaşığı Darçın tozu,
    ½ çay qaşığı Hel tozu (Hil tozu - kakule tozu),
    ½ çay qaşığı Zəncəfil (Zencefil),
    ½ çay qaşığı qabartma tozu (kabartma tozu) və qızartmaq üçün lazım olan qədər yağ.

    *Not: Hər bir yerköküyə, 1qaşıq un və 1qaşıq toz şəkər nəzərdə tutulur və başqa ölçüləri də istəyə görə özünüz dəyişə bilərsiniz.

    Qayqanağın şərbəti üçün lazım olanlar: 1bardaq Toz şəkər ,
    1bardaq Su,
    ½ çay qaşığı Quru Zəfəran,
    Istəyə bağlı Gülsuyu.

    Hazırlanması:


    Öncəlik şərbət üçün olan məlzəmələri qarışdırıb ocağın üstünə qoyub şirəsi bir az qatılaşana kimi qaynadırıq.



    Yerköküləri soyub, rəndənin (sürtgəcin) narın (ince) gözü ilə rəndələrik. (yerkökü rəndələyən zaman su verir, o üzdən rəndədən sonra suyunu yaxşı sıxırıq).



    Yumurtaları bir - bir qırıb yerköküyə artırıb qarışdırırıq, bir az qarışdırdıqdan sonra un və dəmlənmiş zəfəranı artırıb yenə qarışdırırıq.


    Döyülmüş cevizi ,darçını, qızılgülü və zəncəfil tozunu qarışdırırıq.







    Uca duvarlı (hündür) tava seçib yağı tökürik. əldə etdiyimiz qarışığın yarısını tavaya tökürük və qayqanaq sonrakı bölümlərdə açılmasın diyə qaşığın arxası ilə onu basırıq, hazırladığımız ceviz qarışığını üstünə səpirik, sonra qayqanağın qalan qarışımını da töküb üstünü safladarıq. Ocağın odunu (dercesini) normal şəkilə ayarlarıq.



    Qayqanağın alt üzü qızaqrdıqdan sonra,üst üzünüdə çevirib qızardarıq. İki üzü də qızardıqdan sonra tavanın içindəcə istədiyimiz şəkildə kəsərik (bölərik). Öncədən hazırladığımız şərbəti qayqanağın üstünə töküb normal odda qayqanaq şərbəti canına çəkənə qədər gözləyirik. (şərbət sərin yada ılıq olmalıdr).



    Qayqanaq hazırdır. Seçdiyimiz qaba çəkirik, bir az soyumağını gözləyib sevdiyimiz kimi bəzərik. “Nuş olsun”





    *Not: *Bu qayqanağın həm soyuğu və həm istisi yeməli olur. *Qayqanaq qarışımınız qatı olursa 1-2 qaşıq süt əlavə edərik. Bütün qayğanaqlarda ən önəmli şərt odur ki, qayğanaq isti olarsa üzərinə tökdüyümüz şərbət soyuq olmalıdır və ya əksinə soyuq qayğanağın üzərinə isti şərbət tökülməlidir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Yerkökü Qayqanağı

          Kategori: Azerbaycan Mutfağı

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 1568

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş