“Mən faktiki olaraq həbs altındayam” - Muşviq Mədətov və dostu saxlanıldı(Yeniləndi) http://www.azadliq.az/wp-content/uploads/2017/10/med.jpg 2] “Mən cinayətin qurbanıyam. Amma faktiki olaraq həbs altındayam. Bu nə biabırçılıqdır? Mən və Vəli Vəliyev ifadə verdik, edilən hücumdan danışdıq. Ancaq bizi hələ də evə buraxmırlar. Biz nədə təqsirkarıq? Günün günorta çağı bizə hücum etdilər, bıçaqladılar və üstəlik bizim özümüzü həbs etdilər”, - deyə xuliqanların hücumuna məruz qalan Müşviq

Bu konu 1482 kez görüntülendi 0 yorum aldı ...
“Mən faktiki olaraq həbs altındayam” - Muşviq Mədətov və dostu saxlanıldı(Yeniləndi) 1482 Reviews

    Konuyu değerlendir: “Mən faktiki olaraq həbs altındayam” - Muşviq Mədətov və dostu saxlanıldı(Yeniləndi)

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1482 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    127
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart “Mən faktiki olaraq həbs altındayam” - Muşviq Mədətov və dostu saxlanıldı(Yeniləndi)

    “Mən faktiki olaraq həbs altındayam” - Muşviq Mədətov və dostu saxlanıldı(Yeniləndi)


    2]
    “Mən cinayətin qurbanıyam. Amma faktiki olaraq həbs altındayam. Bu nə biabırçılıqdır? Mən və Vəli Vəliyev ifadə verdik, edilən hücumdan danışdıq. Ancaq bizi hələ də evə buraxmırlar. Biz nədə təqsirkarıq? Günün günorta çağı bizə hücum etdilər, bıçaqladılar və üstəlik bizim özümüzü həbs etdilər”, - deyə xuliqanların hücumuna məruz qalan Müşviq Mədətov dünən gecə virtualaz.org-a zəng vuraraq həyəcanlı səslə bildirib.

    “Mən xəstə insanam, şəkərim var. Amma bizə heç yemək də vermirlər. Mən anlaya bilmirəm - bizi nə üçün həbs ediblər?”, - deyə Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı hiddətlə vurğulayıb.
    M.Mədətovun sözlərinə görə, Sabail Rayon Polis İdarəsinin rəisi bildirib ki, onları yalnız rəhbərliyin zəngindən sonra azad edəcəklər.
    Xatırladaq, M.Mədətov dünən dələduzların hücumunun qurbanı olub, hansılar ki, ona bir neçə bıçaq zərbəsi vurublar. Məişət münaqişəsi sonradan dramatik şəkil alıb- həmin dələduzlar polislərə atəş açıblar, Sabail Rayon Polis İdarəsinin rəis müavini Orxan Axundzadə yaralanıb.
    Bakıda Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadənin yaralandığı atışma ilə bağlı hadisədə döngələr dəyişir.
    Məlumatlı mənbələrdən virtualaz.org-a məlum olub, “Toyota Prado” avtomobilini təqib edərkən yüksək vəzifəli polis əməkdaşları müki geyimdə olublar.
    Avtomobildə olan şəxslər onları təqib edənlərin polis əməkdaşları yox, Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq-əməkdaşı Muşviq Mədətovun adamları olduğunu güman ediblər.
    Və Orxan Axundzadə avtomobilə yaxınlaşarkən tapança çıxararaq havaya xəbərdarlıq atəşi açıb. Sonra polis əməkdaşları birlikdə “Toyota Prado” avtomobilini atəşə tutaraq ona üst-üstə 11 güllə atıblar.
    Bu arada hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Muşviq Mədətovu və onun dostu Vəli Vəliyevi məsələ aydınlaşdırılana qədər saxlayıblar.
    Məlumata görə, Muşviq Mədətovla ona hücum edən insanlar arasında münaqişə olub və onlar beş ay ərzində onunla hesab çəkmək üçün əlverişli fürsət axtarıblar.
    Hazırda polis hadisəni araşdırır. Məsələ araşdırılana qədər Muşviq Mədətovun və onun dostu Vəli Vəliyevin saxlanılması barədə qərar qəbul edilib.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: “Mən faktiki olaraq həbs altındayam” - Muşviq Mədətov və dostu saxlanıldı(Yeniləndi)

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 1482

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş