Güney Azərbaycan Təbriz (Tebriz)Yeməklərindən - Nazik datlısı (şirnisi-tatlısı)
Güney Azərbaycan Təbriz (Tebriz)Yeməklərindən - Nazik datlısı (şirnisi-tatlısı)
İçindəkilər:
Duru yağ (sıvı yağ): bardağın üçdən ikisi (150 mililitre)
Süt: bardağın üçdən ikisi (150 mililitre)
Yumurta: 2 dənə
Dəmlənmiş Zəfəran(safran): bir çay qaşığı
Düz: bir çimdik (bir tutam)
Acıtma (xəmir mayası): 12 gram(bir yemək qaşığı)
Un: 400 gram
Kərə (tereyağı): 150 gram
Üzəri üçün:
Dəmlənmiş zəfəran: bir yemək qaşığı
Çalıxlanmış(Çırpılmış) yumurta sarısı: bir dənə
şirin Xəmir(hamur) üçün:
Bərk(sert) yağ: 75 gram
Şəkər tozu(nisar): 80 gram
Yumurta: bir dənə
Vanil: yarım çay qaşığı
Hel (Hil-kakule) tozu: bir çay qaçığı
Un: 150 gram
Hazırlanması :
1)Duru yağ, süt, şəkər, yumurtalar, zəfəran, duz və acıtmanı bir qabda elektrik qarışdırıcıla (mikserlə) ilə çalırıq.
Sonra unu artırıb, qarıştırın.
Xəmiri yağlanmış bir kasaya qoyub, üzərini örtüb, iki qat acıtmasını gözləyəcəyik.
2) içli üçün dadlı (şirin-tatlı) xəmirin hazırlanması:
Yağ və toz şəkəri bir qaba töküb, elektrik qarışdırıcıla (mikserlə) ilə çalırıq. Sonra yumurta, vanıl və heli artırıb, qarıştırın. Daha sonra unu artırıb, qarıştırmalıyıq.
3)Bu arada kərəni rəndələyin.
Masa üstünə un səpib və iki santimetir qalınlığında açıb, kərəni üstünə tökün.
4)Xəmiri 4 vərindən kərənin üstünə bürküb, vərdənə ilə çalın ki kərə xəmir içində yumuşansın.
5)Bir daha xəmiri vərdələyin. Sonra bir santimetir qalınlığında vərdənə ilə açın. Daha sonra açıdığınız xəmiri 4 qat bürkün.
Xəmirin üstünü örtün.
15 dəqiqədən sonra xəmiri vərdənə ilə açıb, şirin xəmiri* ortasına qoyun. Sonra xəmiri bir daha 4 qat bürküb, vərdənə ilə açın. Xəmir 12 qata çatdıracayıq.
Daha sonra xəmiri bir santimetir böyünda açıb, çəngəl ilə üzərini dəlik-dəlik edib, yumurta sarısı ilə zəfəranı fırça ilə xəmirin üstünə sürtəcəyik.
Xəmiri 4*6 boyunda kəsib, ferin sinisinə( tepsisinə) düzün. Bir saat şirnilərimizi bəklədin.
Sonra istinmiş 180 dərəcədə olan ferin içində 25 dəqiqə pişməğə buraxın.
Təbrizin nazik şirnisi hazırdır.
Canınıza sinsin.
[Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]