Nəsrəddin Tusi http://adam.az/images/com_sobi2/clients/1352_img.jpg Məhəmməd Nəsrəddin Tusi Həsən oğlu (17.2.1201, Həmədan, bəzi mənbələrə görə Tus şəhəri, 25.6.1274, Bağdad) - Azərbaycan ensiklopediyaçı alimi, dövlət xadimi. "Tusi" ləqəbi təhsil aldığı Tus şəhərinin adındandır. İlk müəllimi atası, sonrakı müəllimləri isə Bəhmənyar və İbn Sina məktəbinə mənsub alimlər olmuşdur. Nəsrəddin Tusinin təsis etdiyi Marağa Astronomiya Rəsədxanası qısa müddətdə

Bu konu 2975 kez görüntülendi 0 yorum aldı ...
Nəsrəddin Tusi 2975 Reviews

    Konuyu değerlendir: Nəsrəddin Tusi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2975 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    127
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Nəsrəddin Tusi

    Nəsrəddin Tusi



    Məhəmməd Nəsrəddin Tusi Həsən oğlu (17.2.1201, Həmədan, bəzi mənbələrə görə Tus şəhəri, 25.6.1274, Bağdad) - Azərbaycan ensiklopediyaçı alimi, dövlət xadimi. "Tusi" ləqəbi təhsil aldığı Tus şəhərinin adındandır. İlk müəllimi atası, sonrakı müəllimləri isə Bəhmənyar və İbn Sina məktəbinə mənsub alimlər olmuşdur. Nəsrəddin Tusinin təsis etdiyi Marağa Astronomiya Rəsədxanası qısa müddətdə astronomiya cihazlarına və zəngin kitabxanaya malik böyük elmi mərkəzə çevrilmiş, bir çox məşhur riyaziyyatçı və astronomlar buraya cəlb edilmişdir.


    Onun rəhbərliyi ilə elmin müxtəlif sahələrinə aid bir sıra qiymətli əsərlər yaradılmışdır.
    "Zici Elxani" əsərində planetlərin geosentrik orbitinin əsas elementləri verilmiş, onların sutkalıq orta hərəkəti öz dövrünə və hətta 17-ci əsr astronomiya müşahidələrinə nisbətən daha dəqiq təyin edilmişdir. Tusinin rəhbərliyi ilə yerin fırlanma oxunun illik presessiyasının qiyməti 51"4 tapılmışdır (müasir qiyməti 51"2). "Zici Elxani" əsərində çoxlu riyazi, astronomik və coğrafi cədvəllər də verilir. Ən mühümləri sinus və tangensin altmışlıq say sistemində 3 rəqəmli triqonometriya cədvəlləri, 13-cü əsrdə məşhur olan 256 şəhərint coğrafi koordinatları cədvəlidir. Kolumbun müəllimi Toskanelli bu cədvəldən istifadə etmişdir. Jədvəl Londonda (1652) və Oksfordda (1652) ərəb və latın dillərində çap edilmişdir. Tusinin "Təhriri-Öqlidis" (Evklidin şərhi) əsəri həndəsənin inkişafına təkan vermiş, Romada ərəb (1594) və latın (17-ci əsr) dillərində nəşr olunmuş, A. Lecandarın, ingilis riyaziyyatçısı J. Vallisin və italyan alimi J. Sakkerinin işlərinə böyuk təsir östərmişdir.

    Nəsrəddin tusi bu əsərdə və "Həndəsənin əsasları"nda Evklidin 5-ci postulatı haqqında öz nəzəriyyəsini vermiş 56 üçbucağın daxili bucaqlarının cəmi arasında əlaqəni tapmışdır. Arximedin "Kürə və silindr" və "Dairənin kvadratlanması" əsərlərindəki nisbətlər nəzəriyyəsini Tusi inkişaf etdirmişdir. Tusinin ədəd anlayışı müasir təsəvvürə uyğun gəlir və o, bu sahədə Avropa riyaziyyatçılarını 400 il qabaqlamışdır. Onun "Şəklül-qita" (Tam dörd tərəfli traktat) əsəri müstəvi və sferik triqonometriyadan bəhs edir. O, əsərdə Menelay teoremini, müasir triqonometriyanın əsas teorem və düstürlarını vermiş, sferik üçbucağın üç bucağına görə tərəflərini təyin etmişdir. Əsər 1891-ci ildə İstanbulda ərəb və fransız dillərində nəşr olunmuşdur. "Jəleul-hesab" ("Taxta və qum vasitəsilə hesablama") əsərində müsbət ədəddən istənilən dərəcədə kökalma qaydası, binominal hədlərin on iki dərəcəli həddədək əmsalları verilir. "Təhrir ül- Məcəsti" əsəri "Almagest"in işlənmiş variantı, "Təzkireyi-Nəsiriyyə" isə Tusinin oricinal əsəridir. Hər iki əsər Ptolomeyin geosentrik sistemi daxilində planetlərin hərəkət nəzəriyyəsinə və onun təshihinə aiddir. Nəsrəddin Tusi hesaba aid əsərində tam ədəddən ixtiyari dərəcədən kökalma əməlini 4V2441 40626 kökünün nümunəsi kimi izah etmiş (riyaziyyat tarixində ilk dəfə), ədəd üçbucağını əmələ gətirən binomial əmsalları və onlar arasında qanunauyğunluqları göstərmiş, Nyuton binomunu sözlə ifadə etmişdir.

    Nəsrəddin Tusi fizikaya dair əsərlərində təbiətdə maddənin saxlanması və çevrilməsi haqqında ilk fikir söyləmişdir. Nəsrəddin Tusi 13-cü əsrin 30-cu illərində Kuhistana gəlmiş və yerli ismaililərin başçısı Nasirin təklifi ilə 1236-cı ildə tərbiyə, əxlaq və pedaqogikaya aid "Əxlaqi-Nasiri"(Nasirin əxlaqa aid kitabı) əsərini yazmışdır. Kuhistanda Tusi həbs olunubƏləmut qalasında salınmış, monqol sərkərdəsi Hülaku xan bu qalanı aldıqdan sonra Tusini azad edib özünə məsləhətçi təyin etmiş və bu zaman Nəsrəddin Tusi minlərlə günahsız alim və bacarıqlı şəxsləri monqol qılıncından xilas edə bilmişdir.Hülaki xanın vəfatından sonra (1265) isə Tusi onun oğlu Abaqa xanın vəziri olmuşdur.Nəsrəddin Tusinin fəlsəfi görüşləri Bəhmənyarın təsiri ilə formalaşmışdır. "İbn Sinanın fəlsəfəsi və məntiqinə şərhlər", "Səhifələrində ər-Razinin qeydləri" ("Şərh ul-İşarət"), "Teologiya və metafizikaya dair risalə"("Təcrid əl-kənan"), "Əxlaqi-Nasiri", "Alicənab insanların xarakterləri və keyfiyyətləri" ("Övsafül-əşrəf") və b. əsərlərində İbn Sinanın fəlsəfi görüşlərini şərh etmişdir.

    Tusi Ayın və günəşin tutulmasını, işığın sınmasını, göy qurşağının yaranmasını izah etmişdir. Yazılanlar Nəsrəddin Tusinin Azərbaycan siyasi fikri tarixində ilk dövlət nəzəriyyəçisi olduğunu söyləməyə əsas verir. Çoxcəhətli alim olan Tusi mineralogiya, tibb və b. sahələrdə də əsərlərin müəllifidir. O həm də şair olmuşdur. Tusi Bağdada səfəri zamanı vəfat etmiş, Jame Məscidin ə dəfn olunmuşdur. Qəbrinin üstündə "Elmin köməkçisi, elm ölkəsinin şahıbi, Dövr anası belə oğul hələ doğmamışdır " yazılmışdır. Nəsrəddin Tusinin əsərlərinə Rusiya, İran,Türkiyə, Hindistan, Ərəbistan, Misir və b. ölkələrin kitabxanalarında rast gəlinir. Tusi irsi əsaslı tədqiq edilir. Bu tədqiqatlarda Tehranda keçirilən (1956) Nəsrəddin Tusi konqresinin də böyük təsiri olmuşdur. 1981-ci ildə Nəsrəddin Tusinin Bakıda, Naxçıvanda, Gəncədə və Şamaxıda 780 illik yubleyi keçirilmişdir. Şamaxı Astrofizika Rəsədxanası və Azərbaycan Dövlət Pedaqoci Universiteti Nəsrəddin Tusinin şərəfinə adlandırılmışdır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Nəsrəddin Tusi

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 2975

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş