Yerkökü xuruşu
Yerkökü (Kök) xuruşu (qarası)
Yerkökü (Kök) xuruşu hazrılamaq üçün lazım olanlar:
700 qram yerkökü (kök) (Havuç),
500 qram qoyun əti (toyux da olar) - orta tikələrə doğranmış (quşbaşı),
1 iri baş soğan, soyulmuş və incə doğranmış,
10 dənə albuxara (Qurudulmuş Buxara gavalısı) çəkirdəyini çıxardın
1-2 yemek qaşığı rub (tomat pastası- salça) ,
2 yemək qaşığı teze lumu(limon) suyu (və ya qora suyu),
1 çay qaşığı zəfəran teli - döyülmüş və 3 yemək qaşığı qaynar suda həll olunmuş,
1-2 Stəkan su və ya ət suyu,
duz.
qızartmaq üçün yağ.
Hazırlanması:
Əti orta tikələrə doğrayın (quşbaşı),
toyuq budu olsa doğramaq lazım deyil.
Əti bir qazana qoyub, qazana 2 stəkan su tökün. Əti qaynadın və içinin qırmızısı gedənədək suda bişirin. Bu müddət ərzində kəfini yığın.
Ətin suyunu süzüb bir kenara qoyun. Əti ayrı qaba qoyun.
Soğanı soyun və incə doğrayın.
Tavada (kənarları bir az hündür olsun) yağı qızdırıb soğanı bir az saralanadək qızardın.
Əti soğana əlavə edib,vam odda qarışdıra-qarışdıra bərabər qızardın (təxminən 20 dəqiqə) və kenara qoyun.
Yerkökleri soylub, 5 sm uzunluğunda üç yerə bölünür barmaq uzunluğunda(Cecele barmaq uzunluğunda), narın narın doğrayın.
Yerkökleri (kökleri) bir ayrı tavada qızıl rəngə düşenedek qızardın.
Üzərinə bişmiş et və albuxara (Qurudulmuş Buxara gavalısı) elave edilir.
1 yemək qaşığı rub (tomat pastasını- salça), demlenmiş zəfəran,lumu (limon) və ya qora suyu, bir stəkandan bir az çox ət suyunda həll edin,yerkökünün üzərinə tökün. Zövqə görə duz vurun.
Suyu çox olmamalıdır.bir az hamısı bir yerdə bişir, suyu çəkilib az qalır.
Bu xuruş plovun (düyü) üstündə yeyilir.
Nuş olsun