Azərbaycan Respublikasının İqtisad Məhkəməsi http://azerbaijans.com/uploads/iqtisad-mehkeme234234.gif Azərbaycan Respublikasının İqtisad Məhkəməsi iqtisadi mübahisələrə dair işlər üzrə yuxarı məhkəmə orqanıdır. İqtisad Məhkəməsi apelyasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş qaydada yerli iqtisad məhkəmələrinin və beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinin baxdığı işlərə dair qərarlardan verilmiş apelyasiya şikayətləri

Bu konu 2757 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan Respublikasının İqtisad Məhkəməsi 2757 Reviews

    Konuyu değerlendir: Azərbaycan Respublikasının İqtisad Məhkəməsi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2757 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    127
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Azərbaycan Respublikasının İqtisad Məhkəməsi

    Azərbaycan Respublikasının İqtisad Məhkəməsi




    Azərbaycan Respublikasının İqtisad Məhkəməsi iqtisadi mübahisələrə dair işlər üzrə yuxarı məhkəmə orqanıdır. İqtisad Məhkəməsi apelyasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş qaydada yerli iqtisad məhkəmələrinin və beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinin baxdığı işlərə dair qərarlardan verilmiş apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxır.
    Məhkəmənin tərkibinə (hal-hazırda 11 hakimdən ibarətdir) məhkəmənin sədri, sədr müavini və hakimləri daxildir. İqtisad Məhkəməsi Rəyasət Heyətindən və işlərə baxmaq üçün yaradılan məhkəmə tərkiblərindən ibarətdir.
    İqtisad Məhkəməsinin Rəyasət Heyəti İqtisad Məhkəməsinin sədrindən, onun müavinindən və məhkəmə tərkiblərinin sədrlərindən ibarət tərkibdə fəaliyyət göstərir. İqtisad Məhkəməsi Rəyasət Heyətinin tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır.
    İqtisad Məhkəməsinin Rəyasət Heyəti müvafiq işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili materiallarına baxır, qanunvericiliyin tətbiqi təcrübəsinə dair bu məhkəmələrin məlumatlarını dinləyir; qanunla müəyyən edilmiş qaydada iqtisadi sahədə qanunvericilik və digər normativ aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunsuzluğu barədə Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün Ali Məhkəməyə müraciət edir; İqtisad Məhkəməsi hakimlərinin sırasından məhkəmə tərkiblərini təsdiq edir; qanunvericilik aktlarının düzgün tətbiq edilməsi barədə yerli iqtisad məhkəmələri və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinə metodik kömək göstərir; qanunvericiklə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
    İqtisad Məhkəməsi Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.

    Ünvan: Bak şəhəri, Zahid Xəlilov küç., 540-cı məhəllə
    Tel: 498-81-62


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan Respublikasının İqtisad Məhkəməsi

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 2757

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş