Güney Azərbaycan Salmas Yeməklərindən- Keşir (yerkökü -havuç) Boranısı
Güney Azərbaycan Salmas Yeməklərindən- Keşir (yerkökü -havuç) Boranısı
İçindəkilər:
İslanmış Ləpə (noxud ləpəsi - nohut kırığı) : su bardağın dörtdən üçü
Düyü (pirinc): 2 bardaq
Keşir (yerkökü -havuç): 2 dənə
Soğan: bir dənə
Sarımsaq: bir diş
Sarıkök (zerdeçal), duz, bibər tozu: istədiğiniz qədər
Quru nəna: bir qaşıq
Qatıq(yoğurt) Sarımsaq qarışığı(karışımı): istədiğiniz qədər
Hazırlanması:
1- Ləpəni pişirib, keşir, sərimsaq və soğanı narın doğramalıyıq.
2- Soğanı biraz yağda qızartmalıyıq.
3- Sonra sarımsağı artırıb tov verırık
4- Daha sonra sarıkök, bibər tozu və keşirləri artırıb, 30 saniyə ocaq üstə tov veririk.
5- Düyünü qablamada qızartdığımız məlzəmələrin üstünə artırıb, biraz su töküb, kətə(Cehmə) kimi pişiririk.
6- Biraz suyu çəkildiğindən sonra ləpə və nanəni artırıb, dəmə qoyuruq.
7- Dəm aldiğindan sonra, istədiğiniz qaba çəkib, üzərinə qatıq və sarımsaq töküb yiyə bilərsiniz.
Salmas Keşir Buranısı Hazırdır.
Canınıza Sinsin.
[Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]