Azərbaycan Respublikasının Apellyasiya Məhkəmələri
Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir.
Apelyasiya məhkəmələrində birinci instansiya məhkəmələri tərəfindən cinayət və inzibati, mülki və inzibati-iqtisadi mübahisələrə dair işləri üzrə çıxarılmış qərarlardan verilən apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxılır.
Apelyasiya məhkəmələri 4 kollegiyadan - mülki, cinayət, hərbi və inzibati-iqtisadi kollegiyalardan ibarət olmaqla ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərirlər.
Azərbaycan Respublikasının apelyasiya məhkəmələrinin hakimlərini Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.
Ünvan: Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə.
Tel.: 510-53-48
498-09-68
Faks: 510-53-48
E-mail: [email protected]