Güney Azərbaycan Xalxal (Halhal) Yeməklərindən- Bala batmaz (ballı qutab)
Güney Azərbaycan Xalxal (Halhal) Yeməklərindən- Bala batmaz (ballı qutab)
İçindəkilər:
Xəmir üçün:
Yumurta sarısı: 3 dənə
Qatıq(yoğurt): 150 gram
Un(Ələnmiş): 250 gram
Yağ: 150 gram
Qabartma tozu(kabartma tozu): dadlı (murabba) qaşığının beşdən biri
İçliği üçün:
ovulmuş cəviz: 150 gram
toz şəkər ( nisar): 150 gram
bal: 2 yemək qaşığı
Gül suyu (gülab): yarım fincan
Hel tozu(Hil-kakule): bir yemək qaşığı
Darçın tozu: bir yemək qaşığı
Mixək(karanfil) tozu: bir çay qaşığı
Duru bal (qutabı şirələndirmə üçün): 500 gram
hazırlanması:
Yumurta sarısı,Qatıq(yoğurt)vəYağ bir qaba töküb, qarıştırırıq.
Sonra unua Qabartma tozu(kabartma tozu)qarışdırıb,yavaş-yavaş məvaddın(karışımın) üzərinə əliməliyik. (o qədər ki xəmir ələ yapışmasın)
Xəmiri vərdənə(ve ya oklava) ilə 3 milimetr qalınlığında açıb, bir yuvarlaq qalib ilə 7 santimetr uzunluğunda qalibləyirik.
Sonra quta üçün içliki bir qabda iyicə qarıştırın.
Daha Sonra qalıb vurulmuş xəmirlərin ortasına bir qaşıq içlik məvaddan(karışımdan) qoyub, xəmiri şəkildəki kimi bükürük.
Ferin(fırın) sinisini (tepsisi) yağlayıb, qutablarımızı içinə düzüb, ferin orta qatında 220 dərəcədə 20 dəqiqə ( qutabların üzəri qızıl (altın) rəngi olanadək pişiririk.
Sonra duru balı bir qaba töküb, biraz ısındırırık.( bal qaynamamalıdır)
Daha sonra qutabları 2 dəqiqə balın içinə qoyub və çıxardıb, süzgəcə qoymalıyıq ki qutab canına çəkə bilmədiği bal süzülsün.
Qutab sovudukdan sonra yemeğe hazırdır.
Canınıza sinsin.