Sən gəldin əridi dağların qarı,
Sən sildin ömrümdən dərdi,qubarı,
Qoy səni qorusun o Ulu Tanrı,
Gül,səni verənə qurban olum mən.
Ürəyim bir çəmən,çiçəyi sənsən,
Qəlbim bir arzudur,diləyi sənsən,
Ruhum bir asiman,mələyi sənsən,
Gül,səni verənə qurban olum mən.
Saçların Günəşdir,gözlərin dəniz,
Səni xatırladır hər bir ötən iz,
İnsan yaşayarmı eşqsiz,sevgisiz?
Gül,səni verənə qurban olum mən.
Qəm dolu ömrümü müjdələmisən,
Mənim həyatıma nur ələmisən,
Eşqini qəlbimə səpələmisən,
Gül,səni verənə qurban olum mən.
Başımın tacısan mənim bu gündən,
Mənə bir məkan ver könül evindən,
Bir "sevirəm" çıxsın o bal dilindən,
Gül,səni verənə qurban olum mən.
Dünyada qəm-kədər bitəcək,qorxma,
Qara bir xəyaltək itəcək,qorxma,
Xöşbəxtlik üzünə güləcək,qorxma,
Gül,səni verənə qurban olum mən.
Mələklər gözünə sürmə çəkiblər,
Hürilər tüllərdən paltar tikiblər,
Pərilər saçına zərlər töküblər
Gül,səni verənə qurban olum mən.
Yaşayaq bu ömrü nə qədər varsa,
Sevincsə,sevgisə,dərdsə,qubarsa,
Ölərəm Rəbb səni əlimdən alsa,
Gül,səni verənə qurban olum mən,
Gül,səni verənə qurban olum mən.
ALINTI