Kaşkayı Türklerin yemekleri (Qaşqayı yémelileri)-Lay Plov (Kat Pilav) لای پلوی قشقایی
Kaşkayı Türklerin yemekleri (Qaşqayı yémelileri)-Lay Plov (Kat Pilav) لای پلوی قشقایی
lazım olanlar:
425 gram düyü (pirinç)- basmati düyüsü,
500 gram quzu əti (kuzu eti) - tikələrə doğranmış (quşbaşı),
2 baş soğan, soyulmuş və incə doğranmış,
120 gram kişmiş (üzüm kurusu),
250 gram nar tənəsi,
250 gram albuxara (Qurudulmuş Buxara gavalısı) çərdəksiz qurusu, (çekirdeksiz sarl erik kurusu),
150 gram cəviz ləpəsi (qoz - girdekán),
lazım olan qədər burnu sorx (bir cürə kavara oxşayan dağ pencəri -Yabani dağ pırasası)
lazım olan qədər düyü əduvası (pilav baharatı),
lazım olan qədər yağ və duz (tuz).
Hazırlanması:
İlk öncə süzmə plovu hazırlamaq üçün düyü arıdılır və bir gün əvvəl (və ya 8-9 saat) islağa qoyulur. Bunun üçün 425 qram düyüyə 2 litr su və 50 qram duz götürülür. (Düyü duzlu suda saxlandığı zaman əzilmir.)
2 baş incə doğranmış soğanı tavaya töküb, qızılı rəngdə olana qədər qovururuq və quzu ətini artırın ,vam odda pişirin.
Sonra baharatı, cəviz, nar tənəsini, biraz duz, albuxara, kişmişi artırıb, tov verin.
Islanmış düyünün suyunu süzüb,bir başqa qablamada suyu qaynadın və 15 dəqiqə düyünü qaynar suya töküb, süzgəçdən süzün.
Qazanın içinə yetericə yağ qoyub əridin.Dibinə dilimlenmiş yeralma qoyub üzərinə süzülmüş düyü yarısını yavaş-yavaş qazana tökülür.
Bişmiş düyüdən az tökürük və üzərinə ət qarışımıni tökürük və yenə düyü artırıb və ocağın ayarını bir az çoxaldın ki qablama buğlasın. Buğlandıqdan sonra ocağın ayarını azaltın.
Kərə və 3 qaşıq duru yağı dağ eləyib, düyünün üstünə tökün.
30 dəqiqə düyünü dəmə buraxın.
Qaşqayi Laypilov Yemeği hazırdır.
Canınıza sinsin. *Düyü əduvası (pilav baharatı):
Qara zirə(kara kimyon)tozu: 10 gram
Yaşıl zirə(yeşil kimyon)tozu: 10 gram
Darçin tozu: 10 gram
Gəşniş(cəşniş -Kişniş) toxumu tozu: 10 gram
Muskat tozu: 10 gram
Qaranfil tozu: 50 gram
[Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]