Çəhmə aşı (Təndir aşı)
"Çəhmə aşı (Təndir aşı)"
bu yemək Mərənd şəhrinə aid bir yeməkdir.
Çəhmə aşı Azərbaycanın qədim (əski) yeməklerindən
Çəhmə aşı (Təndir aşı) hazrılamaq üçün lazım olanlar:
350 qram Yarma (2 istəkan)
200 qram Düyü (1 istəkan)
50 qram əriştə (riştə - erişte) (0.5 istəkan)
3-4 istəkan Su
160 qram inçə doğranmış şüyüd,
160 qram inçə doğranmış Mərzə
160 qram inçə doğranmış Rehan
1 istəkan Çil lobyə (Mən Qaragöz lobyə işledim)
500 qram Qoyun əti (Zəvkə görə başqa çeşit ətlərdən də qullana bilərsiz),
250 qram alça,
250 qram Ərik qaxı (zövqə görə dəyişər),
2 baş soğan,
2 yemək qaşığı rub (tomat pastası- salça),
lazım olan miqdar sarı yağ və ya yemək yağı
dəmlənmiş zəfəran
lazım olan miqdar duz
Hazırlanması:
Zəfəranı dəmləyin
lobyələri yumuşalanadək pişirib, suyunu süzün ve kənara qoyun.
1 baş soğanı xırda doğrayıb duz töküb, yağda qovururuq.
Soğan rəngi qızıla çalana kimi ətlə qarışdırıb qovurun.Ət bişəndən sonra kənara qoyun.
Ayrı 1 baş soğanı doğrayıb və öncədən tavaya tökdüyünüz yağla rəngi qızıla çalana kimi qızardın və sonra rub (tomat pastası- salça) artırıb (əlavə edib) qarışdırın. Soğan qızardıqdan sonra öncədən bişirdiyiniz əti soğana artırıb (əlavə edib) və biraz qovurub kənara qoyun.
Bir qazana 3 istəkan suyu tökün içinə yarmanı artırın (əlavə edin) və bəkləyin bişsin.
Yarma bişənə yaxın düyünü, alça və ərik qaxın, qızartılmış soğan,lobyəni, bişmiş əti, inçə doğranmış göyü artırın (əlavə edin) və yaxşıca qarışdırın.
Yeməyin suyu çəkilənə yaxın əriştəni də artırın (əlave edin) və suyun tamamən çəkilməsin gözleyin.
Sonra öncədən dəmlədiyiniz zəfəranı yəməyin üstünə töküb və yeməyi dəmləyin.
Not :Bəziləri bu çəhmə aşını dəmə qoymur,
yani qoymur suyun hamısı çəkilsin və eləsi yeyir
Nuş olsun