Kullanıcı Tag Listesi

Azəbaycan Bakının küçələri Yeni salınmış şəhərin küçələrini qaydaya salmaq üçün şəhər idarəsi bir sıra tədbirlər görürdü. Bakının məşhur xəzrisi əsdiyi zaman (bu bəzən həftələrlə davam edirdi) küçələrdə tozanaqdan göz açmaq olmurdu. Arabaların, faytonların çarxlarından qalxan toz buludları adamların üst-başını, evlərin pəncərələrini boz bir pərdəyə bürüyürdü. Burulğan kimi burulan külək qarşısına çıxan hər şeyi qabağına qatıb sovururdu. Bəzən qadınların çadralarını başından qoparıb,

Bu konu 452 kez görüntülendi 0 yorum aldı ...
Azəbaycan Bakının küçələri 452 Reviews

    Konuyu değerlendir: Azəbaycan Bakının küçələri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 452 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    9.771
    Beğendikleri
    21.885
    Beğenileri
    3.834
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Azəbaycan Bakının küçələri

    Azəbaycan Bakının küçələri

    Yeni salınmış şəhərin küçələrini qaydaya salmaq üçün şəhər idarəsi bir sıra tədbirlər görürdü. Bakının məşhur xəzrisi əsdiyi zaman (bu bəzən həftələrlə davam edirdi) küçələrdə tozanaqdan göz açmaq olmurdu. Arabaların, faytonların çarxlarından qalxan toz buludları adamların üst-başını, evlərin pəncərələrini boz bir pərdəyə bürüyürdü. Burulğan kimi burulan külək qarşısına çıxan hər şeyi qabağına qatıb sovururdu. Bəzən qadınların çadralarını başından qoparıb, uçururdu. Tozanağın qarşısını almaq üçün ilk tədbir ondan ibarət oldu ki, küçələrə daş döşəməyə başladılar. Bu işə Sahil küçəsindən başlandı. 1878-ci ildə ilk dəfə olaraq, buraya əhəng daşları düzüldü.
    Bir müddət sonra məlum oldu ki, bu yolla tozanağın qarşısını almaq mümkün deyil, əksinə; fayton çarxlarından, at dırnaqlarından parçalanan daşlar toza dönərək, şəhəri daha eybəcər şəklə salırdı. Bunun qarşısını almaq üçün küçələrə neft çiləməyə başladılar. Doğrudur bu tozanağın qarşısını ala bildi. O biri tərəfdən yağışlı havalarda canına neft hopmuş torpaq suyu buraxmadığından küçələrdə gölməçələr əmələ gəlirdi. Bəzən elə olurdu ki, bu səkidən o biri səkiyə keçmək də olmurdu. Bundan sonra şəhər idarəsi belə qərara gəldi ki, küçələrə neft səpmək əvəzinə Biləcəridə tapılmış möhkəm çay daşlarından istifadə edilsin. Lakin Biləcəri daş yataqları tez tükəndi. Bu daşlardan ancaq üç il istifadə etmək mümkün oldu. Sonra Krasnovodskdan barjlarla porfiriti daşınmağa başladı. Bu da Biləcəri daşları kimi çox möhkəmdi. Aradan bir müddət keçəndən sonra şəhər idarəsi çay daşlarını (bakılılar bunu qənbər adlandırırırlar) daha üstün tutdular. Çünki qənbər daha möhkəm və daha etibarlı idi. Azərbaycan rayonlarında da istədiyin qədər qənbər ehtiyatı vardı. O vaxtdan bu günədək bu möhkəm çay daşından istifadə edilir. Qənbər də ancaq mərkəzi küçələrdə və dövlət idarələrinin qabağındakı meydançalara döşənirdi. Kərpicxanada, Qanlı təpədə, Təzə Pirin ətraf küçələrinə hələ də neft çilənirdi, Qənbər döşənmiş küçələr qaldırımlı olduğu üçün küçənin ortalarında daha su durmur, qaldırımın hər iki yanı ilə axıb gedirdi.
    Bakıda asfaltdan ilk dəfə 1906-cı ildə istifadə edildi. Bu da şəhərdə Qala bəyi (qradonaçalstva) idarəsinin yaranması ilə əlaqədardı. Həmin ildə qubernatorun binası Sahil küçəsindən indiki M. Muxtarov küçəsi ilə Füzuli küçələrinin tinindəki Əmircanovun binasına köçür. Onun keçmiş binası isə qalabəyi Martınovun ixtiyarına verilir. Asfalt da ilk dəfə bu binanın qarşısına salınmışdı.

    ŞƏHƏR ATLI DƏMİR YOLU (KONKA)



    Məlumdur ki, Bakıda ta keçən əsrin axırlarınadək şəhər nəqliyyatı başlıca olaraq, fayton, tək-tük ekipaj, kazalaq və arabalardan ibarətdi. Bunlardan başqa evlərə ulaqlarla da yük, su və kerosin daşınırdı. 1893-cü il 18 yanvarda şəhərdə atlı dəmir yolunun (konka) yaradılması barədə şəhər idarəsinin qərarı çıxır. Konkanın təşkili aşağıdakı şərtlər əsasında müəyyən edilirdi: sərnişinlərin rahat minib- düşməsi üçün konka aram hərəkət etməlidir. Uşaqlar və qadınlar minib düşdükdə isə konka mütləq dayanmalıdır. Bir neçə vaqon birlikdə hərəkət etdikdə onların arasındakı məsafə 10 sajından az olmamalıdır. Sərnişin daşıyan atların yerişi yortma olmalıdır, saatda 10 verstdən artıq olmamaq şərtilə. Yoxuş yerlərdə konkaya mütləq üçüncü at qoşulmalıdır. Küçələrin kəsişdiyi yerlərdə, küçələri dönərkən, döngələrdə, eniş yerlərdə atlar mütləq yortma getməlidir. Təhlükəli yerlərdə sürücü zəngi tez-tez basmaqla piyadaları xəbərdar etməlidir. Beləliklə sübh tezdən ta hava qaralanadək küçələri konkanın zəng səsləri bürüyərdi. Yaşlı adamlar konka gedə-gedə minib düşürdülər.



    Atlı dəmir yolunda qış üçün örtülü vaqonlar, yay ayları üçün isə açıq vaqonlar ayrılmışdı. Vaqonlar çox kiçikdi. 12 nəfərdən artıq adam tutmurdu. Sürüçünün yanında isə ancaq dörd adamın durmasına icazə verilirdi. Gediş haqqı ta 1918-ci ilədək 20 qəpik idi.
    Konka bütün küçələrdən keçmirdi. Onun öz marşrut xətti vardı. Birinci xətt vağzaldan başlayırdı: Telefon küçəsi ilə (indiki 28 may) keçərək Bolşoy morskoy (Bülbül) küçəsinə çıxır, oradan Malakan küçəsinə (indiki Xaqani) dönür, bu küçənin qurtaracağında sağa tərəf burularaq, Musa Nağıyevin uca mərtəbəli binası qarşısından keçərək, Parapetə (Fəvvarələr meydançası çıxır, sonra yenə sağa burularaq, Bazar (indiki Hüsü Hacıyev) küçəsi ilə Quba (Füzuli) meydanına tərəf gedirdi.
    Burdan Şamaxı yolu ilə üzü yuxarı qalxaraq, Şah döngəsi yanından qeri dönürdü. Şamaxı yolu ilə aşağı enərək, indiki Füzuli küçəsinə çıxırdı. Buradan da düz gedərək vağzala çatırdı.
    Səhərlər vağzala gedərkən konka neft mədənlərinə gedən fəhlələrlə dolu olurdu. Axşam da həmin marşrutla evlərinə qayıdırdılar. İkinci marşrut xətti Azərneft meydanından başlayırdı. II Aleksandr Sahil küçəsilə (Neftçilər prospekti) keçərək, Mixail küçəsinə (indiki Əziz Əliyev) dönür və buradan da Merkuri (indiki Azərbaycan prospekti) küçəsinə burularaq, Mariya (indiki R. Rza) küçəsinədək düz gedir. Tində sağa burularaq, Malakan bağının yanında Malakan (Xaqani) küçəsinə dönür və buradan da Bolşoy morskoy küçəsinə istiqamət alır. Telefon küçəsinə çatarkən sağa burulur, küçə boyu düz gedərək vağzala çıxırdı. Qayıdan baş Füzuli küçəsi ilə gələrək, Quba meydanından keçib H. Hacıyev küçəsinə daxil olurdu. Ta qəssab bazarınadək gedir. Buradan sola aşağı dönərək, qəssabbazarla Əzizbəyov küçəsinə çıxır. Burada Parapetin yanında Əhməd Cavad küçəsinə çıxır, Mixail (indiki Əziz Əliyev) kiiçəsi ilə zəngin mağazaların qabağından ötərək, Sahil küçəsinə burulur və bu küçə ilə qubernator evinin (indiki həkimlər evi) qabağına çıxırdı.
    Konkanı səhərdən axşamadək şəhərdə daşımaq atları əldən salırdı. Buna görə də tez-tez sıradan çıxırdılar. Konkadan açılan at daha heç nəyə yaramırdı. O vaxtdan bakılıların arasında arıq, taqətsiz adamları həmişə konkadan açılan atlara oxşadırdılar: «Elə bil konkadan açılıb» deyirdilər.
    Şəhərdə konkanın təşkil edilməsi barədə qərardan sonra onun çəkilişi və istismarı həmişə ayrı-ayrı adamlara icarəyə verilmişdi. İlk icarədarlardan biri Hacı Zeynalabdin Tağıyev idi.

    KÜÇƏLƏRİN İŞIQLANDIRILMASI



    Şəhər abadlaşdıqca küçələri işıqlandırmaq şəhər idarəsi qarşısında ciddi bir məsələ kimi dururdu. Çünki qaranlıq küçələrdə cinayətlər törənir, adamları tez-tez soyurdular. Bundan əlavə şəhərə gecə daxil olmuş adamlar lazım olan ünvanları tapa bilmirdilər. Buna görə küçələrə dirəklər basdırılıb, fanarlar asıldı. 1878-ci ildə, yəni dumanın təşkil olunduğu ildə şəhərdə cəmi 86 belə fanar vardı. Bu dirəklərdən 72-si çürümüş şalbanlar idi. Yalnız 14 ədədi neft sahibkarı Kokerovun qubernator Kolyubakinə bağışladığı çuqun dirək idi. Aydın şeydir ki, 86 dirəklə şəhərin təzə salınmış və hər tərəfində əzəmətli uca binalar yüksələn küçələrini işıqlandırmaq qeyri mümkün idi. Böyük mərkəzi küçələr işıqlandırılsa da, kənar ucqar küçələr axşam düşən kimi qaranlığa bürünürdü. Fanarlarda adətən 5-lik kerosin lampalar yandırılırdı. Yalnız mərkəzi küçələrdə 7-lik lampalara rast gəlmək olardı. Hər iki məhəllədən birində fanar yanırdı. Lampaların yandırılması və söndürülməsi şəhər idarəsi tərəfindən icarəyə verilərdi. 70-ci illərdə bu iş Ağahüseyn adlı bir nəfərin icarəsində idi. Axşamlar icarədar nərdivanı qoltuğuna vuraraq, fanarları yandırır, səhərlər söndürürdü.
    Küçələrin pis işıqlandırılması barədə şəhər idarəsinə gələn şikayətlərin ardı- arası kəsilmirdi. Nəhayət şəhər idarəsi məcbur olur ki, şəhərdə fanar dirəklərinin sayını artırsın. Dumanın icazəsi ilə şəhər idarəsi 1882-ci ildə dirəklərin sayını 698- ə qədər artırdı. Bunlardan 162 ədədi çuqun dirək, 223 ədədi çuqun kronşteyn, 28 ədədi divara vurulan çuqun kronşteyndən ibarət idi.
    Bakıya dəmir yolunun çəkilişinə şəhər idarəsi bərk tələsirdi. Onu da bilirdilər ki, yolun çəkilişi ilə şəhərə axın çoxalacaq, onların içərisində oğru və cinayətkarlar da tapılacaqdı ki, Bakının qaranlıq küçələri onların fəaliyyəti üçün əlverişli şərait yaradacaqdı. 1892-ci ildə Bakıda olmuş B. Brandt yazırdı ki, «Bakı ilk nəzərdə adi böyük əyalət şəhəri təsiri bağışlayır. Bir və iki mərtəbəli evlər, çirkin küçə və səkilər. Kerosinlə zəif işıqlandırılan küçələrdə getmək qorxuludur».
    Sonralar şəhər əhlinin təkidi ilə şəhər idarəsi Kastroma şəhərinin Şipov zavodunda və Peterburqun Kumberq zavodunda təzə çuqun dirəklər sifariş verdi.
    1895-ci ildən kerosin lampaları elektrik çıraqları ilə əvəz olunmağa başladı.
    1895-1903-cü illər arasında Bakıda AR şəhəri çıxmaq şərtilə 64 irili-xırdalı elektrik stansiyası yaradılmışdı. Bunların əksəriyyəti ayrı-ayrı sahibkarlar tərəfindən öz istehsalat müəssisələrini işlətmək məqsədilə yaradılmışdı. Məsələn, Musa Nağıyevin, Dadaşovun, Skobelevin, Əsədullayevin və başqalarının stansiyaları. Bunlardan elələri də vardı ki, şəhərə ancaq işıq vermək məqsədilə tikilmişdi. 1899-cu ildə «Elektriçeskaya sila» aksioner şirkəti təşkil olundu. Bu şirkət Bakı şəhərini və mədənləri elektrik enerjisi ilə təmin edirdi. «Elektriçeskaya sila»nın iki stansiyasından biri Bibiheybət rayonunda, o biri isə Ağ şəhərdə idi.
    Bibiheybət stansiyası 1901-ci ildən, Ağ şəhər stansiyası isə 1902-ci ildən enerji verməyə başlamışdılar. Bu stansiyaların işə düşməsi nəinki fabrik və zavodların, habelə şəhərin də elektrik enerjisinə olan ehtiyacını təmin edirdi. Məsələn, şəhərin mərkəzi küçələrindən biri hesab edilən II Aleksandr Sahil küçəsinin əvvəllər ancaq yarısı elektrik işığı, qalan hissəsi isə kerosin lampaları ilə işıqlandırılırdısa, stansiyaların işə düşməsindən sonra küçə başdan ayağa çıraqban edilmişdi. İşıqların sayı o qədər çoxalmışdı ki, körfəzə daxil olan gəmilər Qız qalasının başında olan mayağın işığını sahil işıqlarından ayıra bilmirdilər. Buna görə 1907-ci ildən Qız qalasının mayağı tamamilə ləğv edildi. Şəhərin yuxarı məhəllərindən çoxu isə hələ də qaranlıq içərisində qalmışdı.
    1883-cü ildə duma Bakıda yanğın komandasının yaradılmasını müzakirə etmişdi. Lakin bu böyük xərclə əlaqədar olduğu üçün qlasnıların əksər səsi ilə bu işin təxirə salınması qərara alınmışdı. Bir ildən sonra, yəni 1884-cü ildə şəhər idarəsi təzədən bu məsələnin üstünə qayıtmış və komandanın yaradılması üçün lazım olan 10 min manatlıq smetanı dumada təsdiq etdirir. Qanlı təpənin şərq tərəfində komandan üçün bina tikilir. Beləliklə yanğın idarəsi şəhərin ən uca bir yerində yerləşir. Şəhərin hər hansı bir tərəfində baş vermiş yanğın buradan aydın görünürdü. Sonra at, qoşqu alətləri alınır, iri boçkalı arabalar sifariş verilir və işə başlanır. O zaman şəhərdə yanğın tez-tez baş verirdi. Elə gün olmazdı ki, yanğın arabaları zəng çala-çala şəhərin küçələrində görünməsin.


    Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR
    Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12-7


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azəbaycan Bakının küçələri

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 452

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş