Haxışta Sözleri
Köynəyinin üstünə
Ətir səpim üstünə
Neynim nişanlın var
Məni də al üstünə
Qaynanam gəlir məsciddən
Tumanı ala çitdən
Qaynanamı saymıram
Qapıdakı ala itdən
Oğlum elə bil anasıdır
Kopya ay parçasıdır
Gəlin gör nəyə oxşayır
Elə bil camış balasıdır
Qızım elə özümə çəkib
Mənim qızıma göz dəyməsin
Qışqıraram kar olarsan
Səsin özünə xoş gəlməsin
Qaynana üz vermə
Yoxsa boynuna minər
Əgər həyasız olsan
Səni bir o qədər çox istəyər
Qızılgül oyum oyum
Dərim qoynuna qoyum
Yağış yağar yer doymaz
Mən səndən necə doyum?
Sancağı ay sancağı
Su tök yuyum sancağı
Elə xoşuma gəlir
Oğlanın utancağı
Alma atdım nar gəldi
Kətan köynək dar gəldi
Qapıya kölgə düşdü
Elə bildim yar gəldi
Araz üstə buz üstə
Kabab yanar köz üstə
Oğlanı dərd öldürər
Bir alagöz qız üstə
Qab-qacağım rəfdədir
Hərə bir tərəfdədir
Hər gün gördüyüm yarı
Görmürəm 1 həftədir
Ağ dəvə düzdə qaldı
Yükü Təbrizdə qaldı
Oğlanı dərd apardı
Dərmanı qızda qaldı
Ekidi bekidi bilmirəm
Maskviçə minmirəm
Qaz 24 gəlməsə
Mən zaksa girmirəm
Bağımızda göy xiyar
Boyu boyuma uyar
Ikimiz bir cüt sona
Ayırmağa kim qıyar?