Kullanıcı Tag Listesi

Zanbaq süslü Ballı Tort (Keyk) https://1.bp.blogspot.com/-5-yGThIOdrg/U--xkJIiptI/AAAAAAAAAig/baeCmad4jFI/s1600/2%2B058.JPG Quzey Azərbayan Üsulu Ballı Tort (Keyk) Bu Tort (Keyk) olduqca ləzzətli olur. Ballı Tort (Keyk) reseptini Az Cookbook səhifəsindən götürmüşəm, lakin reseptdə dəyişiklik etdim. ADDIM 1 - Kremi hazırlayın Krem üçün lazım olanlar:

Bu konu 108 kez görüntülendi 0 yorum aldı ...
Zanbaq süslü Ballı Tort (Keyk) 108 Reviews

    Konuyu değerlendir: Zanbaq süslü Ballı Tort (Keyk)

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 108 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    9.773
    Beğendikleri
    21.918
    Beğenileri
    3.838
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Zanbaq süslü Ballı Tort (Keyk)

    Zanbaq süslü Ballı Tort (Keyk)



    Quzey Azərbayan Üsulu Ballı Tort (Keyk)
    Bu Tort (Keyk) olduqca ləzzətli olur.
    Ballı Tort (Keyk) reseptini Az Cookbook səhifəsindən götürmüşəm, lakin reseptdə dəyişiklik etdim.

    ADDIM 1 - Kremi hazırlayın
    Krem üçün lazım olanlar:
    500 ml süd
    200 qram şəkər tozu (1 stəkanı, mən yarım stekan işlədim)
    200 qram kərə yağı
    1 yemək qaşığı un
    1 paket vanil
    2 yemək qaşığı nişasta


    Kremin hazırlanması:






    300 ml südü, vanil və şəkəri qarışdırın və qazanda biraz qaynadın , sonra ocaqdan alın.









    Qalan 200 ml südə 2 yemək qaşığı nişasta və 1 yemək qaşığı unu əlavə edib yenidən qarışdırırın və qaynamış südə əlavə edin. Qarışdıraraq qaynadın.





    Qarışığı zəif xodda qatılaşanadək bişirin. Sonra soyumağa qoyun.





    Bir qabda 200 qram kərə yağını mikserlə ağaranadək çalın.





    Sonra isə biraz soyumuş, qatılaşmış südü yağın üstünə əlavə edib bir az da çalın. Çox çalmayın, yoxsa krem çürüyər. Kremi soyuducuya qoyun və xəmirin hazırlanmasına keçin.


    ADDIM 2 - Xəmiri hazırlayın

    Xəmiri hazrılamaq üçün lazım olanlar:
    3 yumurta
    200 qram şəkər tozu (1 stəkan)
    3 yemək qaşığı bal
    100 qram kərə yağı
    1 çay qaşığı soda
    540 qram un (3-3.5 - stəkan un)

    Hazırlanması





    Yumurta və şəkəri istiyə dayanıqlı bir kasaya və ya bir qazana qoyun və qarışdırın.
    Bunlara bal və kərə yağı əlavə edin.




    Ayrı qazanda su qaynadın.





    Yumurtalı kasanı və ya qazanı su qaynayan qazanın üstünə yerləşdirin.
    Su üstdəki qaba dəyməməlidir. Su qaynamağa davam etsin, siz isə dayanmadan üstdəki kasadakı qarışımı qarışdırın ki, ərisinlər. Təxminən 5 dəqiqə ərzində.







    Sonra qarışdırmağa davam edərək,
    bu qarişıma (kütləyə) sodanı da əlavə edin.Qarışım (Kütlə) bir qədər ağaracaq və qabaracaq. Təxminən yarım dəqiqə ərzində qarışdırıb kasanı oddan kənara çəkin.







    Qarışıma (Kütləyə) 3 stəkan unu az-az əlavə edərək qarışdırın. Xəmir bir qədər əlinizə yapışırsa, bu normaldır. Xəmir soyuduqdan sonra bərkiyir, odur ki, çox un qatmayın. Yox əgər xəmir soyuduqdan sonra belə çox yapışqan qalsa, onda qalan unu da əlavə edin, xəmiri çox bərkitməyin.





    Hazır xəmiri 5 hissəyə bölün.


    ADDIM 3 -Biskvit laylarını bişirin


    Fırını 190Cdək qızdırın. İri fırın qabını yaxşıca yağlayın.







    Kündələrdən birini fırın qabının ortasına qoyun.
    Barmaqlarınızla basaraq xəmiri 28 sm ölçüsü olan dairə şəklində yayın. Əgər xəmir barmaqlarınıza yapışırsa, onları una batırıb xəmiri yayın.
    Alınan dairə nazik alınacaq.
    Tortun (Keykin) üstünü və kənarlarını bəzəmək üçün sizə biskvit ovuntusu lazım olacaq.
    Bunun üçün yaydığınız xəmirin üstünə 10 sm ölçüsü olan qab qoyun və iti bıçaqla qabın kənarına çıxan xəmiri kəsin amma fırın qabınan çıxartmayın. Beləliklə kənarlar da dairəylə bərabər bişəcək.
    Bişdikdən sonra onları sadəcə olaraq fırın qabınan soyub çıxardacaq və ovacaqsınız.







    Layları bir-bir 4-5 dəqiqə ərzində, və yaxud üstləri bir az qızaranadək bişirin.
    Biskvitlər bir qədər qabaracaq. Fırın qabını sobadan çıxartdıqdan sonra, biskvitin altına spatulanı(bicak) gəzdirin ki, dibi zədələnmədən fırın qabınan qopsun.



    ADDIM 4 - Tortu hazırlayın





    Layların arasına bolluca krem çəkin.






    Tortun üstünə və kənarlarına da krem yaxın.






    Ovuntuları tortun üstünə və kənarlarına səpin. Bu mərhələdə tort yeməyə hazır deyil. Tortu kənarda otaq hərarətində ən azı 6 saat saxlayın ki, yumuşalsın.


    ADDIM 5 - Zanbaq çiçəyin hazırlanması:
    Zanbaq çiçəyini hazrılamaq üçün lazım olanlar:
    2 yumurta
    110 qram şəkər tozu (yarım stəkan)
    80 qram un (yarım stəkan)
    1 paket vanil
    1 çimdik duz
    1 çay qaşığı qabartma tozu

    üzəri üçün pudra şəkəri və limon (lumu) qabığı.







    Hamısını qarışdırıb krep (Crepe) qatılığında xəmir edirik






    fırın qabına yağlı kağız serib aralıqlı (fasiləli) olaraq 1 tatlı (şirini) qaşığı alıb az yayaraq yumrular edirik ... İsidilmiş fırında üzəri qabarıb az rəngi dönənə qədər 5-6 dəqiqə bişiririk və fırından çıxarırıq ..






    Fırınan çıxar çıxmaz istiykən alt guşələrindən möhkəmcə birleştiririk. Bu işlemi hələ istiykən etməliyik əks təqdirdə kənarlar soyuyunca yapışma işlemi gerçekleşmir (reallaşmır )... Əlimizdə qalan xəmirlə də eyni cür qaydada tekrarlayırıq. ..





    Soyuduqdan sonra pudra şəkəri səpib arasına limon (lumu) qabığından etdiyimiz zolaqları qoyaraq süslüyürük....









    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Zanbaq süslü Ballı Tort (Keyk)

          Kategori: Azerbaycan Mutfağı

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 108

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş