eşqim
anasız,babasız üfelya kimi
saları pәrişan bir qızdır eşqim
qәlbimin buludlu sәmalarında
titrәyәn bir qәrib ulduzdur eşqim!
olmadan aşıkar doğduğu yerdәn
böyük tanrı kimi düşmüş nәzәrdәn
çöhrәsi gülmәyәn xarabalardan
daha qәmli,daha ıssızdır eşqim!
hәyәta baxmamış gülümsәr kimi
hәr bir hadisәdәn bi xәbәr kimi
yad әllәrdә qalan yetimlәr kimi
başı bәlalıdır yalnızdır eşqim!
MİKAYİL MÜŞFİQ