Güney Azərbaycan Təbriz Yeməklərindən - Zəfəranlı Lövüz -
Təbrizin qurabiyyəsindən sonra ikinci yerdə olan məşhur dadlısı (tatlısı -şirnisi)
İçindəkilər:
Badam: yarım kilo
Döyülmüş püstə(fıstık) (üzəri üçün): istədiğiniz qədər
Şərbət üçün gərəkənlər:
Nisar(şəkər): bir kilo
Gül suyu (gülab): bir fincan
Dəmlənmiş Zəfəran(safran): bir yemək qaşığı
Hazırlanması:
Bu dadlını (tatlını-şirninin) hazırlanmasında bizə badam tozu lazımdir, hazır badam tozu da əldə edə bilərsiniz Amma keyfiyyətli olması üçün badam tozunu özünüzün hazırlamağınızı tövsiyə edirim.
Badam tozu hazırlamaq üçün xam badamı İlk olaraq dağ qaynar suda 5 dəqiqə saxlayırıq və qabığını soyuruq qoyuruq qurumağa.
Bir gün gözləyib (qurumalı) sonra əzib (küftə maşınından) ələkdən keçirin. Badam tozu gərək çox yumşaq olsun və diş altinda hiss edilməsin.
Su və və gül suyunu (gülab) qarışdırın və lam ocaq üstə qoyun.
Sonra nisarı(şəkəri) artırıb, iyicə qariştırıb, qəvama qəlsini. Nisarı(şəkəri) və gül suyunu (gülab) qarışdırın və lam ocaq üzərində qalın şərbət olana qədər qaynadın.
Qəvama gəldikdən sonra ocaq üstündən götürüb, sovumasını bəkləməliyik.
Sonra çəxlənmiş(çekilmiş) badamları zəfəranla birlikdə məlzəməyə artırıb, yoğurmalıyıq.
Sonunda vərdənə ilə açıb üzərinə döyülmüş püstələri tökün.
Dövülmüş püstələri Lövüz üzərinə vərdənələyib, və istədiğimiz şəkildə qalib vururuk.
* Badamları çərxlədiğiniz zaman diqqətli olun ki badamlar yağ verməsin.