Bakı-APA. Son günlər cəbhədə baş verən hadisələr iki acı reallığı ortaya qoydu. Birincisi, media olaraq informasiya təhlükəsizliyi standartlarından çox uzağıq, ikincisi isə, yağışdan sonra göbələk kimi artan “göbələk saytlar”ın çoxluğu cəmiyyətin mediaya inamını azaldıb. Və bu səbəbdən öz işini peşəkarcasına görən kütləvi informasiya vasitələri son beş günü hücumda deyil, müdafiədə keçirməli oldular. O mənada müdafiədə ki, real gücə sahib media öz enerjisinin böyük hissəsini sosial şəbəkələrdə və göbələk saytlarda yayılan dezinformasiyaların təkzibinə sərf etdi. Təbii ki, bu da lazımdır və bu da bir təcrübədir. Və bu təcrübə bizə hər zaman lazım olacaq. Amma etiraf etmək lazımdır ki, bu dövrdə media dövlət maraqları baxımından daha səmərəli fəaliyyət göstərə bilərdi. Fərdi media qurumları olaraq bunu bacarsaq da, ümumən media ordusu olaraq təəssüf ki bacarmadıq. Əslində günün gerçəkliyi də budur - Azərbaycan mediası elə ekstremal şəraitdə öz işini peşəkarlıqla yerinə yetirməyi bacaran az sayda media qurumundan ibarətdir.
[Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]