Güney Azərbaycan Qəzvin Yeməklərindən - Nazik (Bisaq) dadlısı (tatlısı-Şirnisi)
Güney Azərbaycan Qəzvin Yeməklərindən - Nazik (Bisaq) dadlısı (tatlısı-Şirnisi)
İçindəkilər:
Kərə(tereyağı): 15o gram
Şəkər(nişar): 150 gram
Vanil: çay qaşığının ucu
Xəmir mayası (acıtma): bir çay qaşığı
Ilıq süt: 60 ml
Yoğurt (qatıq): 120 gram
Qabartma tozu: iki çay qaşığı
Yumurta: bir dənə
Ələnmiş un: 600 gram
Döyülmüş cəviz: 300 gram
Darçın tozu: 2 çay qaşığı
Muskat (hind coz) tozu: yarım çay qaşığı
Döyülmüş hel (hil-kakule) tozu: bir çay qaşığı
Yumurta sarısı: bir dənə
Dəmlənmiş zəfəran(zafran): bir çay qaşığı
Duru yağ(sıvı yağ): bir az
hazırlanması:
kərəni eşık havasına qoyun ki yumuşansın.
Ferin(fırın) qalibini duru yağla yağlayın.
Feri(fırını) 15 dəqiqə öncədən 180 dərəcədə ısıdın.
Bir qabda kərə, şəkərin 100 gramını və vanili töküb makına ilə çalıxlayın.( Iyicə qarışmaqları gərəkir).
Ayrı bir qabda xəmir mayasını, şəkərin qalanını və sütü artırıb 15 dəqiqə əmələ gəlməsini bəkləyin.
Qatıq və qabartma tozunu bir başqa qabda töküb, qarıştırın.
Yumurtanı kərəyə artırıb mikserlə ilə çalın (çalıxlayın).
Sonra əmələ gəlmiş xəmir mayasını artırın.
Daha sonra unun yarısını töküb, qarıştırın.
Qabartma tozu ilə qarıştırılmış qatığı və unun qalanını artırıb, bir yumuşaq xəmir ələ gələnə kimi qarıştırın. ( gərəkirsə un artıra bilərsiniz)
Xəmiri 5 yerə bölüb, üstünü örtün və 2 saat dinləndirin.
Bu arada cəvizləri döyün və darçin, hel (hil-kakule)tozunu və muskat (hind cozunu)tozunu artırıb və qarıştırın.
Xəmirləri unu səpilmiş masa üstə vərdənə ilə dik dörtgen (mustətil) biçimində 15*35 santimetr və 3 milimetir qalınlığında açıb, və üstünü su ilə nəmləndirin.
Cəviz qarışıqlarını xəmirin üzərinə töküb, uzunluğundan rol eləyin.
Xəmirin üstün naylonla ortup, 30 dəqiqə buz dolabinda qalsın.
Sonra çixarıb və 5 santimetir uzunluğunda kəsib, fer(fırın) qalibinə düzün.
Yenə xəmirlərin üstünü naylon ilə ortub, 15 dəqiqə bəklədin.
Bir qabda yumurtanın sarısın zəfəranla qarıştırıb, firça ilə şirnilərimizin üstünə sürtün.
15-20 dəqiqə ısınmış ferin orta qatında pişməyə buraxın.
Sonra ferdən çixartıb, üstlərini bir parça məndillə örtub, 30 dəqiqə sovumasını bəkləyin.
Qəzvinin Nazik (bisaq) dadlısı (tatlısı-Şirnisi) yemeğe hazırdır.
Canınıza sinsin.
[Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]